45 | GEN 2:14 | Üçüncü çayın adı Dəclədir. O, Aşşur ölkəsinin şərqindən axır. Dördüncü çay Fəratdır. |
361 | GEN 14:24 | Nökərlərin yediklərindən başqa, hər şey sənin olsun. Üstəlik mənimlə gedən adamlar – Aner, Eşkol və Mamre öz paylarını götürsün». |
757 | GEN 27:29 | Xalqlar sənə qulluq etsin, Ümmətlər sənə baş əysin. Öz qardaşlarına ağa ol, Ananın oğulları sənə baş əysin. Sənə lənət edənlərə lənət gəlsin, Sənə xeyir-dua verənlər xeyir-dua alsın». |
787 | GEN 28:13 | Rəbb nərdivanın üstündə durub deyirdi: «Mən baban İbrahimin və İshaqın Allahı Rəbbəm. Üstündə yatdığın torpağı sənə və nəslinə verəcəyəm. |
1006 | GEN 34:25 | Üçüncü gün onlar hələ də ağrı çəkən zaman Dinanın qardaşları – Yaqubun iki oğlu Şimeon və Levi qılınclarını götürüb maneəsiz şəhərə girdilər və bütün kişiləri qılıncdan keçirtdilər. |
1184 | GEN 40:11 | Fironun piyaləsi mənim əlimdə idi. Üzümləri götürüb fironun piyaləsinə sıxdım və piyaləni firona verdim». |
1186 | GEN 40:13 | Üç gün ərzində firon səni yüksəldəcək. Səni öz işinə qaytaracaq, sən də onun saqisi olduğun vaxtdakı kimi əvvəlki qaydaya görə fironun piyaləsini əlinə verəcəksən. |
1192 | GEN 40:19 | Üç gün ərzində firon sənin başını bədənindən ayıracaq, özünü də ağacdan asacaq və quşlar sənin ətini didəcək». |
1193 | GEN 40:20 | Üçüncü gün – fironun ad günü o bütün əyanlarına ziyafət verdi. Baş saqini və baş çörəkçini əyanlarının önünə çıxartdı. |
1271 | GEN 42:18 | Üçüncü gün Yusif onlara dedi: «Dediyimə əməl edib canınızı qurtarın, çünki mən Allahdan qorxuram. |
1801 | EXO 10:23 | Üç gün heç kəs bir-birini görmədi və heç kəs yerindən tərpənə bilmədi. Bütün İsrail övladlarının yaşadıqları yerlər isə işıqlıq idi. |
2038 | EXO 19:11 | Üçüncü günə hazır olsunlar, çünki üçüncü gün bütün xalqın gözü qarşısında Rəbb Sina dağı üzərinə enəcək. |
2042 | EXO 19:15 | Sonra Musa xalqa dedi: «Üçüncü günə hazır olun, qadınlarla yaxınlıq etməyin». |
2043 | EXO 19:16 | Üçüncü günün səhəri açılanda göy gurultusu, şimşəklər, dağ üzərində qatı bir bulud və çox uca şeypur səsi oldu. Düşərgədə olan bütün xalq titrədi. |
2156 | EXO 23:11 | Yeddinci il ona əl dəyməyin ki, xalqınızdan olan möhtaclar oradan yesin. Onlardan artıq qalanı isə çöl heyvanları yesin. Üzüm və zeytun bağlarınızda da belə hərəkət edin. |
2268 | EXO 26:32 | Onu dörd dirək üstündə as; hər dirək qızılla örtülmüş əbrişim ağacından olsun. Üstündə qızıl qarmaqları olsun və dörd gümüş altlıq üstündə dursun. |
2311 | EXO 28:17 | Üstündəki bir çərçivəyə dörd sıra daş tax. Birinci sıra yaqut, topaz, zümrüd |
2494 | EXO 33:20 | Sonra O davam etdi: «Üzümü isə görə bilməzsən, çünki Məni görən adam sağ qalmaz». |
2553 | EXO 35:21 | Ürəyinə toxunan və könlü istəyən hər adam gəlib Hüzur çadırı, onun inşası və müqəddəs geyimlər üçün Rəbbə ianə gətirdi. |
2557 | EXO 35:25 | Ürəyi hikmətlə dolu bütün qadınlar öz əlləri ilə əyirdiyi bənövşəyi, tünd qırmızı və al rəngli iplik və incə kətan ipliyi təqdim etdilər; |
2675 | EXO 39:10 | Üstünə dörd sıra daş taxdılar. Birinci sıra yaqut, topaz, zümrüd; |
2912 | LEV 7:32 | Ünsiyyət qurbanları olan heyvanlarınızın sağ budunu qaldırma təqdimi kimi kahinə verin; |
3100 | LEV 13:47 | Üstündə iyrənc kif əlaməti olan hər cür parça: yun ya da kətan geyim |
3105 | LEV 13:52 | Üstündə əlamət olan yun ya da kətan geyimi yaxud parçanı yaxud dəridən olan əşyanı kahin yandırsın. Bu, iyrənc təhlükəli kifdir, yandırılsın. |
3173 | LEV 15:4 | Üstündə yatdığı hər yataq və oturduğu hər şey murdar sayılsın. |
3186 | LEV 15:17 | Üstünə toxum tökülüb bulaşan hər geyim ya da dəri əşya yuyulsun, sonra axşama qədər murdar sayılsın. |
3292 | LEV 19:10 | Üzüm bağında da tənəkləri büsbütün təmizləyib yerə düşən salxımları yığmayın. Qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm. |
3442 | LEV 23:39 | Üstəlik yeddinci ayın on beşinci günü torpağın məhsullarını yığandan sonra yeddi gün Rəbb üçün bayram keçirin. Birinci gün və səkkizinci gün istirahət günləri olsun. |
3536 | LEV 26:11 | Üstəlik, Mən aranızda məskunlaşacağam və sizə nifrət etməyəcəyəm. |
3542 | LEV 26:17 | Üzümü sizdən döndərəcəyəm, düşmənlərinizin qarşısında məğlub olacaqsınız, yağılarınız üzərinizdə hökm sürəcək; sizi qovan olmasa da, qaçacaqsınız. |
3547 | LEV 26:22 | Üstünüzə vəhşi heyvanlar göndərəcəyəm. Onlar övladlarınızı öldürüb, ev heyvanlarınızı parçalayacaq. Buna görə sayınız elə azalacaq ki, yollarınız viran qalacaq. |
3683 | NUM 2:24 | Efrayim ordugahından bölüklərinə görə sayılanların cəmi 108 100 nəfər idi. Üçüncü onlar gedəcəklər. |
3875 | NUM 7:24 | Üçüncü gün Zevulunluların rəhbəri Xelon oğlu Eliav təqdimlərini gətirdi. |
4064 | NUM 12:4 | Rəbb bir anlıq Musaya, Haruna və Məryəmə dedi: «Üçünüz də Hüzur çadırına gəlin». Üçü də oraya getdilər. |
4068 | NUM 12:8 | Mən onunla müəmmalarla deyil, Üzbəüz açıq danışaram və O, Rəbbin surətini görür. Nə üçün qorxmayaraq qulum Musadan gileyləndiniz?» |
4255 | NUM 17:25 | Rəbb Musaya dedi: «Üsyan edənlərə qarşı əlamət olaraq saxlamaq üçün Harunun əsasını Şəhadət sandığının önünə qoy. Bu onların Mənim üçün deyinmələrinə son qoyacaq ki, ölməsinlər». |
4302 | NUM 19:12 | Üçüncü və yeddinci gün özünü paklama suyu ilə paklasın ki, pak olsun. Əgər üçüncü və yeddinci gün özünü paklamasa, pak olmayacaq. |
4630 | NUM 29:20 | Üçüncü gün qüsursuz on bir buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. |
4685 | NUM 31:19 | Aranızda kimisə öldürən yaxud meyitə toxunan hər kəs yeddi gün düşərgənin kənarında qalsın. Üçüncü və yeddinci gün özünüzü, həm də əsirlərinizi pak edin. |
5156 | DEU 8:17 | Ürəyinizdə “biz öz qabiliyyətimizlə və biləyimizin gücü ilə bu sərvəti qazandıq” deməyəsiniz. |
5435 | DEU 20:6 | Üzüm bağı salıb məhsulunu toplamayan varmı? Qoy o da evinə qayıtsın. Birdən döyüşdə ölər, məhsulunu başqası yığar. |
5580 | DEU 26:12 | Üçüncü il onda bir hissəni təqdimetmə ilidir. Bütün məhsulunuzun onda birini bir yana yığın. Ayırma işini qurtarandan sonra onda bir hissəni Levililərə, qəriblərə, yetimlərə və dul qadınlara verin ki, şəhərlərinizdə onlar da yeyib-doysunlar. |
5594 | DEU 27:7 | Ünsiyyət qurbanlarını orada kəsib yeyərək Allahınız Rəbbin önündə sevinin. |
5652 | DEU 28:39 | Üzüm bağları salacaq, becərəcəksiniz, lakin üzümündən dərməyəcək, şərabından içməyəcəksiniz, çünki onlara qurd düşəcək. |
5680 | DEU 28:67 | Ürəyinizə dolan vahimədən və gözünüzlə gördüyünüz hadisələr üzündən səhər olanda “kaş axşam olaydı”, axşam olanda “kaş səhər olaydı” deyəcəksiniz. |
5792 | DEU 32:32 | Tənəkləri Sodomdakı üzüm ağaclarındandır, Homorra bağlarındandır. Üzümləri zəhərlidir, Salxımları acıdır. |
5897 | JOS 3:2 | Üçüncü günün sonunda məmurlar ordugahı gəzdilər. |
6033 | JOS 8:29 | O, Ay şəhərinin padşahını ağacdan asaraq axşama qədər saxladı. Gün batanda isə Yeşua əmr verdi və onun cəsədini ağacdan düşürtdülər, onu şəhər darvazasının girəcəyinə atdılar. Üstünə bu günə qədər qalan böyük bir daş qalağı yığdılar. |
6333 | JOS 19:10 | Üçüncü püşk nəsillərinə görə Zevulun övladlarına düşdü. Onların irs olan torpağının sərhədi Saridə qədərdir. |
6491 | JOS 24:13 | Üzərində işləmədiyiniz bir torpağı, tikmədiyiniz şəhərləri sizə verdim ki, orada yaşayasınız. Salmadığınız bağlardan və zeytunluqlardan yeyirsiniz”. |
6716 | JDG 7:20 | Üç dəstə də şeypur çalıb dolçaları qırdı, sol əllərində məşəl, sağ əllərində isə çaldıqları şeypuru tutub «Rəbbin və Gideonun qılıncı!» deyə bağırdılar. |
6718 | JDG 7:22 | Üç yüz nəfər şeypur çalanda Rəbb düşmən ordugahındakıların qılıncını bir-birinə qarşı qaldırdı. Düşmən ordusu Sereraya doğru – Bet-Şittaya qədər, Tabbatın yanında olan Avel-Mexola sərhədinə qədər qaçdı. |
6769 | JDG 9:13 | Üzüm tənəyi isə onlara dedi: “Allahı və insanları sevindirən təzə şərablarımı ataraq ağacların üstündəmi sallanıb qalım?” |
6857 | JDG 11:26 | Üç yüz il İsrail Xeşbon ilə Aroerdə, bunların ətraf qəsəbələrində və Arnon vadisi boyunca yerləşən bütün şəhərlərdə yaşadığı müddətdə niyə bu torpaqları geri almadınız? |
6925 | JDG 14:14 | Şimşon onlara dedi: «Yeyəndən bir yeməli şey çıxdı, Güclüdən bir şirin şey çıxdı». Üç gün ərzində onlar tapmacanı tapa bilmədilər. |
6966 | JDG 16:15 | Delila dedi: «Ürəyində mənə etibarın yox ikən necə “səni sevirəm” deyirsən? Bununla üçüncü dəfədir ki, məni lağa qoyursan və bu böyük qüvvənin səndə haradan olduğunu mənə bildirmirsən». |
7086 | JDG 20:30 | Üçüncü gün yenə İsrail övladları Binyamin övladlarına qarşı çıxdılar və əvvəlki kimi Giveaya qarşı düzüldülər. |
7189 | RUT 3:15 | Sonra Boaz Ruta dedi: «Üst örtüyünü götür, burada tut». Rut örtüyünü götürüb kənarından tutdu. Boaz altı ölçü arpanı örtüyün üstünə töküb ona verdi. Rut şəhərə qayıtdı. |
7257 | 1SA 2:15 | Üstəlik də qurbanın iç piyini yandırmazdan əvvəl kahinin xidmətçisi gəlib qurban gətirən adama deyərdi: «Kahinə qızartma üçün ət ver. İndi isə o səndən bişmiş ət deyil, çiy ət istəyir». |
7413 | 1SA 9:20 | Üç gün əvvəl itən eşşəklərinə gəlincə, onların fikrini çəkmə, artıq tapılıblar. Bütün İsrail nəyin həsrətindədir? Bu sənə və ata nəslinə aid deyilmi?» |
7517 | 1SA 14:7 | Silahdarı ona dedi: «Ürəyin necə istəyirsə, elə də et. Get bax, mən səninləyəm, çünki ürəyimizin istəyi birdir». |
7634 | 1SA 17:14 | Davud Yesseyin ən kiçik oğlu idi. Üç böyük oğlu isə Şaulun ardınca gedirdi. |
7751 | 1SA 20:19 | Üç gün qalandan sonra tezdən bura enərsən və əvvəl gizləndiyin yerə gəlib Ezel daşının yanında oturarsan. |
7994 | 1SA 30:13 | Davud ona dedi: «Sən kimin qulusan? Haradansan?» O dedi: «Bir Amaleqlinin qulu, Misirli bir gəncəm. Üç gün əvvəl xəstələndim, ona görə ağam məni atdı. |
8027 | 2SA 1:2 | Üçüncü gün Şaulun yanından – ordugahdan paltarı cırılmış, başı toz-torpağa batmış bir adam gəldi. O, Davudun yanına çatıb qarşısında üzünü yerə qoyaraq təzim etdi. |
8046 | 2SA 1:21 | Ey Gilboa dağları, Üstünə şeh, yağış düşməsin, Qoy zəmilərin məhsul verməsin! Çünki orada ləkələndi igidlərin qalxanı, Şaulun yağ ilə silinməmiş qalxanı. |
8561 | 2SA 20:4 | Padşah Amasaya dedi: «Üç gün ərzində Yəhudalıları mənim yanıma çağır və özün də burada ol». |
8766 | 1KI 1:46 | Üstəlik Süleyman padşahlıq taxtında oturdu. |
8812 | 1KI 2:39 | Üçüncü ilin sonunda Şimeyin iki qulu Qat padşahı Maaka oğlu Akişin yanına qaçdı. Şimeyə xəbər gəldi ki, qulları Qatdadır. |
9027 | 1KI 8:39 | o vaxt Sən göydə – Öz məskənində eşit, bağışla və bir əlac et. Ürəyini bildiyin hər adama bütün əməllərinə görə əvəz ver, çünki hər insanın ürəyini yalnız Sən bilirsən. |
9104 | 1KI 10:22 | Padşahın dənizdə Xiramın gəmiləri ilə birgə Tarşiş gəmiləri var idi. Üç ildə bir dəfə Tarşiş gəmiləri qızıl, gümüş, fil sümüyü, meymunlar və əntərlərlə yüklənərək gəlirdi. |
9166 | 1KI 12:12 | «Üç gündən sonra yenə yanıma gəlin» deyə padşahın söylədiyi kimi Yarovam bütün xalqla birgə üç gündən sonra Rexavamın yanına gəldi. |
9378 | 1KI 18:34 | dedi: «Dörd səhəng su gətirin, onu yandırma qurbanının və odunların üstünə tökün». Sonra o dedi: «İkinci dəfə edin». Onlar ikinci dəfə etdilər. O dedi: «Üçüncü dəfə edin». Onlar üçüncü dəfə etdilər. |
9456 | 1KI 21:2 | Bir müddət sonra Axav Navota dedi: «Üzüm bağını mənə ver ki, oranı özüm üçün bostan edim, çünki evimə yaxındır. Mən onun əvəzinə sənə daha yaxşı bağ verərəm ya da istəsən, onun dəyərini sənə pulla ödəyərəm». |
9460 | 1KI 21:6 | O dedi: «Mən İzreelli Navota “üzüm bağını pulla mənə sat ya da istəsən, onun əvəzində sənə başqa üzüm bağı verərəm” söylədim, o isə dedi: “Üzüm bağımı sənə vermərəm”». |
9484 | 1KI 22:1 | Üç il keçdi. Bu müddətdə Aramla İsrail arasında müharibə getmirdi. |
9485 | 1KI 22:2 | Üçüncü ildə Yəhuda padşahı Yehoşafat İsrail padşahının yanına gəldi. |
9541 | 2KI 1:4 | Buna görə də Rəbb belə deyir: “Üstündə uzandığın yataqdan qalxa bilməyəcəksən, çünki hökmən öləcəksən!”» İlyas getdi. |
9550 | 2KI 1:13 | Padşah yenə üçüncü bir əllibaşı ilə əlli adamını göndərdi. Üçüncü əllibaşı qalxıb gəldi, İlyasın qarşısında diz çökdü və ona yalvarıb dedi: «Ey Allah adamı, xahiş edirəm, mənim və bu əlli qulunun canına yazığın gəlsin. |
10038 | 2KI 18:10 | Üç ildən sonra şəhəri aldılar. Xizqiyanın padşahlığının altıncı ilində, yəni İsrail padşahı Huşənin padşahlığının doqquzuncu ilində Samariya alındı. |
10094 | 2KI 19:29 | Ancaq sənin üçün əlamət budur, ey Xizqiya! Bu il və gələn il özü yetişən barını, Üçüncü il isə taxıl zəmilərini, Üzüm bağları salıb onların bəhrəsini yeyin. |
10870 | 1CH 17:2 | Natan Davuda dedi: «Ürəyindəki niyyəti həyata keçir, çünki Allah səninlədir». |
11061 | 1CH 25:10 | Üçüncüsü oğulları və qohumları ilə birgə Zakkura çıxdı. Onlar on iki nəfər idi. |
11119 | 1CH 27:5 | Üçüncü ay üçün üçüncü qoşun başçısı kahin Yehoyadanın oğlu Benaya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. |
11150 | 1CH 28:2 | Padşah Davud ayağa qalxıb dedi: «Ey qardaşlarım və xalqım, məni dinləyin! Ürəyimdə Allahımızın kətili və Rəbbin Əhd sandığı üçün bir rahatlıq evi tikmək arzusu var idi və onu tikmək üçün hazırlıq gördüm. |
11234 | 2CH 2:17 | Onlardan yetmiş min nəfəri yük daşımağa, səksən min nəfəri dağlarda daş yonmağa qoydu. Üç min altı yüz adamı da xalqı işlətmək üçün nəzarətçi qoydu. |
11317 | 2CH 6:30 | o vaxt Sən göydən – Öz məskənindən eşit və bağışla. Ürəyini bildiyin hər adama bütün əməllərinə görə əvəz ver, çünki insan ürəklərini yalnız Sən bilirsən. |
11390 | 2CH 9:21 | Padşahın gəmiləri Xiramın adamları ilə birgə Tarşişə gedərdi. Üç ildə bir dəfə Tarşiş gəmiləri qızıl, gümüş, fil sümüyü, meymunlar və əntərlərlə yüklənərək gəlirdi. |
11405 | 2CH 10:5 | Rexavam onlara dedi: «Üç gündən sonra yenə mənim yanıma gəlin». Xalq getdi. |
11412 | 2CH 10:12 | «Üç gün sonra yenə yanıma gəlin» deyə padşahın söylədiyi kimi Yarovam bütün xalqla birgə üç gün sonra Rexavamın yanına gəldi. |
11534 | 2CH 17:6 | Rəbbin yollarında cəsarətləndi. Üstəlik səcdəgahları və Aşera bütlərini Yəhudadan götürdü. |
11831 | 2CH 29:35 | Ünsiyyət qurbanlarının yağı və yandırma qurbanları ilə birgə gətirilmiş tökmə təqdimlər də çox idi. Beləcə Rəbbin məbədinin xidməti bərpa olundu. |
11866 | 2CH 31:7 | Üçüncü ayda bunları qalaqlarla üst-üstə yığmağa başladılar və yeddinci ayda qurtardılar. |
12134 | EZR 4:19 | Ona görə mən əmr verdim və əmrimə əsasən istintaq aparıldı. Bu şəhərin sakinlərinin qədimdən bəri padşahlara qarşı üsyan qaldırması təsdiq olundu. Üsyankarlıq və xəyanət bu şəhərin daxilindən baş qaldırıb. |
12160 | EZR 6:4 | Üç cərgə böyük daş, bir cərgə təzə dirək qoyulmaqla altmış qulac hündürlükdə və altmış qulac uzunluqda olsun. Bu işin bütün xərci padşah xəzinəsindən ödənilsin. |
12206 | EZR 7:28 | Rəbb padşahın, onun məsləhətçilərinin və bütün güclü rəislərinin mənə yaxşı münasibətini yaratdı. Üzərimdə olan Allahım Rəbbin əlindən qüvvət alaraq mənimlə bərabər getmək üçün İsrailin başçılarından bəzilərini yanıma topladım. |
12248 | EZR 9:6 | belə dua etdim: «Ey Allahım, utanıram! Üzümü Sənə – Allahıma qaldırmağa xəcalət çəkirəm, çünki təqsirlərimiz başımızdan aşıb, günahlarımız böyüyərək göylərə çatıb. |
12261 | EZR 10:4 | Qalx, çünki bu işin məsuliyyətini daşıyan sənsən və biz də səninləyik. Ürəkli ol, işə başla!» |