549 | GEN 22:1 | Bir müddət sonra Allah İbrahimi sınağa çəkdi. O «Ey İbrahim!» deyə çağırdı. İbrahim «Buradayam!» dedi. |
7284 | 1SA 3:6 | Rəbb «Şamuel!» deyə yenidən çağırdı. Şamuel yenə qalxıb Elinin yanına getdi və «Məni çağırdın? Mən buradayam!» dedi. Eli yenə də «mən çağırmadım oğlum, get yat» deyə cavab verdi. |
8236 | 2SA 9:6 | Şaul oğlu Yonatanın oğlu Mefiboşet Davudun yanına gəldi və üzünü yerə qoyub təzim etdi. Davud dedi: «Mefiboşet!» O «Budur, qulun özüdür ki, var!» dedi. |
10861 | 1CH 16:36 | Alqış olsun İsrailin Allahı Rəbbə Əzəldən sonsuza qədər!» Bütün xalq «Amin!» söylədi və Rəbbə həmd etdi. |
14334 | PSA 29:9 | Rəbbin səsi maralları doğuzdurar, Rəbbin səsi meşələri çılpaq qoyar. Məbədində hamı deyər: «Ehtişamlısan!» |
15766 | PSA 106:48 | Alqış olsun İsrailin Allahı Rəbbə Əzəldən sonsuza qədər! Qoy bütün xalq söyləsin «Amin!» Rəbbə həmd edin! |
17693 | SNG 6:9 | Göyərçinimin, eyibsizimin tayı yoxdur, Anasının yeganə qızıdır, Onu doğanın canı-gözüdür. Qızlar onu görərkən Söyləyirlər: «Bəxtəvərsən!» Mələkələr və cariyələr də onu mədh edir. |
23446 | MAT 8:32 | İsa onlara «Gedin!» dedi. Cinlər də adamlardan çıxıb donuzların içinə girdi. Beləliklə, bütün sürü uçurumdan aşağı, gölə atılıb suda boğuldu. |
23695 | MAT 14:29 | İsa «Gəl!» dedi. Peter də qayıqdan çıxıb suların üstü ilə yeridi və İsaya tərəf getdi. |
24566 | MRK 7:34 | Göyə baxdı, ah çəkərək ona dedi: «Effata!», yəni «Açıl!» |
24868 | MRK 14:45 | O anda İsaya yaxınlaşıb «Rabbi!» deyərək Onu öpdü. |
25277 | LUK 7:13 | Rəbb onu görəndə ona rəhmi gəldi və qadına dedi: «Ağlama!» |
26922 | JHN 19:28 | Daha sonra İsa hər şeyin artıq tamam olduğunu bilərək Müqəddəs Yazı tam yerinə yetsin deyə «Susadım!» dedi. |
26952 | JHN 20:16 | İsa ona «Məryəm!» dedi. O da dönüb İsaya ibranicə «Rabbuni!» dedi. «Rabbuni» «Müəllim» deməkdir. |
27295 | ACT 9:10 | Dəməşqdə İsanın şagirdlərindən Xananya adlı bir nəfər var idi. Rəbb görüntü vasitəsilə «Xananya!» deyə çağırdı. O cavab verdi: «Bəli, ya Rəbb!» |
28762 | 1CO 14:16 | Təlim öyrənməmiş adamın vəziyyətini nəzərə al. Sən yalnız ruhən şükür duası edirsənsə, o sənin şükranına necə «Amin!» desin? Axı sənin nə dediyini başa düşmür. |
30861 | REV 5:14 | Dörd canlı məxluq da «Amin!» deyirdi. Onda ağsaqqallar yerə qapanıb səcdə etdilər. |
31166 | REV 22:17 | Ruh da, gəlin də deyir: «Gəl!» Qoy eşidən də desin: «Gəl!» Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün. |