2 | GEN 1:2 | Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı. |
12 | GEN 1:12 | Yer üzü bitkilər yetirdi: hər növ toxum bitirən ot-ələf və hər növ ağac yetişdi. Ağaclar meyvə gətirirdi və toxumları meyvələrinin içində idi. Allah gördü ki, bu, yaxşıdır. |
30 | GEN 1:30 | Yerdəki heyvanların, göydəki quşların və yerdə sürünən canlıların hamısına – nəfəsi olan bütün canlılara isə yem olmaq üçün bütün yaşıl otları verirəm». Belə də oldu. |
60 | GEN 3:4 | İlan qadına dedi: «Yox, əsla ölməzsiniz. |
92 | GEN 4:12 | Torpağı becərdiyin zaman o daha gücünü sənə verməyəcək. Yer üzündə qaçaq və sərgərdan olacaqsan». |
100 | GEN 4:20 | Ada Yavalı doğdu. Yaval çadırda yaşamağın və sürü saxlamağın əsasını qoydu. |
101 | GEN 4:21 | Onun qardaşının adı Yuval idi. O hər cür lira və tütək çalmağın əsasını qoydu. |
121 | GEN 5:15 | Mahalalel altmış beş yaşında olanda oğlu Yered doğuldu. |
122 | GEN 5:16 | Yered doğulandan sonra Mahalalel səkkiz yüz otuz il yaşadı. Onun başqa oğulları və qızları oldu. |
124 | GEN 5:18 | Yered yüz altmış iki yaşında olanda oğlu Xanok doğuldu. |
125 | GEN 5:19 | Xanok doğulandan sonra Yered səkkiz yüz il yaşadı. Onun başqa oğulları və qızları oldu. |
126 | GEN 5:20 | Yered doqquz yüz altmış iki il ömür sürüb öldü. |
138 | GEN 5:32 | Nuh beş yüz yaşında olanda Sam, Ham və Yafəs adında oğulları oldu. |
145 | GEN 6:7 | Rəbb dedi: «Yaratdığım insanları yer üzündən siləcəyəm, bunu insanlarla birgə heyvanların, sürünənlərin və quşların da başına gətirəcəyəm, çünki onları yaratmağıma peşman olmuşam». |
148 | GEN 6:10 | Nuhun üç oğlu oldu: Sam, Ham və Yafəs. |
166 | GEN 7:6 | Yer üzündə daşqın olanda Nuhun altı yüz yaşı var idi. |
170 | GEN 7:10 | Yeddi gün sonra yer üzündə daşqın oldu. |
172 | GEN 7:12 | Yer üzünə qırx gün-qırx gecə yağış yağdı. |
173 | GEN 7:13 | Elə həmin gün Nuh, onun arvadı, oğulları Sam, Ham, Yafəs və üç gəlini gəmiyə mindilər. |
177 | GEN 7:17 | Yer üzündə qırx gün daşqın oldu və su çoxalıb gəmini yerdən yuxarı qaldırdı. |
181 | GEN 7:21 | Yer üzündə hərəkət edən canlıların hamısı – quşlar, ev heyvanları, çöl heyvanları, yerdə sürünənlər və bütün insanlar məhv oldu. |
183 | GEN 7:23 | Rəbb yer üzündə olan bütün canlıları məhv etdi: insanlardan tutmuş heyvanlara, sürünənlərə və göydəki quşlara qədər hər şey yer üzündə məhv oldu. Yalnız Nuh və onunla birgə gəmidə olanlar sağ qaldı. |
184 | GEN 7:24 | Yüz əlli gün ərzində su yer üzündə çoxaldı. |
188 | GEN 8:4 | Yeddinci ayın on yeddinci günü gəmi Ararat dağlarında dayandı. |
206 | GEN 8:22 | Dünya durduqca Əkin-biçin, isti-soyuq, Yay-qış və gecə-gündüz Sona yetməyəcək». |
213 | GEN 9:7 | Siz törəyib çoxalın, Yer üzünə yayılın, Orada çoxalın». |
224 | GEN 9:18 | Gəmidən çıxan Nuhun oğulları bunlardır: Sam, Ham və Yafəs. Hamdan Kənan törədi. |
229 | GEN 9:23 | Sam və Yafəs bir paltar götürüb öz çiyinlərinə saldılar və dal-dalı içəri girib, atalarının çılpaq bədənini örtdülər. Onlar üzlərini əks tərəfə çevirmişdilər ki, atalarının çılpaqlığını görməsinlər. |
232 | GEN 9:26 | Yenə dedi: «Samın Allahı Rəbbə alqış olsun, Kənan ona qul olsun. |
233 | GEN 9:27 | Allah Yafəsə genişlik versin, Samın çadırlarında yaşasın. Kənan ona qul olsun». |
236 | GEN 10:1 | Nuhun oğulları Sam, Ham və Yafəsin nəsil tarixçəsi belədir. Daşqından sonra onların oğulları oldu. |
237 | GEN 10:2 | Yafəsin oğulları: Qomer, Maqoq, Maday, Yavan, Tuval, Meşek və Tiras. |
239 | GEN 10:4 | Yavanın oğulları: Elişa, Tarşiş, Kittim və Dodanim. |
251 | GEN 10:16 | həmçinin Yevuslular, Emorlular, Qirqaşlılar, |
256 | GEN 10:21 | Everin bütün oğullarının əcdadı və böyük olan Yafəsin qardaşı Samın da oğulları oldu. |
260 | GEN 10:25 | Everin iki oğlu oldu: birinin adı Peleq idi, çünki onun dövründə yer üzü bölündü. Qardaşının adı Yoqtan idi. |
261 | GEN 10:26 | Yoqtandan Almodad, Şelef, Xasarmavet, Yerah, |
264 | GEN 10:29 | Ofir, Xavila və Yovav törədi; bunların hamısı Yoqtanın oğulları idi. |
271 | GEN 11:4 | Yenə dedilər: «Gəlin özümüzə bir şəhər və başı göylərə çatan bir qüllə tikib ad çıxaraq, daha bütün yer üzünə yayılmayaq». |
302 | GEN 12:3 | Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq». |
366 | GEN 15:5 | Rəbb onu bayıra çıxarıb dedi: «Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say». Yenə dedi: «Nəslin o qədər olacaq». |
369 | GEN 15:8 | İbram soruşdu: «Ya Xudavənd Rəbb, onu irs olaraq alacağımı necə bilim?» |
372 | GEN 15:11 | Yırtıcı quşlar cəmdəklərin üzərinə uçub gəldilər, ancaq İbram onları qovdu. |
374 | GEN 15:13 | Rəbb İbrama dedi: «Yəqin bil ki, nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və onlara dörd yüz il zülm ediləcək. |
382 | GEN 15:21 | Emorluların, Kənanlıların, Qirqaşlıların və Yevusluların torpağını Mən sənin nəslinə verirəm». |
415 | GEN 17:17 | İbrahim üzüstə düşdü və gülüb ürəyində dedi: «Yüz yaşlı adamın oğlu ola bilərmi? Doxsan yaşında olan Sara doğacaqmı?» |
460 | GEN 19:2 | «Ağalarım, qulunuzun evinə girib gecələyin və ayaqlarınızı yuyun. Səhər qalxıb yolunuza davam edərsiniz». Onlar dedilər: «Yox, biz gecəni şəhər meydanında keçirəcəyik». |
478 | GEN 19:20 | Yaxınlıqda qaça biləcəyim kiçik bir şəhər var. Qoy oraya qaçıb canımı qurtarım. Axı o şəhər kiçikdir». |
500 | GEN 20:4 | Avimelek qadına toxunmamışdı. O dedi: «Ya Rəbb, məgər sən günahsız xalqı öldürə bilərsən? |
562 | GEN 22:14 | İbrahim o yeri Yahve-İre adlandırdı; buna görə də indiyə qədər belə deyilir: «Rəbbin dağında hazırlanacaq». |
576 | GEN 23:4 | «Mən sizin aranızda qərib və qonağam. Yanınızda qəbir düzəltmək üçün mənə torpaq sahəsi satın ki, öz ölümü götürüb orada basdırım». |
583 | GEN 23:11 | «Yox, ağam, mənə qulaq as: mən tarlanı və orada olan mağaranı sənə verirəm, öz xalqımın adamları önündə onu sənə verirəm; get ölünü basdır». |
604 | GEN 24:12 | Sonra dua etdi: «Ya Rəbb, ağam İbrahimin Allahı, yalvarıram, bu gün işimi avand elə və ağam İbrahimə xeyirxahlıq göstər. |
617 | GEN 24:25 | Yenə dedi: «Bizdə saman da, yem də çoxdur və gecələməyə yer də var». |
661 | GEN 25:2 | Qetura ona bunları doğdu: Zimran, Yoqşan, Medan, Midyan, İşbaq və Şuah. |
662 | GEN 25:3 | Yoqşandan Səba və Dedan törədi. Dedanın nəsilləri: Aşşurlular, Letuşlular, Leumlular. |
674 | GEN 25:15 | Xadad, Tema, Yetur, Nafiş və Qedma; |
685 | GEN 25:26 | Ondan sonra qardaşı doğuldu. O, əli ilə Esavın topuğundan tutmuşdu. Onun adını Yaqub qoydular. Onların doğulduğu vaxt İshaq altmış yaşında idi. |
686 | GEN 25:27 | Uşaqlar böyüdü. Esav mahir ovçu və çöl adamı oldu. Yaqub isə çadırlarda yaşayan mülayim bir adam oldu. |
687 | GEN 25:28 | İshaq Esavı sevirdi, çünki onun ovladığı heyvanlar İshaqın xoşuna gəlirdi. Rivqa isə Yaqubu sevirdi. |
688 | GEN 25:29 | Bir gün Yaqub şorba bişirirdi. Esav isə çöldən yorğun gəldi. |
689 | GEN 25:30 | Esav Yaquba dedi: «Bu qırmızı şorbadan bir az ver, yeyim, çünki acmışam». Buna görə də ona Edom adı verildi. |
690 | GEN 25:31 | Yaqub dedi: «Əvvəlcə ilk oğulluq haqqını mənə sat». |
692 | GEN 25:33 | Yaqub dedi: «Əvvəlcə mənə and iç». Esav ona and içdi və ilk oğulluq haqqını Yaquba satdı. |
693 | GEN 25:34 | Yaqub Esava çörək və mərci şorbası verdi. Esav yeyib-içdi, sonra qalxıb getdi. Beləcə Esav ilk oğulluq haqqına etinasızlıq etdi. |
697 | GEN 26:4 | Nəslini göydəki ulduzlar qədər çoxaldacağam və bütün bu ölkələri nəslinə verəcəyəm. Yer üzünün bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq. |
700 | GEN 26:7 | O ölkənin sakinləri İshaqın arvadı barədə soruşanda «bu mənim bacımdır» dedi, çünki «mənim arvadımdır» deməyə qorxdu. Öz-özünə dedi: «Yoxsa Rivqadan ötrü bu yerin adamları məni öldürərlər». Rivqa görünüşcə çox gözəl idi. |
709 | GEN 26:16 | Avimelek İshaqa dedi: «Yanımızdan get, çünki bizdən çox güclü oldun». |
727 | GEN 26:34 | Esav qırx yaşında olanda Xetli Beerinin qızı Yehuditi və Xetli Elonun qızı Basmatı arvad aldı. |
734 | GEN 27:6 | Rivqa oğlu Yaquba belə dedi: «Bax mən eşitdim ki, atan qardaşın Esava bu sözləri dedi: |
739 | GEN 27:11 | Yaqub anası Rivqaya dedi: «Qardaşım Esav tüklü bir adamdır, mən isə tüksüzəm. |
742 | GEN 27:14 | Yaqub gedib oğlaqları götürdü və anasına gətirdi, anası da onun atasının xoşladığı kimi ləzzətli yemək hazırladı. |
743 | GEN 27:15 | Rivqa böyük oğlu Esavın evdə saxladığı ən gözəl paltarını götürüb kiçik oğlu Yaquba geyindirdi. |
745 | GEN 27:17 | Sonra hazırladığı ləzzətli yeməyi və çörəyi oğlu Yaqubun əlinə verdi. |
746 | GEN 27:18 | Yaqub atasının yanına gəlib dedi: «Ay ata». Atası dedi: «Mən buradayam. Sən kimsən, oğlum?» |
747 | GEN 27:19 | Yaqub atasına dedi: «Sənin ilk oğlun Esavam. Dediyin kimi elədim. Qalx otur və gətirdiyim ov ətindən ye ki, mənə xeyir-dua verəsən». |
749 | GEN 27:21 | İshaq Yaquba dedi: «Yaxın gəl, oğlum, əlimi sənə sürtüb bilim ki, doğrudanmı, oğlum Esavsan ya yox?» |
750 | GEN 27:22 | Yaqub atası İshaqa yaxınlaşdı. İshaq əlini ona sürtüb dedi: «Səs Yaqubun səsidir, ancaq əllər Esavın əlləridir». |
751 | GEN 27:23 | İshaq onu tanımadı, çünki onun əlləri qardaşı Esavın əlləri kimi tüklü idi. İshaq Yaquba xeyir-dua verdi. |
752 | GEN 27:24 | O soruşdu: «Doğrudanmı, sən oğlum Esavsan?» Yaqub dedi: «Bəli». |
753 | GEN 27:25 | İshaq dedi: «Oğlum, gətirdiyin ov ətini qabağıma qoy, yeyim, sonra da sənə xeyir-dua verərəm». Yaqub yeməyi onun qabağına qoydu və o yedi, Yaqub ona şərab gətirdi və o içdi. |
754 | GEN 27:26 | Atası İshaq Yaquba dedi: «Oğlum, indi yaxınlaş, atanı öp». |
758 | GEN 27:30 | İshaq Yaquba xeyir-dua verib qurtarandan sonra Yaqub atası İshaqın yanından çıxar-çıxmaz qardaşı Esav ovdan qayıtdı. |
764 | GEN 27:36 | Esav dedi: «Onu nahaq yerə Yaqub çağırmırlar ki? Bununla ikinci dəfədir ki, məni aldadır: əvvəl ilk oğulluq haqqımı, indi də xeyir-duamı aldı». Sonra soruşdu: «Bəs mənə xeyir-dua saxlamamısan?» |
767 | GEN 27:39 | Atası İshaq ona belə cavab verdi: «Yaşadığın yer torpağın şirəsindən, Yuxarıda göylərin şehindən uzaq olacaq. |
769 | GEN 27:41 | Atası Yaquba xeyir-dua verdiyinə görə Esav qardaşına nifrət etdi. O öz-özünə dedi: «Atamın matəm günləri yaxınlaşır. O zaman qardaşım Yaqubu öldürərəm». |
770 | GEN 27:42 | Böyük oğlu Esavın dediyi sözlər Rivqanın qulağına çatdı. Buna görə də xəbər göndərib kiçik oğlu Yaqubu çağırdı və ona dedi: «Bax qardaşın Esav səni öldürməklə qisas almaq istəyir. |
774 | GEN 27:46 | Sonra Rivqa İshaqa dedi: «Xetli qızların əlindən həyatımdan bezdim. Əgər Yaqub da beləcə bu ölkənin qızlarından – Xetli qızlardan özünə arvad alsa, daha mən niyə yaşayıram?» |
775 | GEN 28:1 | İshaq Yaqubu çağırıb ona xeyir-dua verdi və xəbərdarlıq edərək dedi: «Kənan qızlarından arvad alma. |
779 | GEN 28:5 | İshaq Yaqubu yola saldı. O, Paddan-Arama, Yaqubla Esavın anası Rivqanın qardaşı Aramlı Betuel oğlu Lavanın yanına getdi. |