Wildebeest analysis examples for:   azb-azb   –    February 11, 2023 at 17:58    Script wb_pprint_html.py   by Ulf Hermjakob

24  GEN 1:24  Sonra Allah dedi: «Qoy yer üzü hər növ canlı məxluqlar hər növ ev heyvanları, sürünən canlılar və çöl heyvanları əmələ gətirsin». Belə də oldu.
30  GEN 1:30  Yerdəki heyvanların, göydəki quşların və yerdə sürünən canlıların hamısına nəfəsi olan bütün canlılara isə yem olmaq üçün bütün yaşıl otları verirəm». Belə də oldu.
56  GEN 2:25  Adəm və arvadı ikisi də çılpaq idi, ancaq bundan utanmırdılar.
96  GEN 4:16  Beləcə Qabil Rəbbin hüzurunu tərk etdi və Eden bağından şərqdə Nod torpağında yaşamağa başladı.
157  GEN 6:19  Bütün heyvanlardan, canlı məxluqlardan bir cütünü erkək və dişisini gəmiyə götürərsən ki, səninlə birgə sağ qalsın.
171  GEN 7:11  Həmin gün Nuhun ömrünün altı yüzüncü ilində, ikinci ayın on yeddinci günü dərinlikdə olan bütün gur su qaynaqları püskürdü və göylərin pəncərələri açıldı.
181  GEN 7:21  Yer üzündə hərəkət edən canlıların hamısı quşlar, ev heyvanları, çöl heyvanları, yerdə sürünənlər və bütün insanlar məhv oldu.
193  GEN 8:9  Amma göyərçin qonmaq üçün rahat bir yer tapmadığına görə onun yanına gəmiyə qayıtdı, çünki hələ bütün yer üzündə su var idi. Nuh əlini uzadıb göyərçini tutdu və gəmiyə öz yanına apardı.
201  GEN 8:17  Səninlə birgə olan bütün canlıları quşları, heyvanları və yerdə sürünənləri bayıra çıxart. Qoy yer üzünə yayılsınlar və yer üzündə törəyib çoxalsınlar».
211  GEN 9:5  Sizin isə qanınız tökülərsə, əvəzini hökmən alacağam. Hər heyvandan hesabınızı alacağam. Həmçinin insandan qardaşının canını alan hər kəsdən əvəzini alacağam.
216  GEN 9:10  gəmidən çıxan yer üzündəki bütün canlı məxluqlarla quşlar, ev heyvanları və bütün çöl heyvanları ilə əhdimi bağlayıram.
265  GEN 10:30  Onlar şərqdə Meşadan Sefara tərəf yerləşən dağlıq bölgədə məskən salmışdı.
295  GEN 11:28  Haran atası Terahın sağlığında doğulduğu ölkədə Xaldeylilərin Ur şəhərində öldü.
322  GEN 13:3  Negevdən çıxıb bir yerdən o biri yerə keçərək Bet-Elə qədər Bet-Ellə Ay şəhəri arasında əvvəllər çadır qurduğu yerə getdi.
361  GEN 14:24  Nökərlərin yediklərindən başqa, hər şey sənin olsun. Üstəlik mənimlə gedən adamlar Aner, Eşkol və Mamre öz paylarını götürsün».
379  GEN 15:18  O gün Rəbb İbramla əhd bağlayıb dedi: «Misir çayından böyük Fərat çayına qədər uzanan bu torpaqları
406  GEN 17:8  Sənə və səndən sonrakı nəslinə qərib kimi yaşadığın bu torpağı bütün Kənan torpağını əbədi mülk olaraq verəcəyəm və onların Allahı olacağam».
421  GEN 17:23  İbrahim oğlu İsmaili, evində doğulan bütün nökərləri, satın aldığı hər kəsi öz evində kişi cinsindən olan bütün adamları götürüb həmin gün Allahın ona dediyi kimi sünnət etdi.
425  GEN 17:27  Onunla birgə evdəki bütün kişilər evində doğulan və yadellilərdən satın alınmış hər kəs sünnət olundu.
431  GEN 18:6  İbrahim çadıra Saranın yanına qaçıb dedi: «Tez ol, üç sea narın un götürüb xəmir yoğur və kökə bişir».
464  GEN 19:6  Lut bayıra onların yanına çıxıb arxasınca qapını örtdü.
468  GEN 19:10  Onda içəridəki mələklər əllərini uzadıb Lutu evin içinə öz yanlarına saldılar və qapını bağladılar.
470  GEN 19:12  Mələklər Luta dedilər: «Burada daha kimin var? Bu şəhərdə kürəkənlərin, oğulların, qızların nəslindən olan hər kəs varsa, hamısını bu yerdən çıxart,
516  GEN 21:2  Sara hamilə oldu və İbrahimin qocalıq çağında Allahın ona söylədiyi vaxt bir oğul doğdu.
550  GEN 22:2  Allah dedi: «Sevdiyin yeganə oğlunu İshaqı götürüb Moriya torpağına get. Orada sənə göstərəcəyim bir dağda oğlunu yandırma qurbanı olaraq təqdim et».
590  GEN 23:18  Xetlilərin gözü önündə şəhər darvazasında yığılanların qarşısında İbrahimin mülkü oldu.
621  GEN 24:29  Rivqanın bir qardaşı var idi, adı Lavan idi. Lavan çıxıb o adamın yanına bulağa qaçdı.
630  GEN 24:38  ancaq atamın evinə qohumlarımın yanına gedib oradan oğluma bir arvad al”.
632  GEN 24:40  O mənə dedi: “Önündə davrandığım Rəbb səninlə Öz mələyini göndərəcək, yolun uğurlu olacaq və qohumlarımın arasından atamın evindən oğluma bir arvad alacaqsan.
774  GEN 27:46  Sonra Rivqa İshaqa dedi: «Xetli qızların əlindən həyatımdan bezdim. Əgər Yaqub da beləcə bu ölkənin qızlarından Xetli qızlardan özünə arvad alsa, daha mən niyə yaşayıram?»
778  GEN 28:4  İbrahimin xeyir-duasını sənə və səninlə birgə nəslinə versin ki, Allahın İbrahimə verdiyi torpağı qərib kimi yaşadığın torpağı irs olaraq alasan».
799  GEN 29:3  Bütün sürülər oraya yığılırdı. Adamlar daşı quyunun ağzından yuvarlayıb qoyunlara su verir və yenə daşı yerinə quyunun üstünə qoyurdular.
878  GEN 31:4  Yaqub xəbər göndərib Rəhiləni və Leanı çöllərə sürüsünü otardığı yerə çağırdı.
926  GEN 31:52  Bu qalaq və sütun şahid olsunlar ki, nə mən sənin tərəfinə qalağın o tayına gedəcəyəm, nə də sən pislik etmək üçün mənim tərəfimə qalağın və sütunun bu tayına gələcəksən.
1006  GEN 34:25  Üçüncü gün onlar hələ də ağrı çəkən zaman Dinanın qardaşları Yaqubun iki oğlu Şimeon və Levi qılınclarını götürüb maneəsiz şəhərə girdilər və bütün kişiləri qılıncdan keçirtdilər.
1086  GEN 37:2  Yaqubun tarixçəsi belədir. Yusif on yeddi yaşında bir gənc idi. O öz qardaşları atasının arvadları Bilhanın və Zilpanın oğulları ilə birlikdə sürü otarırdı. Yusif onların pis işləri barədə xəbərləri atasına çatdırırdı.
1119  GEN 37:35  Bütün oğulları və qızları ona təsəlli vermək üçün yığışdı, ancaq o təsəlli tapmaq istəməyib dedi: «Kədərlə oğlumun yanına ölülər diyarına enəcəyəm». Beləcə atası onun üçün ağladı.
1151  GEN 39:1  Yusif Misirə aparıldı. Fironun bir əyanı mühafizəçilər rəisi Misirli Potifar onu oraya gətirmiş İsmaillilərdən satın aldı.
1175  GEN 40:2  Firon bu iki əyanına baş saqiyə və baş çörəkçiyə bərk qəzəbləndi
1176  GEN 40:3  və onları mühafizəçilər rəisinin evində Yusifin məhbus olduğu zindanda saxladı.
1193  GEN 40:20  Üçüncü gün fironun ad günü o bütün əyanlarına ziyafət verdi. Baş saqini və baş çörəkçini əyanlarının önünə çıxartdı.
1327  GEN 44:2  Kiçiyinin çuvalının ağzına isə mənim kasamı gümüş kasanı və taxıl əvəzinə verilən pulu qoy». O, Yusifin dediyi sözə əməl etdi.
1369  GEN 45:10  Qoşen vilayətində yaşayarsan. Özün, oğulların, nəvələrin, qoyun-keçin, mal-qaran sənin hər şeyin mənə yaxın olar.
1394  GEN 46:7  O özü ilə birgə oğullarını və qızlarını, oğul nəvələrini və qız nəvələrini bütün övladlarını Misirə gətirdi.
1395  GEN 46:8  İsrailin Misirə gələn oğullarının Yaqubla oğullarının adları belədir: Yaqubun ilk oğlu Ruven.
1432  GEN 47:11  Yusif atası ilə qardaşlarını Misirdə yerləşdirdi və fironun əmrinə əsasən onlara ölkənin ən yaxşı yerində Ramses bölgəsində mülk verdi.
1453  GEN 48:1  Bir müddət sonra Yusifə dedilər: «Atan xəstədir». O, iki oğlunu Menaşşe və Efrayimi özü ilə götürdü.
1459  GEN 48:7  Mən Paddandan gələndə Kənan torpağında Efrata yaxın yerdə Rəhilə yanımdaca öldü. Onu elə orada Efrat yolunda, yəni Bet-Lexemdə basdırdım».
1478  GEN 49:4  Amma sən su kimi oynaqsan, Artıq üstün olmayacaqsan. Çünki atanın yatağına girib Onu murdar etdin Bax o, döşəyimə çıxdı.
1498  GEN 49:24  Amma Yaqubun qüdrətli Allahı İsrailin Daşı və Çobanı olan Allahın sayəsində Onun kamanı möhkəm, Qolları qüvvətli oldu.
1500  GEN 49:26  Atanın xeyir-duası Atalarımın xeyir-duasından daha ucadır; Əbədi qalan təpələrin Zirvəsinə çatar. Qoy xeyir-dualarım Yusifin qardaşlar arasında Başçı olanın üstündə olsun.
1503  GEN 49:29  Sonra Yaqub oğullarına vəsiyyət edib dedi: «Mən ölüb əcdadlarıma qoşulacağam. Məni atalarımın yanında Xetli Efronun tarlasında olan mağarada basdırın.
1547  EXO 1:14  Misirlilər İsrail övladlarını ağır işlərlə palçıq tapdalamaqla, kərpic kəsməklə və hər cür tarla işləri ilə amansızcasına işlədib onların həyatını acı etdilər.
1588  EXO 3:8  Mən ona görə gəldim ki, onları Misirlilərin əlindən qurtarıb bu ölkədən çıxarım və geniş, nemətli bir diyara, süd və bal axan torpağa Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Xivlilərin və Yevusluların ölkəsinə aparım.
1597  EXO 3:17  Söz verdim ki, sizi Misirdəki əziyyətdən qurtarıb Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Xivlilərin və Yevusluların ölkəsinə süd və bal axan torpağa aparacağam›”.
1660  EXO 6:4  Onlarla da Mən əhd bağladım ki, qərib yaşadıqları ölkəni Kənan torpağını onlara verim.
1690  EXO 7:4  firon sizə qulaq asmasın. Onda Mən əlimi Misir torpağına uzadıb böyük cəzalar göndərərək ordularımı xalqım İsrail övladlarını onların arasından dəstələrlə çıxaracağam.
1746  EXO 9:3  budur, Rəbb tarlanda olan heyvanların at, eşşək, dəvə, mal-qara və qoyun-keçinin üzərinə əlini qaldıracaq; çox ağır qırğın olacaq.
1971  EXO 16:23  Musa onlara dedi: «Rəbb belə deyir: “Sabah istirahət günü Rəbb üçün təqdis olunan Şənbə günüdür. Bu gün bişirdiyiniz hər şeyi bişirin, qaynatdığınız hər şeyi qaynadın, artığı da özünüz üçün səhərə qoyub saxlayın”».
1974  EXO 16:26  Siz onu altı gün ərzində yığın; yeddinci gün Şənbə günü o yemək yox olacaq».
1990  EXO 17:6  Orada Xorevdəki qayanın üstündə Mən sənin önündə dayanacağam. Zərbə ilə qayaya vur və oradan xalq üçün içməli su çıxacaq». Musa da İsrail ağsaqqallarının gözü qarşısında bunu etdi.
2006  EXO 18:6  bu xəbəri Musaya göndərdi: «Mən sənin qayınatan Yetro, arvadın və iki oğlunla yanına gəlirəm».
2025  EXO 18:25  Bundan sonra Musa İsrail övladları arasından bacarıqlı adamlar seçdi və onlardan xalqa başçı minbaşılar, yüzbaşılar, əllibaşılar, onbaşılar təyin etdi.
2028  EXO 19:1  İsrail övladları Misir torpağından çıxdıqdan sonra üçüncü ayda yeni ay günü Sina səhrasına gəldilər.
2030  EXO 19:3  Musa isə dağa Allahın hüzuruna çıxdı. Rəbb onu dağdan çağırıb dedi: «Yaqub nəslinə, İsrail övladlarına belə söylə:
2056  EXO 20:4  Özün üçün heç bir oyma büt, nə yuxarıda səmada və ya aşağıda yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə.
2069  EXO 20:17  Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qarabaşına, öküzünə, eşşəyinə heç bir şeyinə tamah salma».
2084  EXO 21:6  onda qoy qulun ağası onu məbədə Allahın hüzuruna gətirsin. Qulunu qapıya yaxud qapının yan taxtasına söykəyib qulağını bizlə deşsin. Bu qul ağasına ömürlük qulluq etsin.
2123  EXO 22:8  Hər hansı itmiş bir əşya mal-qara, eşşək, qoyun-keçi, paltar barədə “bu mənimdir” deyən iki tərəfin mübahisəli işi Allahın hüzuruna gətirilməlidir; Allahın haqsız çıxardığı adam o birisinə zərəri ikiqat ödəməlidir.
2228  EXO 25:32  Çıraqdanın yanlarından altı budaq onun bir yanından üç budaq, o biri yanından da üç budaq çıxsın.
2271  EXO 26:35  Masanı pərdənin bayır tərəfinə, çıraqdanı masanın qarşısına məskənin cənub tərəfinə, masanı isə şimal tərəfinə qoy.
2276  EXO 27:3  Oranın kül qablarını, kürəklərini, ləyənlərini, çəngəllərini, xəkəndazlarını bütün avadanlığını tuncdan düzəlt.
2329  EXO 28:35  Qoy cübbə Harun xidmət etdiyi zaman əynində olsun. Verdiyi səs də onun Müqəddəs yerə Rəbbin hüzuruna girib-çıxdığı zaman eşidilsin ki, o ölməsin.
2331  EXO 28:37  Onu bənövşəyi qaytanla çalmanın üstünə qabaq tərəfinə tik.
2355  EXO 29:18  Bütün qoçu qurbangahda tüstülədib yandır. Bu, Rəbb üçün yandırma qurbanı, Onun xoşuna gələn ətir yandırma təqdimidir.
2362  EXO 29:25  Sonra bu şeyləri əllərindən alıb qurbangahda yandırma qurbanı ilə tüstülədib yandır. Bu, Rəbbin hüzurunda Onun xoşuna gələn ətir yandırma təqdimidir.
2389  EXO 30:6  Bu qurbangahı Şəhadət sandığının qarşısında olan pərdənin önünə Mənim səninlə görüşəcəyim yerə, kəffarə qapağının önünə qoy.
2431  EXO 31:10  toxunmuş geyimləri kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini,
2440  EXO 32:1  Xalq Musanın dağdan enmədiyini, gecikdiyini görəndə Harunun ətrafına toplaşıb ona dedi: «Qalx və bizim üçün allahlar düzəlt ki, qabağımızca getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın bu Musanın başına nə iş gəldiyini bilmirik!»
2454  EXO 32:15  Musa əlində iki şəhadət lövhəsi ilə dönüb dağdan endi. Lövhələrin iki tərəfi bu üzü də, o üzü də yazılı idi.
2462  EXO 32:23  Onlar mənə dedilər: “Bizim üçün allahlar düzəlt ki, qabağımızda getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın bu Musanın başına nə iş gəldiyini bilmirik!”
2481  EXO 33:7  Musa çadırı götürüb onu düşərgədən kənarda uzaqda qurardı. Onu Hüzur çadırı adlandırdı. Rəblə məsləhətləşən hər kəs düşərgədən kənardakı Hüzur çadırına gedərdi.
2554  EXO 35:22  Kişilər və qadınlar könlü istəyənlərin hamısı bəzəkli sancaqlar, sırğalar, üzüklər, bilərziklər kimi bütün qızıl əşyalarını gətirdilər. Hər kəs qızılı yellətmə təqdimi kimi Rəbbə təqdim etdi.
2567  EXO 35:35  ürəklərini hikmətlə doldurmuşdur ki, oymaçılıq, naxışçılıq, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdə və incə kətanda naxış tikməsi, toxuculuq hər cür sənəti bacara bilsinlər.
2569  EXO 36:2  Musa Besaleli, Oholiavı və bütün ürəkləri hikmətlə dolu Rəbbin onların ürəklərinə hikmət qoyduğu adamları, bu işi ürəkdən görmək istəyənlərin hamısını çağırdı.
2621  EXO 37:16  Masanın ləvazimatını xalis qızıldan siniləri və nimçələri, piyalələri və içmə təqdimlərini tökmək üçün dolçaları düzəltdi.
2623  EXO 37:18  Çıraqdanın yanlarından altı budaq bir yanından üç budaq, o biri yanından da üç budaq çıxdı.
2637  EXO 38:3  Qurbangahın bütün avadanlığını kül qablarını, kürəkləri, ləyənləri, çəngəlləri və xəkəndazları hər şeyi tuncdan düzəltdi.
2655  EXO 38:21  Musanın əmri ilə kahin Harunun oğlu İtamarın başçılığı ilə Levililərin xidmət göstərib apardığı məkanın Şəhadət məskəninin hesabatı budur.
2705  EXO 39:40  həyətin pərdələrini, dirəklərini və altlıqlarını, həyətin darvazası üçün arakəsməni, onun iplərini və payalarını Hüzur çadırı və məskənin ibadəti üçün bütün əşyaları,
2706  EXO 39:41  müqəddəs yerdə xidmət üçün toxunmuş geyimləri kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini hər şeyi ona gətirdilər.
2714  EXO 40:6  Yandırma qurbanları üçün qurulan qurbangahı məskənin Hüzur çadırının girişinin qarşısında yerləşdir.
2755  LEV 1:9  Qurbanın içalatı və budlarını isə o adam su ilə yusun. Kahin bunların hamısını qurbangahda tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir yandırma təqdimidir.
2763  LEV 1:17  Sonra o, qanadlarını tutaraq quşu yırtsın, amma iki yerə bölməsin. Bundan sonra kahin quşu qurbangahda odunla qalanan od üstündə tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir yandırma təqdimidir.
2765  LEV 2:2  Onu Harun nəslindən olan kahinlərə gətirsin. Sonra isə kahin bir ovuc unla yağ və kündürün hamısını götürərək qurbangahda xatirə təqdimi kimi tüstülədib yandırsın. Bu, Rəbbin xoşuna gələn ətir yandırma təqdimidir.
2772  LEV 2:9  Kahin bu təqdimdən xatirə təqdimi kimi pay götürərək qurbangahda tüstülədib yandırsın. Bu, Rəbbin xoşuna gələn ətir yandırma təqdimidir.
2783  LEV 3:4  belindəki hər iki böyrəyi, üstündəki piyi və qaraciyərin quyruğa bənzər hissəsini bunları böyrəkləri ilə birgə çıxartsın.
2784  LEV 3:5  Bunları Harun övladları qurbangahda odunlarla qalanan od üstündəki yandırma qurbanı ilə tüstülədib yandırsınlar. Bu, Rəbbin xoşuna gələn ətir yandırma təqdimidir.
2789  LEV 3:10  belindəki hər iki böyrəyini, üstündəki piyi və qaraciyərin quyruğa bənzər hissəsini bunları böyrəkləri ilə birgə çıxartsın.
2794  LEV 3:15  belindəki hər iki böyrəyini və üstündəki piyi, qaraciyərin quyruğa bənzər hissəsini bunları böyrəkləri ilə birgə çıxartsın.