| 885 | GEN 31:11 | Yuxuda Allahın mələyi mənə dedi: “Yaqub!” “Mən buradayam!” deyə cavab verdim. |
| 1815 | EXO 11:8 | Sonra bütün bu qulların yanıma gələcək və mənə təzim edib deyəcəklər: “Sən və ardınca gələn bütün xalq buradan çıxın!” Bundan sonra mən çıxacağam». Sonra Musa qızğın qəzəblə fironun yanından çıxdı. |
| 1902 | EXO 14:12 | Misirdə sənə “Bizdən əl çək, Misirlilərə qulluq edək!” demirdikmi? Səhrada ölməkdən Misirlilərə qulluq etmək bizim üçün yaxşıdır». |
| 2462 | EXO 32:23 | Onlar mənə dedilər: “Bizim üçün allahlar düzəlt ki, qabağımızda getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!” |
| 3098 | LEV 13:45 | Belə iyrənc xəstəliyə tutulan adamın geyimləri cırıq, saçı isə dağınıq olmalıdır. O adam üzünün aşağı hissəsini örtüb “Murdaram! Murdaram!” deyə çığırsın. |
| 4440 | NUM 23:23 | Yaqub üçün edilən baxıcılıq baş tutmaz, İsrail üçün edilən falçılıq alınmaz. Bax indi deyiləcək: “Yaqub və İsrail üçün Allah nələr etdi!” |
| 4999 | DEU 3:22 | Onlardan qorxmayın, çünki Allahınız Rəbb Özü sizin üçün döyüşəcək!” |
| 5602 | DEU 27:15 | “Qoy Rəbbin iyrəndiyi, bir sənətkarın əl işi olan oyma və ya tökmə büt yaradana, gizlicə belə şeylər saxlayana lənət olsun!” Bütün xalq cavab versin: “Amin!” |
| 5603 | DEU 27:16 | “Qoy ata-anası ilə hörmətsiz rəftar edənə lənət olsun!” Bütün xalq desin: “Amin!” |
| 5604 | DEU 27:17 | “Qoy qonşusunun sərhədini dəyişdirənə lənət olsun!” Bütün xalq desin: “Amin!” |
| 5605 | DEU 27:18 | “Qoy kor olanı yoldan azdırana lənət olsun!” Bütün xalq desin: “Amin!” |
| 5606 | DEU 27:19 | “Qoy qəribə, yetimə, dul qadına haqsızlıq edənə lənət olsun!” Bütün xalq desin: “Amin!” |
| 5608 | DEU 27:21 | “Qoy hər hansı bir heyvanla cinsi əlaqəyə girənə lənət olsun!” Bütün xalq desin: “Amin!” |
| 5609 | DEU 27:22 | “Qoy anadan yaxud atadan bir olan bacısı ilə yatana lənət olsun!” Bütün xalq desin: “Amin!” |
| 5610 | DEU 27:23 | “Qoy qayınanası ilə yatana lənət olsun!” Bütün xalq desin: “Amin!” |
| 5611 | DEU 27:24 | “Qoy gizlicə qonşusunu öldürənə lənət olsun!” Bütün xalq desin: “Amin!” |
| 5612 | DEU 27:25 | “Qoy günahsız qan tökmək üçün rüşvət alana lənət olsun!” Bütün xalq desin: “Amin!” |
| 5613 | DEU 27:26 | “Qoy bu Qanunun sözlərini əməldə təsdiq etməyənə lənət olsun!” Bütün xalq desin: “Amin!” |
| 5621 | DEU 28:8 | Rəbb anbarlarınıza, əl atdığınız hər işə “Bərəkətli olsun!” deyə əmr verəcək və Allahınız Rəbb sizə verəcəyi torpağa bərəkət yağdıracaq. |
| 5839 | DEU 33:27 | Pənahgahın əzəli əbədi Allahdır, Səni daim qollarında gəzdirər. Düşmənlərini qarşından qovar, “Yox et onları!” sənə deyər. |
| 6714 | JDG 7:18 | Mən və mənimlə bərabər olanların hamısı şeypur çalan kimi siz də ordugahın bütün ətrafında şeypurlarınızı çalın və “Rəbb üçün və Gideon üçün!” deyə bağırın». |
| 7538 | 1SA 14:28 | Camaat arasından bir nəfər dedi: «“Bu gün kim çörək yesə, lənətə gəlsin!” deyə atan xalqa möhkəm and içdirmiş, buna görə də xalq taqətdən düşmüşdü». |
| 8348 | 2SA 13:28 | Avşalom nökərlərinə belə əmr etmişdi: «Baxın Amnonun ürəyi şərabla nəşələnəndə sizə “Amnonu vurun!” deyəcəyəm, o zaman onu öldürün, qorxmayın. Sizə əmri verən mən deyiləmmi? Cəsur və igid olun». |
| 8745 | 1KI 1:25 | Adoniya bu gün gedib çoxlu mal-qara, bəslənmiş heyvan və qoyun-keçi qurban kəsdi və padşahın bütün oğullarını, ordu başçılarını və kahin Evyatarı çağırdı. Budur, “Yaşasın padşah Adoniya!” deyərək onun önündə yeyib-içirlər. |
| 8754 | 1KI 1:34 | Orada kahin Sadoq və peyğəmbər Natan onu İsrail padşahı olmaq üçün məsh etsinlər. Şeypur çalıb “Yaşasın padşah Süleyman!” söyləyin. |
| 8767 | 1KI 1:47 | Ağamız padşah Davudu təbrik etməyə gələn əyanları da “Sənin Allahın Süleymanın adını sənin adından daha böyük, taxtını sənin taxtından daha uca etsin!” deyəndə padşah yatağının üstündən əyildi. |
| 8815 | 1KI 2:42 | Padşah Şimeyi çağırtdırıb ona dedi: «Səni Rəbbin haqqına and içdirmədimmi? “Çıxıb bir yerə getdiyin gün, bil ki, hökmən öləcəksən!” deyə sənə xəbərdarlıq etmədimmi? Sən də mənə “yaxşı, sözünlə razıyam” demədinmi? |
| 12533 | NEH 9:18 | Hətta atalarımız özləri üçün tökmə dana düzəldib “Budur, səni Misirdən çıxaran Allahın!” deyə böyük küfr edəndə |
| 12911 | JOB 3:3 | «Kaş ki mən doğulan gün yox olaydı, “Oğlun oldu!” deyilən gecə yox olaydı. |
| 15417 | PSA 89:27 | Məni çağırıb deyəcək: “Atamsan, Allahımsan, Məni xilas edən Qaya Sənsən!” |
| 18008 | ISA 14:10 | Hamı səni çağırıb belə deyəcək: “Sən də bizim kimi zəif oldun, bizə bənzədin!” |
| 18715 | ISA 49:9 | Dustaqlara “çıxın”, Zülmətdə oturanlara “Özünüzü göstərin!” deyəsən. Onlar yol boyunca quzu kimi bəslənəcək, Hər çılpaq təpədə otlaq tapacaq. |
| 18967 | ISA 65:1 | «Məni soruşmayanlara Mən zühur etdim, Məni axtarmayanlar tərəfindən tapıldım. Adımı çağırmayan millətə dedim: “Buradayam! Buradayam!” |
| 19091 | JER 3:20 | Bir arvad öz ərinə xəyanət edirsə, Siz də Mənimlə eləcə xəyanətlə rəftar etdiniz, ey İsrail nəsli!” Rəbb belə bəyan edir. |
| 19098 | JER 4:2 | Həqiqət, ədalət və doğruluqla “Var olan Rəbbə and olsun!” deyə and içsən, O zaman millətlər Rəbb vasitəsilə bərəkət alacaq, Onunla öyünəcək». |
| 19101 | JER 4:5 | Yəhudada elan edin, Yerusəlimdə car çəkib deyin: “Ölkədə şeypur çalın!” Ucadan qışqırıb söyləyin: “Gəlin toplanıb Qalalı şəhərlərə girək!” |
| 19175 | JER 6:17 | Mən sizin üzərinizə Gözətçilər qoyub dedim: “Şeypur səsinə qulaq asın!” Ancaq siz “qulaq asmayacağıq” dediniz. |
| 19522 | JER 21:13 | Rəbb bəyan edir: “Mən sənə qarşıyam, Ey vadinin üstündəki Yaylada olan qayada oturan Yerusəlim!” Siz deyirsiniz: “Üstümüzə kim gələr? Məskənlərimizə kim girər?” |
| 19578 | JER 23:25 | «Mənim adımdan yalan söyləyən peyğəmbərlərin “Yuxu gördüm, yuxu gördüm!” sözlərini eşitdim. |
| 19767 | JER 31:7 | Rəbb belə deyir: «Yaqubu sevinclə tərənnüm edin, Millətlərin başçısı üçün səs qaldırın! Ucadan həmd edib bildirin! “Ya Rəbb, xalqını, İsraildən sağ qalanları xilas et!” deyin. |
| 19783 | JER 31:23 | İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Mən onların sürgün olunmuşlarını geri qaytaranda Yəhuda torpağında və onun şəhərlərində yenə belə söyləyəcəklər: “Ey ədalət yurdu, ey müqəddəs dağ, Rəbb sənə xeyir-dua versin!” |
| 20152 | JER 48:3 | Xoronayimdən fəryad səsi gələcək: “Şəhər dağıldı və böyük qırğın oldu!” |
| 20166 | JER 48:17 | Ey onun ətrafında olanlar, Onun adını bilənlər, Onun üçün yas tutub deyin: “Qüdrətli əsa, əzəmətli dəyənək Necə də qırıldı!” |
| 20210 | JER 49:14 | Rəbdən bir xəbər eşitdim: Millətlər arasına göndərdiyi qasid “Edoma hücum etmək üçün yığılıb Döyüşə hazırlaşın!” deyir. |
| 20225 | JER 49:29 | Onların çadırlarını və sürülərini Əllərindən alacaqlar, Çadır pərdələri, bütün əşyaları və dəvələri Götürülüb aparılacaq. Onlara “Hər tərəfdən dəhşət!” Deyib bağıracaqlar. |
| 20565 | EZK 2:4 | Səni yanlarına göndərəcəyim xalq dikbaş və inadkardır. Sən onlara deyəcəksən: “Xudavənd Rəbb belə deyir!” |
| 20582 | EZK 3:11 | Qalxıb sürgün olunmuş soydaşlarının yanına get, onlarla danışıb söylə: “Xudavənd Rəbb belə deyir!” Onlar istəyirlər sənə qulaq assın, istəyirlər yox». |
| 21282 | EZK 30:9 | O gün qayğısız Kuş əhalisini qorxutmaq üçün gəmilərlə qasidlər göndərəcəyəm. Onlar Misirin dağıldığı gün gələndə dəhşətə düşəcək. Budur, o gün gəlir!” |
| 21460 | EZK 36:32 | Bilin ki, bunu sizin naminizə etmirəm” Xudavənd Rəbb belə bəyan edir, “adətlərinizdən utanıb xəcalət çəkin, ey İsrail nəsli!” |
| 22477 | AMO 3:13 | “Buna qulaq asın! Yaqub nəslinə xəbərdarlıq edin!” Ordular Allahı Xudavənd Rəbb belə deyir. |
| 22484 | AMO 4:5 | Təşəkkür üçün mayalı çörək yandırıb təqdim edin, Öz könüllü təqdimlərinizlə öyünün. Ey İsraillilər, sizin xoşunuza gələn budur!” Xudavənd Rəbb belə bəyan edir. |
| 22491 | AMO 4:12 | “Ey İsraillilər, buna görə də sizinlə belə rəftar edəcəyəm. Bu rəftarıma görə Allahınızı qarşılamağa hazır olun, ey İsraillilər!” |
| 22929 | HAG 2:5 | “Misirdən çıxan zaman sizinlə bağladığım əhdə əsasən Ruhum aranızdadır. Qorxmayın!” |
| 23389 | MAT 7:4 | Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: “Qoy gözündəki çöpü çıxarım!” |
| 23408 | MAT 7:23 | Onda Mən onlara bəyan edəcəyəm: “Ey qanunsuzluq edənlər, Mən sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!” |
| 23423 | MAT 8:9 | Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir». |
| 23453 | MAT 9:5 | Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək? |
| 23547 | MAT 11:19 | Bəşər Oğlu gəldikdə yeyib-içdi və onlar deyirlər: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!” Amma hikmət öz əməlləri ilə təsdiq olunur». |
| 23824 | MAT 18:28 | Amma o qul kənara çıxıb ona yüz dinar borclu olan bir yoldaşını tapdı. Onu yaxaladı və “Borcunu ödə!” deyərək boğmağa başladı. |
| 23916 | MAT 21:21 | İsa cavab verib onlara dedi: «Sizə doğrusunu deyirəm: əgər imanınız olub şübhə etməsəniz, nəinki əncir ağacının başına gətirilən şeyi edərsiniz, hətta bu dağa “Qalx, dənizə atıl!” desəniz, elə də olacaq. |
| 23925 | MAT 21:30 | Həmin adam ikincisinə yaxınlaşıb yenə eyni sözü söylədi. O cavab verib “Gedirəm, ağam!” dedi, amma getmədi. |
| 23945 | MAT 22:4 | Bir daha başqa qulları göndərərək onlara dedi: “Dəvət olunanlara deyin ki, budur, mən ziyafətimi hazırladım, öküzlərim və bəslənmiş heyvanlarım kəsilib, hər şey hazırdır, toy ziyafətinə gəlin!” |
| 24026 | MAT 23:39 | Çünki Mən sizə bunu deyirəm: “Rəbbin ismi ilə Gələnə alqış olsun!” deyənə qədər Məni bir daha görməyəcəksiniz». |
| 24083 | MAT 25:6 | Amma gecə yarısı bir qışqırıq qopdu: “Budur, bəy gəlir, onu qarşılamağa çıxın!” |
| 24088 | MAT 25:11 | O biri qızlar da sonradan gəlib “Ağa! Ağa! Qapını bizə aç!” dedilər. |
| 24098 | MAT 25:21 | Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!” |
| 24100 | MAT 25:23 | Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!” |
| 24102 | MAT 25:25 | Ona görə qorxdum, gedib sənin talantını torpaqda gizlətdim. Buyur, öz malını geri götür!” |
| 24338 | MRK 2:9 | Bax hansı daha asandır? İflicə “günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, döşəyini götür və yeri!” demək? |
| 24732 | MRK 11:23 | Sizə doğrusunu deyirəm: kim bu dağa “Qalx, dənizə atıl!” deyərsə və ürəyində şübhə etmədən dediyinin olacağına inanarsa, onun üçün ediləcək. |
| 25155 | LUK 4:23 | İsa onlara belə dedi: «Əlbəttə, siz Mənə “Ey həkim, öz-özünə şəfa ver!” məsəlini xatırladacaqsınız. “Kefernahumda etdiklərin barəsində eşitmişik. Burada, Öz yurdunda da həmin işləri et!” deyəcəksiniz». |
| 25199 | LUK 5:23 | Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək? |
| 25257 | LUK 6:42 | Öz gözündəki tiri isə görmədən qardaşına necə deyə bilərsən: “Qardaşım! Qoy gözündəki çöpü çıxarım!” Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar. |
| 25272 | LUK 7:8 | Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir». |
| 25298 | LUK 7:34 | Bəşər Oğlu gəldikdə yeyib-içdi və siz deyirsiniz: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!” |
| 25437 | LUK 10:5 | Hansı bir evə girsəniz, əvvəl “Bu evə əmin-amanlıq olsun!” deyin. |
| 25612 | LUK 13:25 | Ev yiyəsi durub qapını bağlayandan sonra siz bayırda durub qapını döyərək deyəcəksiniz: “Ey ağam, bizə qapını aç!” O isə cavabında sizə deyəcək: “Mən sizin haradan gəldiyinizi bilmirəm!” |
| 25614 | LUK 13:27 | O isə sizə deyəcək: “Ey haqsızlıq edənlərin hamısı, Mən sizin haradan gəldiyinizi bilmirəm, Məndən uzaq olun!” |
| 25622 | LUK 13:35 | Baxın, eviniz viran qalır. Mən sizə bunu deyirəm: “Rəbbin ismi ilə Gələnə alqış olsun!” deyənə qədər Məni bir daha görməyəcəksiniz». |
| 25663 | LUK 15:6 | Evə gələndə öz dostlarını və qonşularını çağırıb belə deyər: “Mənimlə birlikdə sevinin, itmiş qoyunumu tapmışam!” |
| 25666 | LUK 15:9 | Tapanda öz rəfiqələrini və qonşularını çağırıb deyər: “Mənimlə birlikdə sevinin, itirdiyim dirhəmi tapmışam!” |
| 25726 | LUK 17:6 | Rəbb onlara belə dedi: «Bir xardal toxumu qədər imanınız olsaydı, bu tut ağacına “Kökündən çıx və dənizdə əkil!” deyərdiniz, o da sizin sözünüzə baxardı. |
| 25770 | LUK 18:13 | Vergiyığan isə uzaqda durub gözlərini göyə qaldırmağa belə, cəsarət etmirdi, amma sinəsinə vurub hey deyirdi: “Ya Allah! Mən günahkara rəhm et!” |
| 25824 | LUK 19:24 | Sonra ətrafında olanlara dedi: “Əlindəki minanı ondan alın və on minası olana verin!” |
| 25825 | LUK 19:25 | Ona dedilər: “Ay ağa, axı artıq onun on minası var!” |
| 26033 | LUK 23:29 | Çünki elə günlər gəlir ki “Nə bəxtiyardır sonsuz, doğmamış bətnlər və əmizdirməmiş döşləri olan qadınlar!” deyəcəklər. |
| 27225 | ACT 7:40 | Haruna dedilər: “Bizim üçün allahlar düzəlt ki, qabağımızca getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!” |
| 27383 | ACT 11:7 | Sonra eşitdim ki, bir səda mənə deyir: “Qalx, Peter, kəs və ye!” |
| 27816 | ACT 23:14 | Bu adamlar başçı kahinlərlə ağsaqqalların yanına gəlib belə dedilər: «Biz qəti and içmişik: “Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!” |
| 27823 | ACT 23:21 | Amma sən onların sözünə qulaq asma, çünki qırx nəfərdən artıq kişi “Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!” deyə and içib pusquda gözləyir. Onlar hazır dayanıb sənin razılığını gözləyirlər». |
| 27888 | ACT 25:24 | Fest dedi: «Ey padşah Aqrippa və burada bizimlə olan bütün cənablar, istər Yerusəlimdə, istərsə də burada, bütün Yəhudi xalqının şikayət etdiyi bu insanı görürsünüzmü? “Bu adam daha yaşamamalıdır!” deyə Yəhudilər hay-küy salırdı. |