57 | GEN 3:1 | Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?» |
65 | GEN 3:9 | Rəbb Allah Adəmi səsləyib dedi: «Haradasan?» |
67 | GEN 3:11 | Rəbb Allah dedi: «Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?» |
69 | GEN 3:13 | Rəbb Allah qadına dedi: «Sən niyə belə etdin?» Qadın dedi: «İlan məni yoldan çıxartdı, mən də yedim». |
86 | GEN 4:6 | Rəbb Qabilə dedi: «Niyə qəzəblənmisən? Niyə qaşqabağını sallamısan? |
87 | GEN 4:7 | Əgər yaxşı iş görürsənsə, Mən qəbul etmərəmmi? Əgər yaxşı iş görmürsənsə, günah qapının ağzında durub. Onun meyli sənədir, ancaq sən ona üstün gəlməlisən». |
89 | GEN 4:9 | Sonra Rəbb Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O dedi: «Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?» |
90 | GEN 4:10 | Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir. |
317 | GEN 12:18 | Firon İbramı çağırıb dedi: «Bu nə işdir, mənim başıma gətirdin? Bu qadının sənin arvadın olduğunu niyə mənə bildirmədin? |
318 | GEN 12:19 | Nə üçün “bu mənim bacımdır” dedin ki, mən də onu özümə arvad olmaq üçün aldım? İndi isə arvadını da götür get». |
328 | GEN 13:9 | Bütün torpaqlar gözünün önündə deyilmi? Gəl ayrılaq. Əgər sən sola getsən, mən sağa gedəcəyəm, sən sağa getsən, mən sola gedəcəyəm». |
363 | GEN 15:2 | İbram dedi: «Ey Xudavənd Rəbb, mənə nə verəcəksən? Mənim övladım yoxdur, evimin sahibi bu Dəməşqli Eliezer olacaq». |
369 | GEN 15:8 | İbram soruşdu: «Ya Xudavənd Rəbb, onu irs olaraq alacağımı necə bilim?» |
390 | GEN 16:8 | Mələk ondan soruşdu: «Ey Sarayın qarabaşı Həcər, haradan gəlib, haraya gedirsən?» Həcər dedi: «Mən xanımım Sarayın yanından qaçıram». |
415 | GEN 17:17 | İbrahim üzüstə düşdü və gülüb ürəyində dedi: «Yüz yaşlı adamın oğlu ola bilərmi? Doxsan yaşında olan Sara doğacaqmı?» |
434 | GEN 18:9 | Sonra İbrahimə dedilər: «Arvadın Sara haradadır?» O dedi: «Burada çadırdadır». |
437 | GEN 18:12 | O, ürəyində gülüb dedi: «Qocaldığım halda mənə belə şadlıq üz verə bilərmi? Ağam da qocadır». |
438 | GEN 18:13 | Rəbb İbrahimə dedi: «Sara nə üçün “Qocaldıqdan sonra mən uşaq doğa bilərəmmi?” deyib güldü? |
439 | GEN 18:14 | Rəbb üçün çətin bir şey varmı? Gələn il bu vaxt Mən yenə sənin yanında olacağam və Saranın bir oğlu olacaq». |
442 | GEN 18:17 | O vaxt Rəbb dedi: «Mən edəcəyim şeyi İbrahimdən gizlədəcəyəmmi? |
448 | GEN 18:23 | İbrahim yaxın gəlib dedi: «Doğrudanmı, Sən salehi də günahkarla birgə məhv edəcəksən? |
449 | GEN 18:24 | Əgər bu şəhərdə əlli nəfər saleh adam olsa, Sən yenə də oranı məhv edəcəksən? Əlli nəfər saleh adamın xatirinə bu yerə rəhm etməyəcəksən? |
453 | GEN 18:28 | əlli nəfərdən beş nəfər az saleh adam tapılsa, beş nəfər əskik olduğu üçün bütün şəhəri məhv edərsənmi?» Rəbb dedi: «Əgər orada qırx beş nəfər tapsam, şəhəri dağıtmayacağam». |
454 | GEN 18:29 | İbrahim yenə Onu dilə tutub dedi: «Əgər orada qırx nəfər tapılsa, necə?» Rəbb dedi: «Qırx nəfərin də xatirinə bunu etmərəm». |
455 | GEN 18:30 | İbrahim dedi: «Mən çox danışdığım üçün Rəbb qəzəblənməsin: əgər orada otuz nəfər tapılsa, necə?» Rəbb dedi: «Əgər orada otuz nəfər də tapılsa, bunu etmərəm». |
456 | GEN 18:31 | İbrahim dedi: «Mən yenə də Rəbbə bunu söyləməyi cəsarət edirəm: orada iyirmi nəfər tapılsa, necə?» Rəbb dedi: «İyirmi nəfərin də xatirinə oranı məhv etmərəm». |
457 | GEN 18:32 | İbrahim dedi: «Qoy Rəbb qəzəblənməsin ki, mən son dəfə danışacağam: orada on nəfər tapılsa, necə?» Rəbb dedi: «On nəfərin də xatirinə oranı məhv etmərəm». |
463 | GEN 19:5 | Adamlar Lutu çağırıb ona dedilər: «Bu gecə sənin yanına gələn adamlar haradadır? Onları bizim yanımıza gətir ki, onlarla yaxınlıq edək». |
470 | GEN 19:12 | Mələklər Luta dedilər: «Burada daha kimin var? Bu şəhərdə kürəkənlərin, oğulların, qızların – nəslindən olan hər kəs varsa, hamısını bu yerdən çıxart, |
500 | GEN 20:4 | Avimelek qadına toxunmamışdı. O dedi: «Ya Rəbb, məgər sən günahsız xalqı öldürə bilərsən? |
501 | GEN 20:5 | O adam mənə “bu mənim bacımdır” demədimi? Qadın özü də “o mənim qardaşımdır” dedi. Mən bunu sadədillik və təmiz niyyətlə etdim». |
505 | GEN 20:9 | Avimelek İbrahimi çağırıb ona dedi: «Bizə nə etdin? Sənə qarşı nə günah etdim ki, özümün və padşahlığımın üzərinə bu böyük təqsiri gətirdin? Mənə qarşı nalayiq işlər etdin». |
506 | GEN 20:10 | Avimelek yenə İbrahimə dedi: «Bu işi görəndə nə düşünürdün?» |
521 | GEN 21:7 | O yenə dedi: «Kim İbrahimə deyərdi ki, Sara uşaq əmizdirəcək? Amma qocalıq çağında mən ona bir oğul doğmuşam». |
531 | GEN 21:17 | Allah uşağın səsini eşitdi. Allahın mələyi göylərdən Həcəri çağırıb dedi: «Sənə nə olub, Həcər? Qorxma, çünki uşağın oturduğu yerdən Allah onun səsini eşitdi. |
543 | GEN 21:29 | Avimelek İbrahimə dedi: «Ayırıb qoyduğun bu yeddi dişi quzu nə üçündür?» |
555 | GEN 22:7 | İshaq atası İbrahimi çağırdı: «Ay ata!» O cavab verdi: «Buradayam, oğlum». İshaq dedi: «Od və odun var, bəs yandırma qurbanı olacaq quzu haradadır?» |
587 | GEN 23:15 | «Ay ağam, mənə qulaq as: torpağın qiyməti dörd yüz şekel gümüşdür; mənimlə sənin aranda bu nədir? Ölünü basdır». |
597 | GEN 24:5 | Nökər ona dedi: «Bəlkə qız mənimlə birgə bu ölkəyə gəlməyə razı olmadı? Onda oğlunu sənin çıxdığın ölkəyə aparımmı?» |
615 | GEN 24:23 | «Mənə de görüm, sən kimin qızısan? Atanın evində bizə gecə qalmaq üçün yer tapılarmı?» |
623 | GEN 24:31 | Lavan dedi: «Ey Rəbbin xeyir-dua verdiyi adam, içəri gir. Nə üçün bayırda durursan? Mən sənə otaq və dəvələrinə yer hazırlamışam». |
639 | GEN 24:47 | Ondan soruşdum: “Sən kimin qızısan?” O dedi: “Milkanın Naxora doğduğu Betuelin qızıyam”. Mən də onun burnuna halqa və qollarına bilərziklər taxdım. |
641 | GEN 24:49 | İndi mənə deyin görüm, siz ağama xeyirxahlıq və sədaqət göstərmək istəyirsiniz ya yox? Bunu mənə bildirin ki, mən də nə edəcəyimi bilim». |
650 | GEN 24:58 | Rivqanı çağırıb ona dedilər: «Bu adamla gedirsənmi?» O da «gedirəm» dedi. |
657 | GEN 24:65 | O, nökərdən soruşdu: «Bizi qarşılamaq üçün çöllüyə gələn bu adam kimdir?» Nökər «ağamdır» dedi. Rivqa rübəndini üzünə çəkib örtündü. |
681 | GEN 25:22 | Rivqanın bətnindəki uşaqlar çarpışmağa başladı. O da «Niyə bu iş başıma gəldi?» deyib bu barədə Rəbdən soruşmağa getdi. |
691 | GEN 25:32 | Esav dedi: «Bir halda ki mən acından ölürəm, ilk oğulluq haqqı nəyimə lazımdır?» |
702 | GEN 26:9 | Avimelek İshaqı çağırıb dedi: «O ki sənin arvadındır. Bəs niyə onun barəsində “bu mənim bacımdır” dedin?» İshaq ona dedi: «Çünki istəmədim ki, ondan ötrü ölüm». |
703 | GEN 26:10 | Avimelek dedi: «Bu nə işdir başımıza gətirdin? Az qalmışdı ki, xalqdan biri sənin arvadınla yatsın. Beləcə bizi günaha batıracaqdın». |
720 | GEN 26:27 | İshaq onlara dedi: «Nə üçün yanıma gəlmisiniz? Sizin ki məndən acığınız gəlirdi və məni yanınızdan qovdunuz». |
746 | GEN 27:18 | Yaqub atasının yanına gəlib dedi: «Ay ata». Atası dedi: «Mən buradayam. Sən kimsən, oğlum?» |
748 | GEN 27:20 | İshaq oğluna dedi: «Necə oldu ki, belə tez ov tapdın, oğlum?» O dedi: «Sənin Allahın Rəbb mənə uğur verdi». |
749 | GEN 27:21 | İshaq Yaquba dedi: «Yaxın gəl, oğlum, əlimi sənə sürtüb bilim ki, doğrudanmı, oğlum Esavsan ya yox?» |
752 | GEN 27:24 | O soruşdu: «Doğrudanmı, sən oğlum Esavsan?» Yaqub dedi: «Bəli». |
760 | GEN 27:32 | Atası İshaq ondan soruşdu: «Sən kimsən?» O cavab verdi: «Mən ilk oğlun Esavam». |
761 | GEN 27:33 | İshaqın canına bərk titrətmə düşdü və o dedi: «Bəs onda heyvan ovlayıb mənə gətirən kim idi? Sən gəlməmişdən qabaq hər şeydən yedim və ona xeyir-dua verdim. Xeyir-dua da onunku oldu». |
764 | GEN 27:36 | Esav dedi: «Onu nahaq yerə Yaqub çağırmırlar ki? Bununla ikinci dəfədir ki, məni aldadır: əvvəl ilk oğulluq haqqımı, indi də xeyir-duamı aldı». Sonra soruşdu: «Bəs mənə xeyir-dua saxlamamısan?» |
765 | GEN 27:37 | İshaq Esava cavab verdi: «Onu sənə ağa etdim, bütün qardaşlarını ona qul olaraq verdim, buğda və təzə şərabla onu təmin etdim. Bəs sənə nə edim, oğlum?» |
766 | GEN 27:38 | Esav atasına dedi: «Səndə yalnız bir xeyir-dua varmı, ata? Mənə də xeyir-dua ver, ata». Esav hönkürüb ağladı. |
773 | GEN 27:45 | Sənə qarşı qəzəbi sönəndə, ona elədiyini unudanda xəbər göndərib səni oradan çağıraram. Nə üçün bir gündə ikinizdən də məhrum olum?» |
774 | GEN 27:46 | Sonra Rivqa İshaqa dedi: «Xetli qızların əlindən həyatımdan bezdim. Əgər Yaqub da beləcə bu ölkənin qızlarından – Xetli qızlardan özünə arvad alsa, daha mən niyə yaşayıram?» |
800 | GEN 29:4 | Yaqub onlardan soruşdu: «Ey qardaşlar, haradansınız?» Onlar dedilər: «Biz Xarandanıq». |
801 | GEN 29:5 | Yaqub onlara dedi: «Naxorun nəvəsi Lavanı tanıyırsınızmı?» Onlar dedilər: «Tanıyırıq». |
802 | GEN 29:6 | Yaqub onlardan soruşdu: «O, sağ-salamatdırmı?» Onlar dedilər: «Bəli, sağ-salamatdır. Odur, qızı Rəhilə də qoyunlarla gəlir». |
811 | GEN 29:15 | Lavan Yaquba dedi: «Məgər qohum olduğun üçün mənə havayı xidmət edəcəksən? Mənə söylə, haqqın nə olsun?» |
821 | GEN 29:25 | Səhər məlum oldu ki, bu, Leadır. Yaqub Lavana dedi: «Nə üçün mənimlə belə rəftar etdin? Sənin yanında Rəhilə üçün xidmət etmədimmi? Bəs məni niyə aldatdın?» |
833 | GEN 30:2 | Yaqubun Rəhiləyə qəzəbi alovlandı və o dedi: «Məgər mən sənin bətninə bəhər verməyən Allaham?» |
846 | GEN 30:15 | Lea ona dedi: «Ərimi əlimdən aldığın bəs deyilmi? İndi də oğlumun məhəbbət otlarını almaq istəyirsən?» Rəhilə dedi: «Elə isə qoy ərim oğlunun məhəbbət otlarının əvəzində bu gecə səninlə yatsın». |
861 | GEN 30:30 | Çünki mən gəlməmişdən əvvəl sənin malın az idi, sonra isə xeyli çoxaldı; Rəbb mənim gəlişimlə sənə xeyir-dua verdi. Bəs mən öz ailəm üçün nə vaxt çalışacağam?» |
862 | GEN 30:31 | Lavan dedi: «Sənə nə verim?» Yaqub dedi: «Mənə heç nə vermə. Əgər bunu etsən, yenə sənin sürünü qoruyub ona baxaram: |
888 | GEN 31:14 | Rəhilə və Lea ona cavab verdilər: «Məgər atamızın mülkündə bir payımız ya mirasımız var? |
889 | GEN 31:15 | Məgər o bizi özgə hesab etmir? Axı o bizi satıb bizim üçün ödənmiş pulu da xərclədi. |
900 | GEN 31:26 | Lavan Yaquba dedi: «Niyə belə etdin? Məndən gizlicə qaçdın və qızlarımı müharibə əsirləri kimi apardın. |
901 | GEN 31:27 | Nə üçün gizlicə qaçıb məni aldatdın? Mənə bunu bildirmədin ki, səni sevinclə, mahnı oxumaqla, dəf və lira çalmaqla yola salım. |
904 | GEN 31:30 | İndi atanın evi üçün bərk darıxdığına görə çıxıb gedirsən. Bəs büt allahlarımı niyə oğurlayıb aparırsan?» |
910 | GEN 31:36 | Yaqub qəzəblənib Lavanla mübahisə etdi. O, Lavana söylədi: «Günahım və təqsirim nədir ki, məni belə təqib edirsən? |
911 | GEN 31:37 | Bütün şeylərimi yoxladın, bütün ev şeylərindən nə tapdın? Tapdığın şeyi mənim qohumlarımın və öz qohumlarının qabağına qoy ki, ikimizin arasında şəhadət olsun. |
917 | GEN 31:43 | Lavan Yaquba belə cavab verdi: «Qızlar mənim qızlarım, uşaqlar mənim uşaqlarım, sürülər mənim sürülərim və sənin gördüyün hər şey mənimdir. Bu gün qızlarıma yaxud onların doğduqları uşaqlara nə edə bilərəm? |
946 | GEN 32:18 | Yaqub birinci qula əmr edib dedi: «Qardaşım Esav sənə rast gəlib “Kimin adamısan, hara gedirsən, qabağındakı bu heyvanlar kimindir?” deyə soruşanda |
956 | GEN 32:28 | O Şəxs soruşdu: «Adın nədir?» O dedi: «Yaqub». |
958 | GEN 32:30 | Yaqub soruşdu: «Xahiş edirəm, adını söylə». O dedi: «Adımı niyə soruşursan?» O Şəxs orada Yaquba xeyir-dua verdi. |
966 | GEN 33:5 | Esav başını qaldırıb qadınları və uşaqları görəndə dedi: «Bunlar sənin nəyindir?» Yaqub dedi: «Allahın sənin quluna lütf etdiyi uşaqlardır». |
969 | GEN 33:8 | Esav soruşdu: «Rast gəldiyim o biri dəstəni nə üçün göndərmişdin?» Yaqub dedi: «Ağamın gözündə lütf tapmaq üçün». |
976 | GEN 33:15 | Esav dedi: «Mənimlə olan adamların bəzisini səninlə qalmaq üçün qoyum». Yaqub dedi: «Bu nəyə lazımdır? Mən ancaq ağamın gözündə lütf tapmaq istəyirəm». |
1004 | GEN 34:23 | Onların sürüləri, mülkləri və heyvanları bizim olmayacaqmı? Gəlin onlarla razılaşaq və onlar bizimlə yaşasın». |
1012 | GEN 34:31 | Amma onlar dedilər: «Bəs bizim bacımızla bir fahişə kimi rəftar etmək olarmı?» |
1092 | GEN 37:8 | Qardaşları ona dedilər: «Doğrudanmı, sən bizə padşah olacaqsan, hökmranlıq edəcəksən?» Onlar yuxularına və sözlərinə görə Yusifə daha çox nifrət etdilər. |
1094 | GEN 37:10 | O, yuxusunu atasına və qardaşlarına danışanda atası onu danlayıb dedi: «Bu gördüyün yuxu nə deməkdir? Doğrudanmı, mən, anan və qardaşların yerə əyilib sənə təzim etmək üçün gələcəyik?» |
1098 | GEN 37:14 | İsrail yenə ona dedi: «Get bax, qardaşların yaxşıdırmı, sürü salamatdırmı? Sonra mənə xəbər gətir». Beləcə onu Xevron vadisindən yola saldı. Yusif gəlib Şekemə çatdı. |
1099 | GEN 37:15 | Çöldə dolaşarkən bir nəfər ona rast gəldi. Bu adam «Nə axtarırsan?» deyə ondan soruşdu. |
1100 | GEN 37:16 | O dedi: «Mən qardaşlarımı axtarıram. Mənə de görüm, onlar sürünü harada otarırlar?» |
1110 | GEN 37:26 | Yəhuda qardaşlarına dedi: «Əgər qardaşımızı öldürüb qətli ört-basdır etsək, bunun nə xeyri olar? |
1114 | GEN 37:30 | Sonra qardaşlarının yanına qayıdıb dedi: «Uşaq yoxdur, bəs mən nə edim?» |
1116 | GEN 37:32 | Sonra qardaşlar bu əlvan paltarı götürüb atalarına gətirdilər və dedilər: «Biz bunu tapdıq: gör, oğlunun paltarıdır ya yox?» |
1136 | GEN 38:16 | Yəhuda yolunu ona tərəf salıb dedi: «İcazə ver, sənin yanına girim». Ancaq onun öz gəlini olduğunu bilmədi. Qadın dedi: «Yanıma girmək üçün mənə nə verirsən?» |
1137 | GEN 38:17 | Yəhuda dedi: «Sürüdən bir oğlaq göndərərəm». O dedi: «Onu göndərənə qədər mənə girov olaraq bir şey verərsənmi?» |
1138 | GEN 38:18 | Yəhuda soruşdu: «Girov olaraq sənə nə verim?» Qadın dedi: «Öz möhürünü, qaytanını və əlində olan əsanı». Yəhuda bunları qadına verib yanına girdi. Qadın ondan hamilə qaldı. |
1141 | GEN 38:21 | Qadının olduğu yerin adamlarından soruşdu: «Enayimdə yol kənarında olan fahişə haradadır?» Onlar dedilər: «Burada fahişə yoxdur». |
1145 | GEN 38:25 | O bayıra çıxarıldığı zaman qayınatasına xəbər göndərib dedi: «Mən bu şeylərin sahibi olan adamdan hamilə qaldım». Sonra dedi: «Bax gör, bu möhür, qaytan və əsa kimindir?» |
1149 | GEN 38:29 | Ancaq o uşaq əlini geri çəkdi və qardaşı birinci doğuldu. Mamaça dedi: «Özünə necə deşik açdın?» Buna görə də onun adını Peres qoydular. |