Wildebeest analysis examples for:   azb-azb      February 24, 2023 at 23:40    Script wb_pprint_html.py   by Ulf Hermjakob

1  GEN 1:1  Başlanğıcda Allah göyləri yeri yaratdı.
2  GEN 1:2  Yer quruluşsuz boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı.
3  GEN 1:3  Allah dedi: «Qoy işıq olsun». İşıq oldu.
4  GEN 1:4  Allah gördü ki, işıq yaxşıdır. Sonra O, işığı qaranlıqdan ayırdı.
5  GEN 1:5  Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, birinci gün idi.
6  GEN 1:6  Sonra Allah dedi: «Qoy suların arasında bir qübbə olsun suları bir-birindən ayırsın».
7  GEN 1:7  Allah qübbəni düzəltdi qübbənin altındakı suları onun üstündəki sulardan ayırdı. Belə oldu.
8  GEN 1:8  Allah qübbəni «göy» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, ikinci gün idi.
9  GEN 1:9  Sonra Allah dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsın ki, quru görünsün». Belə oldu.
10  GEN 1:10  Allah qurunu «yer», su yığınlarını isə «dənizlər» adlandırdı. Allah gördü ki, bu, yaxşıdır.
11  GEN 1:11  Sonra Allah dedi: «Qoy yer üzü bitkilər yetirsin: toxumlar bitirən ot-ələf torpaqda hər növ bəhərli ağaclar yetişsin. Ağaclar meyvə gətirsin toxumları meyvələrinin içində olsun». Belə oldu.
12  GEN 1:12  Yer üzü bitkilər yetirdi: hər növ toxum bitirən ot-ələf hər növ ağac yetişdi. Ağaclar meyvə gətirirdi toxumları meyvələrinin içində idi. Allah gördü ki, bu, yaxşıdır.
13  GEN 1:13  Axşam oldu, səhər açıldı; bu, üçüncü gün idi.
14  GEN 1:14  Sonra Allah dedi: «Qoy göy qübbəsində gecəni gündüzdən ayıran çıraqlar olsun. Onlar işarələri, fəsilləri günlərlə illəri göstərsin.
15  GEN 1:15  Qoy onlar göy qübbəsində çıraq olub, yer üzünə işıq saçsın». Belə oldu.
16  GEN 1:16  Allah iki böyük çıraq düzəltdi: gündüzü idarə etmək üçün böyük çıraq, gecəni idarə etmək üçün kiçik çıraq. O həmçinin ulduzları düzəltdi.
17  GEN 1:17  Allah onları göy qübbəsinə qoydu ki, yer üzünə işıq saçsın,
18  GEN 1:18  gündüzü gecəni idarə etsin, işığı qaranlıqdan ayırsın. Allah gördü ki, bu, yaxşıdır.
19  GEN 1:19  Axşam oldu, səhər açıldı; bu, dördüncü gün idi.
20  GEN 1:20  Sonra Allah dedi: «Qoy sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündəki göy qübbəsində quşlar uçsun».
21  GEN 1:21  Allah nəhəng su əjdahalarını suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları, həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Allah gördü ki, bu, yaxşıdır.
22  GEN 1:22  Allah onlara bərəkət verərək dedi: «Törəyib çoxalın dənizlərdəki suları doldurun, quşlar da yer üzündə çoxalsın».
23  GEN 1:23  Axşam oldu, səhər açıldı; bu, beşinci gün idi.
24  GEN 1:24  Sonra Allah dedi: «Qoy yer üzü hər növ canlı məxluqlar hər növ ev heyvanları, sürünən canlılar çöl heyvanları əmələ gətirsin». Belə oldu.
25  GEN 1:25  Allah hər növ çöl heyvanlarını, hər növ ev heyvanlarını yerdə sürünən bütün canlıları yaratdı. Allah gördü ki, bu, yaxşıdır.
26  GEN 1:26  Sonra Allah dedi: «Öz surətimizə bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə yerdə sürünən canlıların hamısına hökmranlıq etsin».
27  GEN 1:27  Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi qadın olaraq yaratdı.
28  GEN 1:28  Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin».
29  GEN 1:29  Allah dedi: «Budur, yer üzündə toxum verən bütün ot-ələfi meyvələrində toxumu olan bütün ağacların bəhərini sizə verirəm ki, qidalanasınız.
30  GEN 1:30  Yerdəki heyvanların, göydəki quşların yerdə sürünən canlıların hamısına nəfəsi olan bütün canlılara isə yem olmaq üçün bütün yaşıl otları verirəm». Belə oldu.
31  GEN 1:31  Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır. Axşam oldu, səhər açıldı; bu, altıncı gün idi.
32  GEN 2:1  Göylər yer, oradakı hər şey beləcə tamamlandı.
33  GEN 2:2  Allah yeddinci günə qədər gördüyü işləri qurtardı yeddinci gün gördüyü işlərdən ayrılıb istirahət etdi.
34  GEN 2:3  Allah yeddinci günə bərəkət verdi onu təqdis etdi, çünki gördüyü bütün yaratma işini qurtarıb həmin gün istirahət etdi.
35  GEN 2:4  Rəbb Allahın göyləri yeri yaratmasının hekayəti belədir: Rəbb Allah göyləri yeri yaradanda
36  GEN 2:5  yer üzündə heç bir bitki yox idi, heç bir çöl otu da bitmirdi, çünki Rəbb Allah yer üzünə hələ yağış göndərməmişdi torpağı becərən insan da yaranmamışdı.
37  GEN 2:6  Amma yerdən su çıxırdı bütün torpağı sulayırdı.
38  GEN 2:7  Rəbb Allah yerin torpağından insanı düzəltdi onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu.
39  GEN 2:8  Sonra Rəbb Allah şərqdə yerləşən Edendə bir bağ saldı düzəltdiyi insanı orada yerləşdirdi.
40  GEN 2:9  Rəbb Allah torpaqda gözəl görünüşlü yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi. O həmçinin bağın ortasında həyat ağacını xeyirlə şəri bilmə ağacını bitirdi.
41  GEN 2:10  Bağı suvarmaq üçün Edendən bir çay çıxırdı, oradan isə dörd qola bölünürdü.
42  GEN 2:11  Onlardan birinin adı Pişondur. O bütün Xavila ölkəsini dolanaraq axır. Orada qızıl çıxır.
43  GEN 2:12  Bu ölkənin qızılı yaxşıdır. Burada həm ətirli qatran damarlı əqiq var.
44  GEN 2:13  İkinci çayın adı Gixondur. O, Kuş ölkəsini dolanaraq axır.
45  GEN 2:14  Üçüncü çayın adı Dəclədir. O, Aşşur ölkəsinin şərqindən axır. Dördüncü çay Fəratdır.
46  GEN 2:15  Rəbb Allah insanı götürüb Eden bağına qoydu ki, oranı becərsin saxlasın.
47  GEN 2:16  Rəbb Allah insana əmr edib dedi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən.
48  GEN 2:17  Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən».
49  GEN 2:18  Rəbb Allah yenə dedi: «İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam».
50  GEN 2:19  Rəbb Allah bütün çöl heyvanlarını göydəki bütün quşları torpaqdan düzəltdi. Sonra onları insanın yanına gətirdi ki, onun bunları necə adlandıracağını görsün. İnsan hər heyvana hansı adı qoydusa, o cür adlandı.
51  GEN 2:20  İnsan bütün ev heyvanlarına, göydəki quşlara bütün çöl heyvanlarına ad verdi, amma insana münasib olan bir köməkçi tapılmadı.
52  GEN 2:21  O zaman Rəbb Allah insana dərin yuxu göndərdi o yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü yerini ətlə örtdü.
53  GEN 2:22  Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi onu insanın yanına gətirdi.
54  GEN 2:23  İnsan dedi: «Bax, nəhayət, bunun Sümüyü mənim sümüyümdən, Bədəni mənim bədənimdəndir. Adına “qadın” deyiləcək, Çünki o, kişidən götürülüb».
55  GEN 2:24  Buna görə kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq onlar bir bədən olacaq.
56  GEN 2:25  Adəm arvadı ikisi çılpaq idi, ancaq bundan utanmırdılar.
57  GEN 3:1  Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?»
58  GEN 3:2  Qadın ilana dedi: «Bağdakı ağacların bəhrələrindən yeyə bilərik.
59  GEN 3:3  Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib: “Ondan yeməyin ona toxunmayın, yoxsa öləcəksiniz!”»
60  GEN 3:4  İlan qadına dedi: «Yox, əsla ölməzsiniz.
61  GEN 3:5  Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq xeyirlə şəri bilərək Allah kimi olacaqsınız».
62  GEN 3:6  Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə verdi, o da yedi.
63  GEN 3:7  O vaxt ikisinin gözləri açıldı çılpaq olduqlarını bildilər. Buna görə əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəltdilər.
64  GEN 3:8  Onlar günün sərinliyində bağda gəzişən Rəbb Allahın səsini eşitdilər. Adəm onun arvadı Rəbb Allahın hüzurundan qaçıb bağdakı ağacların arasında gizləndilər.
65  GEN 3:9  Rəbb Allah Adəmi səsləyib dedi: «Haradasan?»
66  GEN 3:10  O cavab verdi: «Bağda səsini eşitdim çılpaq olduğum üçün qorxdum, ona görə gizlənmişəm».
67  GEN 3:11  Rəbb Allah dedi: «Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?»
68  GEN 3:12  Adəm dedi: «Mənimlə birgə olmaq üçün verdiyin qadın o ağacın meyvəsindən verdi, mən yedim».
69  GEN 3:13  Rəbb Allah qadına dedi: «Sən niyə belə etdin?» Qadın dedi: «İlan məni yoldan çıxartdı, mən yedim».
70  GEN 3:14  Rəbb Allah ilana dedi: «Sən bunu etdiyin üçün Bütün ev heyvanları çöl heyvanları arasında Lənət qazanırsan. Qarnın üstündə sürünəcəksən, Bütün ömrün boyu torpaq yeyəcəksən.
71  GEN 3:15  Mən səninlə qadın arasına, Sənin balanla onun övladı arasına Düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, Sən onu dabanından sancacaqsan».
72  GEN 3:16  Sonra Rəbb Allah qadına dedi: «Hamilə olanda sənə Çox əziyyət verəcəyəm, Uşaqlarını ağrı içində doğacaqsan. Ərinə meylli olacaqsan, O sənə ağalıq edəcək».
73  GEN 3:17  Sonra Rəbb Allah Adəmə dedi: «Arvadının sözünə qulaq asdığın üçün, Qadağan etdiyim, “meyvəsini yemə” dediyim Ağacdan yediyin üçün Sənə görə torpaq lənətlənir. Ömrün boyu zəhmətlə Torpaqdan yemək əldə edəcəksən.
74  GEN 3:18  O sənə tikan qanqal bitirəcək, Sən çöldəki ot-ələfi yeyəcəksən.
75  GEN 3:19  Alın tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, Çünki oradan götürülmüsən, Ona görə ki yerin torpağısan, Torpağa da qayıdacaqsan».
76  GEN 3:20  Adəm arvadının adını Həvva qoydu, çünki o, yer üzündə yaşayanların hamısının anası oldu.
77  GEN 3:21  Onda Rəbb Allah Adəmlə arvadı üçün dəridən paltar düzəltdi onlara geyindirdi.
78  GEN 3:22  Sonra Rəbb Allah dedi: «Budur, insan xeyirlə şərin olduğunu bilərək bizlərdən biri kimi oldu. Qoy indi əlini uzadaraq həyat ağacının meyvəsindən dərib yeməsin əbədi yaşamasın!»
79  GEN 3:23  Rəbb Allah insanı Eden bağından çıxartdı ki, o özünün bir qismindən götürüldüyü torpağı becərsin.
80  GEN 3:24  Rəbb Allah insanı qovdu. O, Eden bağının şərqinə keruvlarını hər tərəfə fırlanan odlu qılıncını qoydu ki, həyat ağacına gedən yolu qorusunlar.
81  GEN 4:1  Adəm arvadı Həvva ilə yaxınlıq etdi Həvva hamilə olub Qabili doğdu. Həvva dedi: «Rəbbin köməyi ilə bir insan qazandım».
82  GEN 4:2  Sonra o, Qabilin qardaşı Habili doğdu. Habil çoban oldu, Qabil isə əkinçi.
83  GEN 4:3  Bir müddət keçəndən sonra Qabil torpağın bəhrəsindən Rəbb Allaha təqdim gətirdi.
84  GEN 4:4  Habil sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini onların piyini təqdim etdi. Rəbb Habili onun təqdimini qəbul etdi,
85  GEN 4:5  ancaq Qabili onun təqdimini qəbul etmədi. Buna görə Qabil bərk qəzəblənib qaşqabağını salladı.
86  GEN 4:6  Rəbb Qabilə dedi: «Niyə qəzəblənmisən? Niyə qaşqabağını sallamısan?
87  GEN 4:7  Əgər yaxşı görürsənsə, Mən qəbul etmərəmmi? Əgər yaxşı görmürsənsə, günah qapının ağzında durub. Onun meyli sənədir, ancaq sən ona üstün gəlməlisən».
88  GEN 4:8  Sonra Qabil qardaşı Habilə bir söz dedi onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü.
89  GEN 4:9  Sonra Rəbb Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O dedi: «Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?»
90  GEN 4:10  Rəbb dedi: «Sən etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir.
91  GEN 4:11  İndi sən torpaqdan lənət aldın; o torpaq ki sənin əlinlə tökülən qardaş qanını udmaq üçün ağzını açdı.
92  GEN 4:12  Torpağı becərdiyin zaman o daha gücünü sənə verməyəcək. Yer üzündə qaçaq sərgərdan olacaqsan».
93  GEN 4:13  Qabil Rəbbə dedi: «Cəzam çəkə biləcəyimdən daha artıqdır.
94  GEN 4:14  Bax bu gün Sən məni torpaqdan qovursan. Mən Sənin hüzurundan gizlənib yer üzündə qaçaq sərgərdan olacağam. Ancaq kim mənə rast gəlsə, məni öldürəcək».
95  GEN 4:15  Rəbb ona dedi: «Xeyr! Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq». Rəbb Qabilə bir əlamət qoydu ki, ona rast gələn kəs onu öldürməsin.
96  GEN 4:16  Beləcə Qabil Rəbbin hüzurunu tərk etdi Eden bağından şərqdə Nod torpağında yaşamağa başladı.
97  GEN 4:17  Qabil arvadı ilə yaxınlıq etdi arvadı hamilə olub Xanoku doğdu. O zaman o, bir şəhər tikdi, şəhərə oğlu Xanokun adını verdi.
98  GEN 4:18  Xanokdan İrad törədi. İraddan Mehuyael törədi. Mehuyaeldən Metuşael törədi. Metuşaeldən Lemek törədi.
99  GEN 4:19  Lemek iki arvad aldı: birinin adı Ada, o birinin adı Silla idi.
100  GEN 4:20  Ada Yavalı doğdu. Yaval çadırda yaşamağın sürü saxlamağın əsasını qoydu.