| 1301 | GEN 43:10 | Çünki biz gecikməsəydik, indi iki dəfə gedib-qayıdardıq». |
| 1417 | GEN 46:30 | İsrail Yusifə dedi: «İndi ölə bilərəm, çünki üzünü gördüm. Sən sağ-salamatsanmış». |
| 4577 | NUM 27:21 | O, hökm almaq üçün kahin Eleazarın qarşısında duracaq. Eleazar isə Urim vasitəsilə Rəbdən soruşmalıdır. Yeşua ilə bütün İsraillilər icması Eleazarın əmri ilə döyüşə gedib-gəlsinlər». |
| 6947 | JDG 15:16 | Sonra Şimşon belə dedi: «Eşşəyin çənə sümüyü ilə bir-iki qalaq yaratdım. Eşşəyin çənə sümüyü ilə min nəfəri qırıb-çatdım». |
| 8265 | 2SA 11:3 | Davud adam göndərib bu qadın barəsində xəbər aldı. Biri belə dedi: «Bu qadın Xetli Uriyanın arvadı, Eliamın qızı Bat-Şevadır». |
| 9629 | 2KI 4:22 | O, ərini çağırıb dedi: «Nökərlərindən biri ilə mənə bir eşşək göndər. Tez Allah adamının yanına gedib-qayıdacağam». |
| 11594 | 2CH 20:2 | Adamlar gəldi və Yehoşafata bildirib dedi: «Dənizin o biri tərəfindən, Aramdan sənə qarşı böyük bir izdiham gəlir. İndi onlar Xaseson-Tamardadır. Bura En-Gedidir». |
| 19141 | JER 5:14 | Buna görə də Ordular Allahı Rəbb belə deyir: «Belə sözlər dedikləri üçün, Ey Yeremya, sözlərimi sənin ağzında atəşə, Bu xalqı isə oduna çevirəcəyəm, Atəş onları yandırıb-qurtaracaq». |
| 19374 | JER 14:12 | Oruc tutsalar da, Mən onların fəryadını eşitməyəcəyəm. Yandırma qurbanı və taxıl təqdimi gətirdikləri zaman onlardan razı olmayacağam. Mən onları qılınc, aclıq və vəba ilə qırıb-çatacağam». |
| 22858 | ZEP 1:2 | Rəbb belə bəyan edir: «Yer üzündən hər şeyi silib-süpürəcəyəm». |
| 24159 | MAT 26:36 | Sonra İsa şagirdlərlə birlikdə Getsemani adlanan bir yerə gəldi və onlara dedi: «Mən oraya gedib dua edərkən siz burada oturub-qalın». |
| 24855 | MRK 14:32 | Sonra Getsemani adlanan bir yerə gəldilər. İsa şagirdlərinə dedi: «Mən dua edərkən siz burada oturub-qalın». |
| 25209 | LUK 5:33 | Onlarsa İsaya dedilər: «Yəhyanın şagirdləri tez-tez oruc tutub dua edir, fariseylərin şagirdləri də belə edirlər. Amma Səninkilər yeyib-içirlər». |