| 105 | GEN 4:25 | Adəm yenə arvadı ilə yaxınlıq etdi və Həvva bir oğlan doğub adını Şet qoyaraq dedi: «Qabilin öldürdüyü Habilin yerinə Allah mənə başqa bir oğul bəxş etdi». |
| 106 | GEN 4:26 | Şetin də bir oğlu oldu və adını Enoş qoydu. O zaman insanlar Rəbbin adını çağırmağa başladı. |
| 109 | GEN 5:3 | Adəmin yüz otuz yaşı olanda özünə bənzər, öz surətində bir oğlu oldu və adını Şet qoydu. |
| 110 | GEN 5:4 | Şet doğulandan sonra Adəm səkkiz yüz il yaşadı. Onun başqa oğulları və qızları oldu. |
| 112 | GEN 5:6 | Şet yüz beş yaşında olanda oğlu Enoş doğuldu. |
| 113 | GEN 5:7 | Enoş doğulandan sonra Şet səkkiz yüz yeddi il yaşadı. Onun başqa oğulları və qızları oldu. |
| 114 | GEN 5:8 | Şet doqquz yüz on iki il ömür sürüb öldü. |
| 245 | GEN 10:10 | Əvvəlcə onun padşahlığına Şinar ölkəsində olan Babil, Erek, Akkad və Kalne daxil idi. |
| 259 | GEN 10:24 | Arpakşaddan Şelah törədi, Şelahdan Ever törədi. |
| 261 | GEN 10:26 | Yoqtandan Almodad, Şelef, Xasarmavet, Yerah, |
| 269 | GEN 11:2 | İnsanlar şərqdən köçüb gəldikləri zaman Şinar torpağında bir düzənliyə rast gəldilər və orada məskən saldılar. |
| 279 | GEN 11:12 | Arpakşad otuz beş yaşında olanda oğlu Şelah doğuldu. |
| 280 | GEN 11:13 | Şelah doğulandan sonra Arpakşad dörd yüz üç il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. |
| 281 | GEN 11:14 | Şelah otuz yaşında olanda oğlu Ever doğuldu. |
| 282 | GEN 11:15 | Ever doğulandan sonra Şelah dörd yüz üç il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. |
| 305 | GEN 12:6 | İbram oranı dolaşıb, Şekem deyilən yerdəki More palıdının yanına çatdı. O vaxt bu torpaqda Kənanlılar yaşayırdı. |
| 338 | GEN 14:1 | Bu zaman Şinar padşahı Amrafel, Ellasar padşahı Aryok, Elam padşahı Kedorlaomer və Qoyim padşahı Tidal |
| 339 | GEN 14:2 | Sodom padşahı Beraya, Homorra padşahı Birşaya, Adma padşahı Şinava, Sevoyim padşahı Şemeverə, Bela, yəni Soar padşahına qarşı müharibəyə başladı. |
| 342 | GEN 14:5 | On dördüncü il Kedorlaomer və onunla birgə olan padşahlar gəlib Aşterot-Qarnayimdə Rafalıları, Hamda Zuzluları, Şave-Qiryatayimdə Emliləri, |
| 346 | GEN 14:9 | Elam padşahı Kedorlaomerlə, Qoyim padşahı Tidalla, Şinar padşahı Amrafellə, Ellasar padşahı Aryokla döyüşə girdilər: dörd padşah beş padşaha qarşı idi. |
| 354 | GEN 14:17 | İbram Kedorlaomer və onunla olan padşahları məğlub edib qayıdanda Sodom padşahı «Padşah vadisi» adlanan Şave vadisində onun pişvazına çıxdı. |
| 389 | GEN 16:7 | Rəbbin mələyi Şur yolundakı çöldə olan bulağın yanında onu tapdı. |
| 497 | GEN 20:1 | İbrahim Mamredən Negev torpağına köçdü və Qadeşlə Şur arasında məskən saldı. Sonra bir müddət Gerarda qaldı. |
| 528 | GEN 21:14 | İbrahim səhər tezdən qalxdı, çörək və bir tuluq su götürüb çiyninə qoyaraq Həcərə verdi. Uşağı da ona verib onu yola saldı. Həcər gedib Beer-Şeva çölündə dolaşdı. |
| 545 | GEN 21:31 | Buna görə də o buranı Beer-Şeva adlandırdı, çünki onların ikisi də orada and içdi. |
| 546 | GEN 21:32 | Beləcə Beer-Şevada əhd bağladılar. Sonra Avimelek və onun ordu başçısı Pikol qalxıb Filiştlilərin ölkəsinə qayıtdılar. |
| 547 | GEN 21:33 | İbrahim Beer-Şevada bir yulğun ağacı əkdi və orada əbədi Allah olan Rəbbin adını çağırdı. |
| 567 | GEN 22:19 | Sonra İbrahim öz nökərlərinin yanına qayıtdı və onlar qalxıb Beer-Şevaya getdilər. İbrahim Beer-Şevada sakin oldu. |
| 661 | GEN 25:2 | Qetura ona bunları doğdu: Zimran, Yoqşan, Medan, Midyan, İşbaq və Şuah. |
| 677 | GEN 25:18 | İsmailin nəsilləri Xaviladan Şura qədər olan ərazidə məskən saldı. Şur Aşşura gedərkən Misirin qarşısındadır. Onlar qardaşlarının yaşadığı yerin qarşısında yerləşmişdi. |
| 716 | GEN 26:23 | İshaq oradan Beer-Şevaya getdi. |
| 726 | GEN 26:33 | İshaq bu quyunun adını Şiva qoydu, buna görə də şəhərin adı bu günə qədər Beer-Şevadır. |
| 784 | GEN 28:10 | Yaqub Beer-Şevadan çıxıb Xarana tərəf getdi. |
| 829 | GEN 29:33 | O yenə hamilə olub bir oğul doğdu və dedi: «Rəbb sevilmədiyimi eşidib mənə bunu da verdi». Onun da adını Şimeon qoydu. |
| 953 | GEN 32:25 | Sonra Yaqub tək qaldı. Dan yeri sökülənə qədər bir Şəxs onunla güləşdi. |
| 954 | GEN 32:26 | Yaquba üstün gələ bilmədiyini görüb onun budunun oynağına zərbə vurdu. O Şəxslə güləşərkən Yaqubun budunda oynağı zədələndi. |
| 955 | GEN 32:27 | O Şəxs dedi: «Burax, gedim, çünki səhər açılır». Yaqub dedi: «Mənə xeyir-dua verməsən, Səni buraxmaram». |
| 956 | GEN 32:28 | O Şəxs soruşdu: «Adın nədir?» O dedi: «Yaqub». |
| 957 | GEN 32:29 | O Şəxs dedi: «Artıq sənə Yaqub deyil, İsrail deyiləcək, çünki sən Allahla və insanlarla güləşib üstün gəlmisən». |
| 958 | GEN 32:30 | Yaqub soruşdu: «Xahiş edirəm, adını söylə». O dedi: «Adımı niyə soruşursan?» O Şəxs orada Yaquba xeyir-dua verdi. |
| 961 | GEN 32:33 | Ona görə bu günə qədər də İsraillilər bud oynağının üzərindəki vətərləri yeməzlər. Çünki güləşən Şəxs Yaqubun bud oynağının vətərinə toxunmuşdu. |
| 979 | GEN 33:18 | Yaqub Paddan-Aramdan qayıtdıqdan sonra sağ-salamat Kənan torpağında olan Şekem şəhərinə gəldi və şəhərin qarşısında məskən saldı. |
| 980 | GEN 33:19 | O, çadırını qurduğu tarla sahəsini Şekemin atası Xamorun oğullarından yüz parça gümüşlə satın aldı. |
| 983 | GEN 34:2 | O ölkənin ağası Xivli Xamorun oğlu Şekem onu gördü. Qızı aparıb onunla yatdı və onu zorladı. |
| 984 | GEN 34:3 | Onun ürəyi Yaqubun qızı Dinaya bağlandı. Şekem qızı sevdi və onunla xoş rəftar etdi. |
| 985 | GEN 34:4 | Şekem atası Xamora dedi: «Bu qızı mənə arvad al». |
| 987 | GEN 34:6 | Şekemin atası Xamor Yaqubla danışmaq üçün onun yanına getdi. |
| 988 | GEN 34:7 | Yaqubun oğulları bunu eşidib çöllükdən gəldilər. Onlar məyus oldular və bərk qəzəbləndilər. Çünki Şekem Yaqubun qızı ilə yatmaqla İsraili rüsvay etmişdi, belə iş etmək olmazdı. |
| 989 | GEN 34:8 | Xamor onlara belə dedi: «Oğlum Şekemin ürəyi qızınıza bağlanıb. Xahiş edirəm, qızı ona arvad olmaq üçün verəsiniz. |
| 992 | GEN 34:11 | Şekem qızın atasına və qardaşlarına dedi: «Sizin gözünüzdə lütf tapmaq üçün məndən nə istəsəniz, verərəm. |
| 994 | GEN 34:13 | Yaqubun oğulları Şekemə və onun atası Xamora hiylə ilə cavab verdilər, çünki Şekem bacıları Dinanı zorlamışdı. |
| 999 | GEN 34:18 | Onların sözləri Xamorun və oğlu Şekemin xoşuna gəldi. |
| 1000 | GEN 34:19 | Cavan oğlan bu işi dərhal etdi, çünki Yaqubun qızı çox xoşuna gəlmişdi. Şekem atasının evində ən hörmətli adam idi. |
| 1001 | GEN 34:20 | Xamor və oğlu Şekem öz şəhərlərinin darvazasına gəldilər və şəhərin adamlarına belə dedilər: |
| 1005 | GEN 34:24 | Şəhərin bütün sakinləri Xamora və oğlu Şekemə qulaq asdılar: şəhər əhalisindən olan bütün kişilər sünnət olundu. |
| 1006 | GEN 34:25 | Üçüncü gün onlar hələ də ağrı çəkən zaman Dinanın qardaşları – Yaqubun iki oğlu Şimeon və Levi qılınclarını götürüb maneəsiz şəhərə girdilər və bütün kişiləri qılıncdan keçirtdilər. |
| 1007 | GEN 34:26 | Xamoru və oğlu Şekemi də öldürdülər. Dinanı Şekemin evindən götürüb getdilər. |
| 1011 | GEN 34:30 | Yaqub Şimeona və Leviyə dedi: «Ölkədə yaşayan Kənanlılarda və Perizlilərdə mənə qarşı nifrət oyadıb məni bəlaya saldınız. Biz sayca azıq, əgər birləşib bizi qırsalar, özüm də ailəmlə birgə həlak olacağam». |
| 1016 | GEN 35:4 | Onlar yanlarında olan bütün özgə büt allahlarını və qulaqlarındakı sırğaları Yaquba verdilər. Yaqub bunları Şekem yaxınlığında olan palıdın altında basdırdı. |
| 1035 | GEN 35:23 | Yaqubun on iki oğlu var idi. Leanın oğulları: Yaqubun ilk oğlu Ruven, Şimeon, Levi, Yəhuda, İssakar və Zevulun. |
| 1054 | GEN 36:13 | Reuelin oğulları bunlardır: Naxat, Zerah, Şamma və Mizza; bunlar Esavın arvadı Basmatın nəvələridir. |
| 1058 | GEN 36:17 | Esavın oğlu Reuelin oğulları bunlardır: başçı Naxat, başçı Zerah, başçı Şamma, başçı Mizza. Edom torpağında Reueldən olan başçılar bunlardır; onlar Esavın arvadı Basmatın nəvələridir. |
| 1061 | GEN 36:20 | Ölkədə yaşayan Xorlu Seirin oğulları bunlardır: Lotan, Şoval, Siveon, Ana, |
| 1064 | GEN 36:23 | Şovalın oğulları bunlardır: Alvan, Manaxat, Eval, Şefo və Onam. |
| 1070 | GEN 36:29 | Xorlulardan olan başçılar bunlardır: başçı Lotan, başçı Şoval, başçı Siveon, başçı Ana, |
| 1078 | GEN 36:37 | Samla öldü və onun yerinə Rexovot-Hannahardan olan Şaul padşah oldu. |
| 1079 | GEN 36:38 | Şaul öldü və onun yerinə Akbor oğlu Baal-Xanan padşah oldu. |
| 1096 | GEN 37:12 | Bir gün Yusifin qardaşları atalarının sürüsünü otarmaq üçün Şekemə getdilər. |
| 1097 | GEN 37:13 | İsrail Yusifə dedi: «Qardaşların Şekemdə sürü otarırlar. Gəl səni də onların yanına göndərim». O, atasına dedi: «Getməyə hazıram». |
| 1098 | GEN 37:14 | İsrail yenə ona dedi: «Get bax, qardaşların yaxşıdırmı, sürü salamatdırmı? Sonra mənə xəbər gətir». Beləcə onu Xevron vadisindən yola saldı. Yusif gəlib Şekemə çatdı. |
| 1122 | GEN 38:2 | Yəhuda orada Şua adlı Kənanlı bir adamın qızını gördü. Yəhuda qızı arvad alıb yanına girdi. |
| 1125 | GEN 38:5 | Sonra yenə də bir oğlan doğub, adını Şela qoydu. Qadın onu doğduğu zaman Yəhuda Kezivdə idi. |
| 1131 | GEN 38:11 | Yəhuda gəlini Tamara dedi: «Atanın evinə qayıt, oğlum Şela böyüyənə qədər dul olaraq qal». Yəhuda fikirləşdi ki, Şela da qardaşları kimi ölə bilər. Tamar gedib atasının evində qaldı. |
| 1132 | GEN 38:12 | Uzun müddətdən sonra Şuanın qızı olan Yəhudanın arvadı öldü. Yəhuda matəm qurtarandan sonra dostu Adullamlı Xira ilə birlikdə Timnata sürüsünü qırxanların yanına getdi. |
| 1134 | GEN 38:14 | Tamar dulluq paltarını əynindən çıxarıb rübənd örtdü və bürünüb Timnata gedən yolda olan Enayim darvazasının yanında oturdu. Çünki o görürdü ki, Şela böyüyüb, o isə hələ də Şelaya ərə verilməyib. |
| 1146 | GEN 38:26 | Yəhuda bunları tanıyıb dedi: «O məndən haqlıdır, çünki onu oğlum Şelaya vermədim». Yəhuda onunla bir daha yaxınlıq etmədi. |
| 1277 | GEN 42:24 | Yusif onların yanından kənara çəkilib ağladı. Sonra qardaşlarının yanına qayıdıb onlarla söhbət etdi. Aralarından Şimeonu götürüb qardaşlarının gözü qabağında onun əl-qolunu bağladı. |
| 1289 | GEN 42:36 | Ataları Yaqub onlara dedi: «Siz məni övladsız qoydunuz. Yusif yox, Şimeon yox, Binyamini də aparacaqsınız. Bütün bunları mənim başıma gətirmək istəyirsiniz». |
| 1314 | GEN 43:23 | Ev nəzarətçisi dedi: «Narahat olmayın, qorxmayın. Özünüzün və atanızın Allahı sizə çuvallarınızda xəzinə verdi. Pulunuz mənə gəlib çatdı». Sonra Şimeonu onların yanına gətirdi. |
| 1388 | GEN 46:1 | İsrail özünə məxsus hər şeyi ilə birgə yola çıxdı. Beer-Şevaya gəlib atası İshaqın Allahına qurbanlar kəsdi. |
| 1392 | GEN 46:5 | Yaqub Beer-Şevadan çıxdı. İsrailin oğulları ataları Yaqubu və arvad-uşaqlarını fironun Yaqubu aparmaq üçün göndərdiyi arabalara mindirdilər. |
| 1397 | GEN 46:10 | Şimeonun oğulları: Yemuel, Yamin, Ohad, Yakin, Sohar və bir Kənanlı qadından doğulan Şaul. |
| 1399 | GEN 46:12 | Yəhudanın oğulları: Er, Onan, Şela, Peres və Zerah. Ancaq Er və Onan Kənan ölkəsində öldülər. Peresin oğulları: Xesron və Xamul. |
| 1400 | GEN 46:13 | İssakarın oğulları: Tola, Puvva, Yov və Şimron. |
| 1403 | GEN 46:16 | Qadın oğulları: Sifyon, Haqqi, Şuni, Esbon, Eri, Arodi və Areli. |
| 1411 | GEN 46:24 | Naftalinin oğulları: Yaxseel, Quni, Yeser, Şillem. |
| 1457 | GEN 48:5 | İndi sənin yanına, Misirə gəlməzdən əvvəl Misir torpağında doğulan iki oğlun da mənimdir: Efrayim və Menaşşe Ruvenlə Şimeon kimi mənimki olacaq. |
| 1474 | GEN 48:22 | Sənə qardaşlarından bir pay da artıq olaraq Şekemi verirəm. Onu mən Emorluların əlindən qılıncım və kamanımla almışam». |
| 1479 | GEN 49:5 | Şimeonla Levi qardaşdır, Qəddarlıq qılıncları ilə silahlanıblar. |