6 | GEN 1:6 | Sonra Allah dedi: «Qoy suların arasında bir qübbə olsun və suları bir-birindən ayırsın». |
11 | GEN 1:11 | Sonra Allah dedi: «Qoy yer üzü bitkilər yetirsin: toxumlar bitirən ot-ələf və torpaqda hər növ bəhərli ağaclar yetişsin. Ağaclar meyvə gətirsin və toxumları meyvələrinin içində olsun». Belə də oldu. |
12 | GEN 1:12 | Yer üzü bitkilər yetirdi: hər növ toxum bitirən ot-ələf və hər növ ağac yetişdi. Ağaclar meyvə gətirirdi və toxumları meyvələrinin içində idi. Allah gördü ki, bu, yaxşıdır. |
28 | GEN 1:28 | Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin». |
29 | GEN 1:29 | Allah dedi: «Budur, yer üzündə toxum verən bütün ot-ələfi və meyvələrində toxumu olan bütün ağacların bəhərini sizə verirəm ki, qidalanasınız. |
55 | GEN 2:24 | Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq. |
63 | GEN 3:7 | O vaxt ikisinin də gözləri açıldı və çılpaq olduqlarını bildilər. Buna görə də əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəltdilər. |
74 | GEN 3:18 | O sənə tikan və qanqal bitirəcək, Sən də çöldəki ot-ələfi yeyəcəksən. |
102 | GEN 4:22 | Silla isə Tuval-Qayini doğdu. Tuval-Qayin tuncdan və dəmirdən hər cür kəsici alətlər düzəldərdi. Onun Naama adlı bacısı var idi. |
108 | GEN 5:2 | Allah onları kişi və qadın olaraq yaratdı, onlara xeyir-dua verdi və yaratdığı gün onları «insan» adlandırdı. |
142 | GEN 6:4 | Həmin dövrdə və Allah oğulları insan qızlarını arvad alıb övladları doğulan dövrdə də yer üzündə böyük adamlar yaşayırdı. Bunlar qədim dövrün qəhrəman və adlı-sanlı adamları idi. |
164 | GEN 7:4 | Çünki yeddi gün sonra yer üzünə qırx gün-qırx gecə yağış yağdıracağam və yaratdığım bütün canlıları yer üzündə məhv edəcəyəm». |
169 | GEN 7:9 | erkək və dişisi cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi. |
172 | GEN 7:12 | Yer üzünə qırx gün-qırx gecə yağış yağdı. |
175 | GEN 7:15 | həyat nəfəsi olan bütün canlılardan cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi. |
189 | GEN 8:5 | Onuncu aya qədər su yavaş-yavaş çəkildi, onuncu ayın birinci günü dağların zirvələri göründü. |
192 | GEN 8:8 | Nuh bu dəfə bir göyərçin buraxdı ki, suyun yer üzündən çəkilib-çəkilmədiyini bilsin. |
203 | GEN 8:19 | Bütün heyvanlar, sürünənlər, quşlar və yerdə sürünən bütün canlılar dəstə-dəstə gəmini tərk etdilər. |
206 | GEN 8:22 | Dünya durduqca Əkin-biçin, isti-soyuq, Yay-qış və gecə-gündüz Sona yetməyəcək». |
207 | GEN 9:1 | Allah Nuha və onun oğullarına xeyir-dua verib dedi: «Törəyib çoxalın və yer üzünü bürüyün. |
229 | GEN 9:23 | Sam və Yafəs bir paltar götürüb öz çiyinlərinə saldılar və dal-dalı içəri girib, atalarının çılpaq bədənini örtdülər. Onlar üzlərini əks tərəfə çevirmişdilər ki, atalarının çılpaqlığını görməsinlər. |
246 | GEN 10:11 | O bu torpaqdan Aşşur torpağına köçüb, Ninevanı, Rexovot-İri, Kelahı, |
270 | GEN 11:3 | Sonra bir-birlərinə dedilər: «Gəlin kərpic düzəldək və onu yaxşı bişirək». Onlar daş əvəzinə kərpic və palçıq əvəzinə qatran götürdülər. |
274 | GEN 11:7 | Gəlin aşağı enib orada onların dilini qarışdıraq ki, bir-birlərinin dilini başa düşməsinlər». |
301 | GEN 12:2 | Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. |
302 | GEN 12:3 | Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq». |
307 | GEN 12:8 | Buradan Bet-Elin şərqində yerləşən dağlıq yerə tərəf yola düşdü və burada çadır qurdu. Çadırdan qərbdə Bet-El, şərqdə isə Ay şəhəri idi. İbram orada da Rəbbə bir qurbangah qurdu və Rəbbin adını çağırdı. |
315 | GEN 12:16 | Onun xatirinə firon İbramla da yaxşı rəftar etdi: İbram qoyun-keçi, mal-qara, erkək və dişi eşşəklər, qullar, qarabaşlar və dəvələr sahibi oldu. |
321 | GEN 13:2 | İbram çox varlandı: onun çoxlu sürüsü və qızıl-gümüşü oldu. |
322 | GEN 13:3 | Negevdən çıxıb bir yerdən o biri yerə keçərək Bet-Elə qədər – Bet-Ellə Ay şəhəri arasında əvvəllər çadır qurduğu yerə getdi. |
324 | GEN 13:5 | İbramla birlikdə olan Lutun da qoyun-keçisi, mal-qarası və çadırları var idi. |
330 | GEN 13:11 | Lut özünə İordan çayının kənarındakı düzənliyi seçdi. O, şərqə tərəf hərəkət etdi. Beləcə onlar bir-birindən ayrıldı. |
342 | GEN 14:5 | On dördüncü il Kedorlaomer və onunla birgə olan padşahlar gəlib Aşterot-Qarnayimdə Rafalıları, Hamda Zuzluları, Şave-Qiryatayimdə Emliləri, |
343 | GEN 14:6 | çöl kənarındakı El-Parana qədər uzanan Seir dağlarında Xorluları qırdılar. |
344 | GEN 14:7 | Sonra geri qayıdıb En-Mişpata, yəni Qadeşə getdilər. Bütün Amaleq torpağının əhalisini və Xaseson-Tamarda yaşayan Emorluları qırdılar. |
355 | GEN 14:18 | Onda Salem padşahı Melkisedeq çörək və şərab gətirdi. O, Allah-Taalanın kahini idi. |
356 | GEN 14:19 | Melkisedeq İbrama xeyir-dua verib dedi: «Göy və yeri yaradan Allah-Taala İbrama xeyir-dua versin. |
357 | GEN 14:20 | Düşmənlərini sənə təslim edən Allah-Taalaya alqış olsun». İbram bütün qənimətin onda birini Melkisedeqə verdi. |
359 | GEN 14:22 | Ancaq İbram Sodom padşahına dedi: «Göy və yeri yaradan Allah-Taala Rəbbin dərgahına and üçün əlimi qaldırıram ki, |
392 | GEN 16:10 | Rəbbin mələyi sözünə davam etdi: «Sənin nəslini lap çoxaldacağam, çoxluğuna görə sayı-hesabı bilinməyəcək». |
395 | GEN 16:13 | Həcər onunla danışan Rəbbi «Sən El-Roisən» adlandırdı, çünki o söyləmişdi: «Doğrudan da, burada məni görən Allahı gördüm». |
396 | GEN 16:14 | Buna görə də həmin bulaq Beer-Laxay-Roi adlanır. O, Qadeşlə Beredin arasında yerləşir. |
399 | GEN 17:1 | İbram doxsan doqquz yaşında olanda Rəbb ona görünərək dedi: «Külli-İxtiyar Allah Mənəm. Mənim yolumla get və kamil ol. |
410 | GEN 17:12 | Evinizdə doğulmuş yaxud nəslinizdən olmayıb bir yadellidən satın alınmış kişi cinsindən olan hər uşaq səkkizinci gün sünnət olunsun; bu, nəsildən-nəslə davam etsin. |
414 | GEN 17:16 | Ona xeyir-dua verəcəyəm, ondan sənə bir oğul verəcəyəm. Saraya xeyir-dua verəcəyəm: o, millətlərin anası olacaq və xalqların padşahları ondan doğulacaq». |
416 | GEN 17:18 | Sonra İbrahim Allaha dedi: «Kaş ki İsmail Sənin önündə xeyir-dua alaydı!» |
418 | GEN 17:20 | İsmail barədə dediyin sözləri də eşitdim. Ona xeyir-dua verəcəyəm, onu bəhərli edəcəyəm, nəslini lap çoxaldacağam. O, on iki başçının atası olacaq. Ondan böyük bir millət törədəcəyəm. |
432 | GEN 18:7 | İbrahim mal-qaraya tərəf qaçdı. Oradan körpə və yaxşı bir buzov götürüb nökərinə verdi. Nökər də onu hazırlamaq üçün tələsdi. |
443 | GEN 18:18 | Həqiqətən, İbrahimdən böyük və güclü bir millət törəyəcək, onun vasitəsilə yer üzünün bütün millətləri xeyir-dua alacaq. |
446 | GEN 18:21 | Buna görə də aşağı enib baxacağam ki, Mənə çatan fəryadın doğru olub-olmadığını bilim». |
491 | GEN 19:33 | Onlar o gecə atalarına şərab içirdilər. Böyük qız içəri girib atası ilə yatdı, atası isə onun nə vaxt yatıb-durduğunu bilmədi. |
493 | GEN 19:35 | O gecə yenə atalarına şərab içirdilər. Kiçik qız qalxıb onunla yatdı, atası isə onun nə vaxt yatıb-durduğunu bilmədi. |
496 | GEN 19:38 | Kiçik qız da bir oğul doğdu və onun adını Ben-Ammi qoydu. O, indiki Ammonluların əcdadıdır. |
510 | GEN 20:14 | Avimelek İbrahimə qoyun-keçi, mal-qara, qullar və qarabaşlar verdi. Arvadı Saranı da ona qaytardı. |
528 | GEN 21:14 | İbrahim səhər tezdən qalxdı, çörək və bir tuluq su götürüb çiyninə qoyaraq Həcərə verdi. Uşağı da ona verib onu yola saldı. Həcər gedib Beer-Şeva çölündə dolaşdı. |
530 | GEN 21:16 | Sonra oradan bir ox məsafəsi qədər aralanıb uzaqda oturdu. «Oğlumun ölümünü görməyim» dedi və uşağın qarşısında oturub hönkür-hönkür ağladı. |
541 | GEN 21:27 | İbrahim qoyun-keçi və mal-qara alıb Avimelekə verdi. Beləcə ikisi bir əhd bağladı. |
545 | GEN 21:31 | Buna görə də o buranı Beer-Şeva adlandırdı, çünki onların ikisi də orada and içdi. |
546 | GEN 21:32 | Beləcə Beer-Şevada əhd bağladılar. Sonra Avimelek və onun ordu başçısı Pikol qalxıb Filiştlilərin ölkəsinə qayıtdılar. |
547 | GEN 21:33 | İbrahim Beer-Şevada bir yulğun ağacı əkdi və orada əbədi Allah olan Rəbbin adını çağırdı. |
557 | GEN 22:9 | Sonra Allahın İbrahimə göstərdiyi yerə gəldilər. İbrahim orada bir qurbangah düzəldib odunları düzdü və oğlu İshaqın əl-qolunu bağlayıb qurbangaha, odunların üstünə qoydu. |
562 | GEN 22:14 | İbrahim o yeri Yahve-İre adlandırdı; buna görə də indiyə qədər belə deyilir: «Rəbbin dağında hazırlanacaq». |
565 | GEN 22:17 | Mən sənə böyük xeyir-dua verəcəyəm, nəslini göydəki ulduzlar və dəniz kənarındakı qum qədər artırıb çoxaldacağam. Sənin nəslin öz düşmənlərinin şəhərlərinə sahib olacaq. |
566 | GEN 22:18 | Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın”». |
567 | GEN 22:19 | Sonra İbrahim öz nökərlərinin yanına qayıtdı və onlar qalxıb Beer-Şevaya getdilər. İbrahim Beer-Şevada sakin oldu. |
574 | GEN 23:2 | Sara Kənan torpağında olan Qiryat-Arbada, yəni Xevronda öldü. İbrahim yas tutub ağlamaqdan ötrü Saranın cəsədinin yanına getdi. |
593 | GEN 24:1 | İbrahim qocalıb yaşa dolmuşdu. Rəbb hər şeydə ona xeyir-dua vermişdi. |
602 | GEN 24:10 | Nökər ağasından on dəvə və ən yaxşı hədiyyələr götürüb getdi və Aram-Naharayimə, Naxor şəhərinə gəldi. |
613 | GEN 24:21 | O adam sakit duraraq diqqətlə qıza baxırdı ki, Rəbbin onun yoluna xeyir-dua verib-vermədiyini bilsin. |
623 | GEN 24:31 | Lavan dedi: «Ey Rəbbin xeyir-dua verdiyi adam, içəri gir. Nə üçün bayırda durursan? Mən sənə otaq və dəvələrinə yer hazırlamışam». |
627 | GEN 24:35 | Rəbb ağama çoxlu xeyir-dua verdi: onu varlandırdı, ona qoyun-keçi, mal-qara, qızıl-gümüş, qullar, qarabaşlar, dəvələr və eşşəklər verdi. |
645 | GEN 24:53 | Nökər qızıl-gümüş şeylər və paltarlar çıxarıb Rivqaya verdi. Onun qardaşına və anasına da qiymətli şeylər bağışladı. |
646 | GEN 24:54 | Özü və onunla birgə olan adamlar yeyib-içdilər və orada gecələdilər. Səhər qalxanda nökər dedi: «Məni ağamın yanına göndərin». |
652 | GEN 24:60 | Rivqaya xeyir-dua verib dedilər: «Ey bacımız, Minlərlə, on minlərlə övlada ana olasan! Qoy nəslin yağıların yurduna sahib olsun!» |
654 | GEN 24:62 | İshaq Beer-Laxay-Roi yolu ilə gəldi, çünki o, Negev torpağında yaşayırdı. |
670 | GEN 25:11 | Allah İbrahimin ölümündən sonra oğlu İshaqa xeyir-dua verdi. İshaq Beer-Laxay-Roidə yaşayırdı. |
679 | GEN 25:20 | İshaq Paddan-Aramdan Aramlı Lavanın bacısı, Aramlı Betuelin qızı Rivqanı arvad alanda qırx yaşında idi. |
693 | GEN 25:34 | Yaqub Esava çörək və mərci şorbası verdi. Esav yeyib-içdi, sonra qalxıb getdi. Beləcə Esav ilk oğulluq haqqına etinasızlıq etdi. |
696 | GEN 26:3 | bu torpaqda qal. Mən səninlə olacağam və sənə xeyir-dua verib bütün bu ölkələri sənə və nəslinə verəcəyəm; atan İbrahimə içdiyim andı yerinə yetirəcəyəm. |
697 | GEN 26:4 | Nəslini göydəki ulduzlar qədər çoxaldacağam və bütün bu ölkələri nəslinə verəcəyəm. Yer üzünün bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq. |
700 | GEN 26:7 | O ölkənin sakinləri İshaqın arvadı barədə soruşanda «bu mənim bacımdır» dedi, çünki «mənim arvadımdır» deməyə qorxdu. Öz-özünə dedi: «Yoxsa Rivqadan ötrü bu yerin adamları məni öldürərlər». Rivqa görünüşcə çox gözəl idi. |
705 | GEN 26:12 | İshaq o torpaqda toxum əkdi və o il yüz qat məhsul aldı. Beləcə Rəbb ona xeyir-dua verdi. |
706 | GEN 26:13 | Bu şəxs böyük adam oldu. Çox böyük adam olana qədər get-gedə yüksəldi. |
707 | GEN 26:14 | Onun çoxlu qoyun-keçisi, mal-qarası və xidmətçiləri olduğuna görə Filiştlilər ona paxıllıq etməyə başladı. |
716 | GEN 26:23 | İshaq oradan Beer-Şevaya getdi. |
717 | GEN 26:24 | O gecə Rəbb ona görünüb dedi: «Mən atan İbrahimin Allahıyam. Qorxma, çünki Mən səninləyəm. Qulum İbrahimə görə sənə xeyir-dua verəcəyəm və nəslini çoxaldacağam». |
722 | GEN 26:29 | biz sənə toxunmadığımız və yalnız yaxşılıq edib sağ-salamat yola saldığımız kimi sən də bizə heç bir pislik etməyəcəksən. İndi sən Rəbbin xeyir-dua verdiyi adamsan». |
723 | GEN 26:30 | İshaq onlara ziyafət verdi və onlar yeyib-içdilər. |
724 | GEN 26:31 | Səhər tezdən qalxıb bir-birlərinə and içdilər. İshaq onları yola saldı və onlar sağ-salamat onun yanından getdilər. |
726 | GEN 26:33 | İshaq bu quyunun adını Şiva qoydu, buna görə də şəhərin adı bu günə qədər Beer-Şevadır. |
730 | GEN 27:2 | İshaq dedi: «Mən artıq qocalmışam, bu gün-sabah öləcəyəm. |
732 | GEN 27:4 | Sonra da mənə xoşladığım ləzzətli yeməyi hazırla və gətir ki, yeyim. Onda ölməmişdən qabaq mən sənə xeyir-dua verərəm». |
735 | GEN 27:7 | “Mənim üçün ov əti gətir, mənə ləzzətli yemək hazırla ki, yeyim. Sonra sənə ölümümdən qabaq Rəbbin hüzurunda xeyir-dua verərəm”. |
738 | GEN 27:10 | Sən də onu yeməsi üçün atana aparacaqsan ki, ölümündən qabaq sənə xeyir-dua versin». |
740 | GEN 27:12 | Birdən atam mənə əlini sürtər və mən onun nəzərində yalançı olaram. Onda üzərimə xeyir-dua yox, lənət gətirərəm». |
747 | GEN 27:19 | Yaqub atasına dedi: «Sənin ilk oğlun Esavam. Dediyin kimi elədim. Qalx otur və gətirdiyim ov ətindən ye ki, mənə xeyir-dua verəsən». |
751 | GEN 27:23 | İshaq onu tanımadı, çünki onun əlləri qardaşı Esavın əlləri kimi tüklü idi. İshaq Yaquba xeyir-dua verdi. |
753 | GEN 27:25 | İshaq dedi: «Oğlum, gətirdiyin ov ətini qabağıma qoy, yeyim, sonra da sənə xeyir-dua verərəm». Yaqub yeməyi onun qabağına qoydu və o yedi, Yaqub ona şərab gətirdi və o içdi. |
755 | GEN 27:27 | O yaxınlaşıb atasını öpdü. İshaq onun paltarının qoxusunu hiss etdi və ona xeyir-dua verib dedi: «Bax oğlumun qoxusu Rəbbin xeyir-dua verdiyi Çölün qoxusu kimidir. |
757 | GEN 27:29 | Xalqlar sənə qulluq etsin, Ümmətlər sənə baş əysin. Öz qardaşlarına ağa ol, Ananın oğulları sənə baş əysin. Sənə lənət edənlərə lənət gəlsin, Sənə xeyir-dua verənlər xeyir-dua alsın». |