Wildebeest analysis examples for:   azb-azb   S    February 24, 2023 at 23:40    Script wb_pprint_html.py   by Ulf Hermjakob

4  GEN 1:4  Allah gördü ki, işıq yaxşıdır. Sonra O, işığı qaranlıqdan ayırdı.
6  GEN 1:6  Sonra Allah dedi: «Qoy suların arasında bir qübbə olsun suları bir-birindən ayırsın».
9  GEN 1:9  Sonra Allah dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsın ki, quru görünsün». Belə də oldu.
11  GEN 1:11  Sonra Allah dedi: «Qoy yer üzü bitkilər yetirsin: toxumlar bitirən ot-ələf və torpaqda hər növ bəhərli ağaclar yetişsin. Ağaclar meyvə gətirsin və toxumları meyvələrinin içində olsun». Belə də oldu.
14  GEN 1:14  Sonra Allah dedi: «Qoy göy qübbəsində gecəni gündüzdən ayıran çıraqlar olsun. Onlar işarələri,silləri və günlərlə illəristərsin.
20  GEN 1:20  Sonra Allah dedi: «Qoy sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündəki göy qübbəsində quşlarsun».
24  GEN 1:24  Sonra Allah dedi: «Qoy yer üzü hər növ canlı məxluqlar – hər növ ev heyvanları, sürünən canlılar və çöl heyvanları əmələ gətirsin». Belə də oldu.
26  GEN 1:26  Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin».
39  GEN 2:8  Sonra Rəbb Allah şərqdə yerləşən Edendə bir bağ saldı və düzəltdiyi insanı orada yerləşdirdi.
50  GEN 2:19  Rəbb Allah bütün çöl heyvanlarını və göydəki bütün quşları torpaqdan düzəltdi. Sonra onları insanın yanına gətirdi ki, onun bunları necə adlandıracağını görsün. İnsan hər heyvana hansı adı qoydusa, o cür də adlandı.
54  GEN 2:23  İnsan dedi: «Bax, nəhayət, bunun Sümüyü mənim sümüyümdən, Bədəni mənim bədənimdəndir. Adına “qadın” deyiləcək, Çünki o, kişidən götürülüb».
62  GEN 3:6  Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi.
67  GEN 3:11  Rəbb Allah dedi: «Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?»
69  GEN 3:13  Rəbb Allah qadına dedi: «Sən niyə belə etdin?» Qadın dedi: «İlan məni yoldan çıxartdı, mən də yedim».
70  GEN 3:14  Rəbb Allah ilana dedi: «Sən bunu etdiyin üçün Bütün ev heyvanları və çöl heyvanları arasında Lənət qazanırsan. Qarnın üstündə sürünəcəksən, Bütün ömrün boyu torpaq yeyəcəksən.
71  GEN 3:15  Mən səninlə qadın arasına, Sənin balanla onun övladı arasına Düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, Sən də onu dabanından sancacaqsan».
72  GEN 3:16  Sonra Rəbb Allah qadına dedi: «Hamilə olanda sənə Çox əziyyət verəcəyəm, Uşaqlarını ağrı içində doğacaqsan. Ərinə meylli olacaqsan, O sənə ağalıq edəcək».
73  GEN 3:17  Sonra Rəbb Allah Adəmə dedi: «Arvadının sözünə qulaq asdığın üçün, Qadağan etdiyim, “meyvəsini yemə” dediyim Ağacdan yediyin üçün Sənə görə torpaq lənətlənir. Ömrün boyu zəhmətlə Torpaqdan yemək əldə edəcəksən.
74  GEN 3:18  O sənə tikan və qanqal bitirəcək, Sən də çöldəki ot-ələfi yeyəcəksən.
78  GEN 3:22  Sonra Rəbb Allah dedi: «Budur, insan xeyirlə şərin nə olduğunu bilərək bizlərdən biri kimi oldu. Qoy indi əlini uzadaraq həyat ağacının meyvəsindən dərib yeməsin və əbədi yaşamasın!»
82  GEN 4:2  Sonra o, Qabilin qardaşı Habili doğdu. Habil çoban oldu, Qabil isə əkinçi.
88  GEN 4:8  Sonra Qabil qardaşı Habilə bir söz dedi və onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü.
89  GEN 4:9  Sonra Rəbb Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O dedi: «Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?»
90  GEN 4:10  Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir.
94  GEN 4:14  Bax bu gün Sən məni torpaqdan qovursan. Mən də Sənin hüzurundan gizlənib yer üzündə qaçaq və sərgərdan olacağam. Ancaq kim mənə rast gəlsə, məni öldürəcək».
99  GEN 4:19  Lemek iki arvad aldı: birinin adı Ada, o birinin adı Silla idi.
102  GEN 4:22  Silla isə Tuval-Qayini doğdu. Tuval-Qayin tuncdan və dəmirdən hər cürsici alətlər düzəldərdi. Onun Naama adlı bacısı var idi.
103  GEN 4:23  Bir dəfə Lemek arvadlarına dedi: «Ey Ada və Silla, səsimi eşidin, Ey Lemekin arvadları, sözümə qulaq asın: Məni yaraladığı üçün Bir adam öldürdüm, Məni zədələdiyi üçün Bir cavan öldürdüm.
130  GEN 5:24  O, Allahla bir yol getdi. Sonra qeyb oldu, çünki Allah onu Öz yanına götürdü.
138  GEN 5:32  Nuh beş yüz yaşında olanda Sam, Ham və Yafəs adında oğulları oldu.
148  GEN 6:10  Nuhun üç oğlu oldu: Sam, Ham və Yafəs.
156  GEN 6:18  Ancaq əhdimi səninlə bağlayıram. Sən oğulların, arvadın və gəlinlərinlə birgə gəmiyə minərsən.
161  GEN 7:1  Rəbb Nuha dedi: «Sən bütün ailənlə birgə gəmiyə gir, çünki bu bəşərsli içində yalnız səni önümdə saleh gördüm.
173  GEN 7:13  Elə həmin gün Nuh, onun arvadı, oğulları Sam, Ham, Yafəs və üç gəlini gəmiyə mindilər.
178  GEN 7:18  Su çox yuxarı qalxıb yer üzünü aldı və gəmi suyun üzündə üzməyə başladı.
179  GEN 7:19  Su yer üzünü elə tutdu ki, göylər altında olan bütün uca dağlar suya qərq oldu.
180  GEN 7:20  Su dağların zirvəsindən on beş qulac qalxdı və onları örtdü.
187  GEN 8:3  Su yer üzündən tədricən çəkildi, yüz əlli gün keçdikdən sonra su azaldı.
200  GEN 8:16  «Sən öz arvadın, oğulların və gəlinlərinlə birgə gəmidən çıx.
201  GEN 8:17  Səninlə birgə olan bütün canlıları – quşları, heyvanları və yerdə sürünənləri bayıra çıxart. Qoy yer üzünə yayılsınlar və yer üzündə törəyib çoxalsınlar».
206  GEN 8:22  Dünya durduqca Əkin-biçin, isti-soyuq, Yay-qış və gecə-gündüz Sona yetməyəcək».
211  GEN 9:5  Sizin isə qanınız tökülərsə, əvəzini hökmən alacağam. Hər heyvandan hesabınızı alacağam. Həmçinin insandan – qardaşının canını alan hərsdən əvəzini alacağam.
213  GEN 9:7  Siz törəyib çoxalın, Yer üzünə yayılın, Orada çoxalın».
217  GEN 9:11  Sizinlə Öz əhdimi qoyuram ki, bütün canlılar bir daha daşqınla məhv olmayacaq və heç vaxt yer üzünü viran edən daşqın baş verməyəcək».
221  GEN 9:15  Onda Mən sizinlə və bütün canlı məxluqlarla bağladığım əhdi yada salacağam. Sular bir daha daşqına çevrilib bütün canlıları məhv etməyəcək.
224  GEN 9:18  Gəmidən çıxan Nuhun oğulları bunlardır: Sam, Ham və Yafəs. Hamdan Kənan törədi.
229  GEN 9:23  Sam Yafəs bir paltar götürüb öz çiyinlərinə saldılar və dal-dalı içəri girib, atalarının çılpaq bədənini örtdülər. Onlar üzlərini əks tərəfə çevirmişdilər ki, atalarının çılpaqlığını görməsinlər.
232  GEN 9:26  Yenə dedi: «Samın Allahı Rəbbə alqış olsun, Kənan ona qul olsun.
233  GEN 9:27  Allah Yafəsə genişlik versin, Samın çadırlarında yaşasın. Kənan ona qul olsun».
236  GEN 10:1  Nuhun oğulları Sam, Ham və Yafəsin sil tarixçəsi belədir. Daşqından sonra onların oğulları oldu.
242  GEN 10:7  Kuşun oğulları: Seva, Xavila, Savta, Raama və Savteka. Raamanın oğulları: Səba və Dedan.
250  GEN 10:15  Kənanınsilləri bunlardır: ilk oğlu Sidon, Xet,
252  GEN 10:17  Xivlilər, Arqlılar, Sinlilər,
253  GEN 10:18  Ervadlılar, Semarlılar və Xamatlılar. Sonralar Kənan qəbilələri ətraf yerlərə yayıldı.
254  GEN 10:19  Kənanlıların ərazisi Sidondan Gerara tərəf Qəzzəyə qədər, Sodoma, Homorraya, Admaya, Sevoyimə tərəf Leşaya qədər uzanırdı.
256  GEN 10:21  Everin bütün oğullarının əcdadı və böyük olan Yafəsin qardaşı Samın da oğulları oldu.
257  GEN 10:22  Samın oğulları: Elam, Aşşur, Arpakşad, Lud və Aram.
263  GEN 10:28  Oval, Avimael, Səba,
265  GEN 10:30  Onlar şərqdə – Meşadan Sefara tərəf yerləşən dağlıq bölgədəskən salmışdı.
266  GEN 10:31  Bunlar öz ölkələrində və millətləri arasında qəbilələrinə və dillərinə görə ayrılan Sam oğulları idi.
270  GEN 11:3  Sonra bir-birlərinə dedilər: «Gəlin kərpic düzəldək və onu yaxşı bişirək». Onlar daş əvəzinə kərpic və palçıq əvəzinə qatran götürdülər.
277  GEN 11:10  Samın sil tarixçəsi belədir: daşqından iki il sonra Sam yüz yaşında olanda oğlu Arpakşad doğuldu.
278  GEN 11:11  Arpakşad doğulandan sonra Sam beş yüz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
287  GEN 11:20  Reu otuz iki yaşında olanda oğlu Seruq doğuldu.
288  GEN 11:21  Seruq doğulandan sonra Reu iki yüz yeddi il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
289  GEN 11:22  Seruq otuz yaşında olanda oğlu Naxor doğuldu.
290  GEN 11:23  Naxor doğulandan sonra Seruq iki yüz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
296  GEN 11:29  İbram və Naxor özlərinə arvad aldılar. İbramın arvadının adı Saray, Naxorun arvadının adı isə Milka idi. Milka və İska Haranın qızları idi.
297  GEN 11:30  Saray sonsuz idi, onun uşağı olmurdu.
298  GEN 11:31  Terah oğlu İbramı, Haranın oğlu olan nəvəsi Lutu, oğlu İbramın arvadı olan gəlini Sarayı özü ilə götürdü və Kənan torpağına getmək üçün Xaldeylilərin Ur şəhərindən çıxdı. Onlar Xarana gəlib, oradaskən saldılar.
301  GEN 12:2  Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan.
302  GEN 12:3  Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq».
304  GEN 12:5  İbram arvadı Sarayı, qardaşı oğlu Lutu, Xaranda əldə etdikləri bütün əmlakı və özünün bütün nökərlərini götürüb Kənan torpağına tərəf yola düşdü. Onlar Kənan torpağına gəldilər.
310  GEN 12:11  O, Misirə yaxınlaşanda arvadı Saraya dedi: «Bax mən bilirəm ki, sən gözəl qadınsan.
316  GEN 12:17  Ancaq Rəbb İbramın arvadı Saraydan ötrü fironun və onun ev adamlarının başına böyük fəlakətlər gətirdi.
329  GEN 13:10  Lut başını qaldırıb İordan çayının kənarındakı düzənliyi gördü. O vaxt bu yer Misir torpağı kimi bütünlüklə Soara qədər suvarılırdı və Rəbbin bağı kimi idi. Rəbb hələ Sodom və Homorranı məhv etməmişdi.
331  GEN 13:12  İbram Kənan torpağında qaldı, Lut isə düzənlikdəki şəhərlərdə yaşamağa başladı və Sodoma qədər öz çadırlarını qurdu.
332  GEN 13:13  Sodomun əhalisi çox pozğun idi və Rəbbə qarşı çoxlu günah edirdi.
339  GEN 14:2  Sodom padşahı Beraya, Homorra padşahı Birşaya, Adma padşahı Şinava, Sevoyim padşahı Şemeverə, Bela, yəni Soar padşahına qarşı müharibəyə başladı.
340  GEN 14:3  Bu son beş padşah indi Duz dənizi adlanan Siddim vadisində öz qoşunlarını birləşdirdi.
343  GEN 14:6  çöl kənarındakı El-Parana qədər uzanan Seir dağlarında Xorluları qırdılar.
344  GEN 14:7  Sonra geri qayıdıb En-Mişpata, yəni Qadeşə getdilər. Bütün Amaleq torpağının əhalisini Xaseson-Tamarda yaşayan Emorluları qırdılar.
345  GEN 14:8  Sodom padşahı, Homorra padşahı, Adma padşahı, Sevoyim padşahı, Bela, yəni Soar padşahı Siddim vadisinə gəlib,
347  GEN 14:10  Siddim vadisində qatranla dolu çoxlu çuxur var idi. Sodom və Homorra padşahları döyüşdən qaçanda oraya yıxıldılar, sqalanlar isə dağlara qaçdılar.