Wildebeest analysis examples for:   azb-azb   ”    February 11, 2023 at 17:58    Script wb_pprint_html.py   by Ulf Hermjakob

54  GEN 2:23  İnsan dedi: «Bax, nəhayət, bunun Sümüyü mənim sümüyümdən, Bədəni mənim bədənimdəndir. Adına “qadın deyiləcək, Çünki o, kişidən götürülüb».
57  GEN 3:1  Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin deyib?»
59  GEN 3:3  Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib: “Ondan yeməyin və ona toxunmayın, yoxsa öləcəksiniz!»
73  GEN 3:17  Sonra Rəbb Allah Adəmə dedi: «Arvadının sözünə qulaq asdığın üçün, Qadağan etdiyim, “meyvəsini yemə dediyim Ağacdan yediyin üçün Sənə görə torpaq lənətlənir. Ömrün boyu zəhmətlə Torpaqdan yemək əldə edəcəksən.
311  GEN 12:12  Misirlilər səni görüb deyəcəklər: “Bu onun arvadıdır. Onda məni öldürəcəklər, səni isə sağ buraxacaqlar.
318  GEN 12:19  Nə üçün “bu mənim bacımdır dedin ki, mən də onu özümə arvad olmaq üçün aldım? İndi isə arvadını da götür get».
438  GEN 18:13  Rəbb İbrahimə dedi: «Sara nə üçün “Qocaldıqdan sonra mən uşaq doğa bilərəmmi? deyib güldü?
501  GEN 20:5  O adam mənə “bu mənim bacımdır demədimi? Qadın özü də “o mənim qardaşımdır dedi. Mən bunu sadədillik və təmiz niyyətlə etdim».
509  GEN 20:13  Allah məni ata evimdən qürbətə apardığı vaxt ona dedim: “Mənə bu cür yaxşılıq elə: gedəcəyimiz hər yerdə mənim barəmdə ‹bu mənim qardaşımdır› söylə».
566  GEN 22:18  Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın».
599  GEN 24:7  Məni atamın evindən və doğulduğum torpaqdan çıxaran, mənimlə danışan və and içərək “bu torpağı sənin nəslinə verəcəyəm deyən göylərin Allahı Rəbb Öz mələyini sənin önündə göndərəcək və sən oradan oğluma arvad alıb gətirəcəksən.
606  GEN 24:14  Qoy elə olsun ki, mənim “xahiş edirəm, səhəngini endir, su içim deyəcəyim və mənə “özün də iç və dəvələrinə də verim söyləyəcək qız qulun İshaq üçün təyin etdiyin arvad olsun; bundan bilərəm ki, ağama xeyirxahlıq edirsən».
630  GEN 24:38  ancaq atamın evinə – qohumlarımın yanına gedib oradan oğluma bir arvad al.
631  GEN 24:39  Mən ağama dedim: “Bəlkə o qadın mənimlə gəlmədi.
633  GEN 24:41  Qohumlarımın yanına getdiyin zaman içdiyin anddan azad olacaqsan: əgər o qızı sənə verməsələr, içdiyin anddan azad olacaqsan.
636  GEN 24:44  onun da mənə ‹sən də iç, dəvələrinə də gedib su çəkim› söyləyəcək qız ağamın oğlu üçün Rəbbin təyin etdiyi arvad olsun.
637  GEN 24:45  Mən ürəyimdə dua etməyi qurtarmamışdım ki, Rivqa səhəngi çiynində gəldi və bulağa enib su çəkdi. Ona dedim: “Xahiş edirəm, mənə su ver.
638  GEN 24:46  O tez səhəngini çiynindən endirib dedi: “Sən iç, gedim dəvələrinə də su verim. Mən içdim, o isə dəvələrə su verdi.
639  GEN 24:47  Ondan soruşdum: “Sən kimin qızısan? O dedi: “Milkanın Naxora doğduğu Betuelin qızıyam. Mən də onun burnuna halqa və qollarına bilərziklər taxdım.
702  GEN 26:9  Avimelek İshaqı çağırıb dedi: «O ki sənin arvadındır. Bəs niyə onun barəsində “bu mənim bacımdır dedin?» İshaq ona dedi: «Çünki istəmədim ki, ondan ötrü ölüm».
735  GEN 27:7  “Mənim üçün ov əti gətir, mənə ləzzətli yemək hazırla ki, yeyim. Sonra sənə ölümümdən qabaq Rəbbin hüzurunda xeyir-dua verərəm.
882  GEN 31:8  O, “xallı heyvanlar sənin haqqın olacaq deyəndə bütün sürüdə xallı heyvanlar doğuldu. “Sənin haqqın alabəzək heyvanlar olacaq deyəndə isə bütün sürüdə alabəzək heyvanlar doğuldu.
885  GEN 31:11  Yuxuda Allahın mələyi mənə dedi: “Yaqub! “Mən buradayam! deyə cavab verdim.
887  GEN 31:13  Mən Bet-Eldə sənə görünən Allaham. Orada bir sütun qoyub məsh etdin və Mənim önümdə əhd etdin. İndi qalxıb bu torpaqdan get və doğulduğun torpağa qayıt».
903  GEN 31:29  Sizə pislik edə bilərdim, ancaq atanızın Allahı dünən gecə mənə belə söylədi: “Özünü gözlə, Yaquba nə yaxşı, nə də pis söz de.
933  GEN 32:5  Onlara bu əmri verdi: «Ağam Esava söyləyin ki, qulun Yaqub belə deyir: “Mən Lavanın yanında qalıb indiyə qədər yaşadım.
938  GEN 32:10  Sonra Yaqub dedi: «Ey babam İbrahimin Allahı, atam İshaqın Allahı Rəbb, Sən mənə demişdin: “Öz ölkənə və qohumlarının yanına qayıt. Mən sənə yaxşılıq edəcəyəm.
941  GEN 32:13  Sən dedin: “Hökmən sənə yaxşılıq edəcəyəm, nəslini saysız-hesabsız dəniz qumu qədər çoxaldacağam».
946  GEN 32:18  Yaqub birinci qula əmr edib dedi: «Qardaşım Esav sənə rast gəlib “Kimin adamısan, hara gedirsən, qabağındakı bu heyvanlar kimindir? deyə soruşanda
947  GEN 32:19  ona söylə: “Bunlar qulun Yaqubundur, bu da ağam Esava göndərilmiş hədiyyələrdir. Özü də bizim dalımızca gəlir».
949  GEN 32:21  «Esava rast gələndə ona eyni sözləri söyləyin: “Qulun Yaqub da dalımızca gəlir». Çünki o öz-özünə deyirdi: «Əvvəlcə qabağımda göndərdiyim hədiyyələrlə onu rəhmə gətirərəm, sonra onunla görüşərəm. Bəlkə onda məni qəbul edər».
1101  GEN 37:17  Bu adam dedi: «Buradan getdilər, çünki mən onların “Dotana gedək sözlərini eşitdim». Yusif qardaşlarının dalınca düşdü və onları Dotanda tapdı.
1142  GEN 38:22  O, Yəhudanın yanına qayıdıb dedi: «Onu tapa bilmədim. O yerin adamları da “burada fahişə yoxdur dedilər».
1285  GEN 42:32  Biz bir atanın oğulları, on iki qardaşıq. Bir qardaşımız yoxa çıxıb, biri də indi Kənan torpağında atamızın yanındadır.
1287  GEN 42:34  Sonra kiçik qardaşınızı yanıma gətirin. O zaman sizin casus deyil, təmiz adam olduğunuzu biləcəyəm. Onda qardaşınızı sizə təhvil verəcəyəm və ölkədə alver edə bilərsiniz».
1298  GEN 43:7  Onlar dedilər: «O adam özümüz və ailəmiz barədə dəfələrlə bizə belə suallar verdi: “İndi atanız sağdırmı? Başqa qardaşlarınız varmı? Biz də onun bu suallarına cavab verdik. Ağlımıza gələrdi ki, o bizə “qardaşınızı gətirin deyəcək?»
1330  GEN 44:5  Bu kasa ağamın içdiyi və onunla baxıcılıq etdiyi kasa deyilmi? Siz çox pis iş tutdunuz».
1344  GEN 44:19  O zaman ağam qullarından “Sizin atanız yaxud qardaşınız varmı? deyə soruşanda
1345  GEN 44:20  biz ağamıza söyləmişdik: “Bizim bir qoca atamız və onun da ixtiyar çağında doğulan bir kiçik uşağı var. Onun bir qardaşı öldü, anasından doğulan yalnız o qaldı. Atası onu çox sevir.
1346  GEN 44:21  Sən qullarına demişdin: “Onu mənim yanıma gətirin ki, öz gözümlə görüm.
1347  GEN 44:22  Biz də ağamıza demişdik: “Uşaq atasından ayrıla bilməz, çünki atasından ayrılsa, atası ölər.
1348  GEN 44:23  Amma sən qullarına demişdin: “Əgər kiçik qardaşınız sizinlə gəlməsə, bir daha gözümə görünməyin.
1350  GEN 44:25  Atamız dedi: “Yenə gedin, bizə bir az ərzaq alıb gətirin.
1351  GEN 44:26  Biz dedik: “Gedə bilmərik. Kiçik qardaşımız bizimlə getsə, gedərik, kiçik qardaşımız bizimlə getməsə, o adamın gözünə görünə bilmərik.
1354  GEN 44:29  Bu oğlumu da yanımdan aparsanız və onun başına bir iş gəlsə, ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz.
1357  GEN 44:32  Mən qulun, atama uşaq üçün zamin durub dedim: “Əgər onu sənin yanına gətirməsəm, atamın önündə ömrüm boyu təqsirkar olacağam.
1370  GEN 45:11  Orada sənin qayğına qalaram, çünki daha beş il aclıq olacaq. Yoxsa özün, ailən və bütün yaxın adamların yoxsulluq çəkəcək.
1378  GEN 45:19  Sənə isə əmr olunur ki, onlara söyləyəsən: “Belə edin: arvad-uşağınız üçün Misir ölkəsində özünüzə arabalar götürün və atanızı gətirib gəlin.
1420  GEN 46:33  Firon sizi çağırıb “Nə işin sahibisiniz? deyə soruşsa,
1421  GEN 46:34  deyin: “Atalarımız kimi biz də uşaqlıqdan bəri heyvandarlıqla məşğuluq. Belə deyin ki, qoy sizi Qoşen vilayətində yerləşdirsin, çünki Misirlilər çobanlardan iyrənirlər».
1456  GEN 48:4  O mənə belə dedi: “Bax Mən səni bəhərli edib nəslini çoxaldacağam, səndən çoxlu xalq törədəcəyəm. Səndən sonra bu torpağı övladlarına əbədi mülk olaraq verəcəyəm.
1472  GEN 48:20  O gün İsrail nəvələrinə xeyir-dua verərək dedi: «İsrail nəsli “Qoy Allah səni Efrayim və Menaşşe kimi etsin Deyərək sizin adınızla Xeyir-dua verəcək». Yaqub beləcə Efrayimi Menaşşedən üstün tutdu.
1512  GEN 50:5  atam məni and içdirib demişdi: “Mən can üstəyəm. Kənan torpağında özüm üçün qəbir qazmışam, məni orada basdır. İndi qoy o mənə izin versin ki, gedib atamı basdırım və qayıdım».
1524  GEN 50:17  “Bax səndən xahişim budur ki, qardaşlarının günahını və təqsirini bağışlayasan. Axı onlar sənə pislik ediblər. Xahiş edirik, sən atanın Allahının qulları olan biz qardaşlarının günahını bağışla». Bu sözlər Yusifə çatanda o ağladı.
1593  EXO 3:13  Musa Allaha dedi: «İsrail övladlarının yanına gedib “məni sizin yanınıza atalarınızın Allahı göndərib deyəndə onlar məndən soruşa bilərlər: “Bəs Onun adı nədir? Onda mən nə deyim?»
1594  EXO 3:14  Allah Musaya dedi: «Var Olan Mənəm». Sonra dedi: «İsrail övladlarına belə söylə: “‹Mənəm› deyən sizin yanınıza məni göndərdi».
1595  EXO 3:15  O yenə Musaya dedi: «İsrail övladlarına söylə: “Atalarınızın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Rəbb məni sizin yanınıza göndərdi. Əbədi olaraq adım budur. Nəsildən-nəslə anılan ismim budur.
1597  EXO 3:17  Söz verdim ki, sizi Misirdəki əziyyətdən qurtarıb Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Xivlilərin və Yevusluların ölkəsinə – süd və bal axan torpağa aparacağam›.
1598  EXO 3:18  İsrail ağsaqqalları sənin sözünə qulaq asacaqlar. Sən onlarla birgə Misir padşahının yanına gedib de: “İbranilərin Allahı Rəbb bizə göründü. İndi bizə izin ver ki, çöldə birlikdə üç günlük yol gedək və orada Allahımız Rəbbə qurban gətirək.
1603  EXO 4:1  Musa belə cavab verdi: «Bəlkə onlar mənə inanmayaraq sözümə qulaq asmayıb “Rəbb sənə görünməyib deyəcəklər?»
1625  EXO 4:23  Sənə dedim ki, Mənə ibadət etmək üçün oğlumu burax! Sən isə onu buraxmaqdan boyun qaçırdın. Onda Mən sənin ilk oğlunu öldürəcəyəm».
1634  EXO 5:1  Musa və Harun gəlib firona dedilər: «İsrailin Allahı Rəbb belə deyir: “Xalqımı burax ki, səhrada Mənim üçün bayram keçirsinlər!»
1641  EXO 5:8  Ancaq indiyə qədər onların üzərlərinə qoyduğunuz gündəlik kərpic sayını azaltmayın. Çünki onlar tənbəldirlər və buna görə də “gedək Allahımıza qurban gətirək deyib fəryad edirlər.
1644  EXO 5:11  Gedin, özünüz haradan istəyirsiniz, saman götürün, ancaq işiniz azalmayacaq».
1649  EXO 5:16  Qullarına saman vermirlər, ancaq bizə “kərpiclər düzəldin deyirlər. Budur, qulların döyülür. Bu sənin xalqının günahıdır».
1650  EXO 5:17  O isə dedi: «Tənbəlsiniz, tənbəl, buna görə də “gedək, Rəbbə qurban gətirək deyirsiniz.
1664  EXO 6:8  Mən İbrahimə, İshaqa və Yaquba and içərək verəcəyimi vəd etdiyim torpağa sizi aparıb, oranı sizə mülk olaraq verəcəyəm. Mən Rəbbəm».
1695  EXO 7:9  «Firon sizə “məni inandırmaq üçün bir möcüzə göstərin deyəndə Musa Haruna desin: “Öz əsanı götürüb fironun önündə yerə at ki, ilana dönsün».
1704  EXO 7:18  Çayda olan balıqlar öləcək və çay iylənəcək, Misirlilər çaydan su içməyə iyrənəcəklər›».
1705  EXO 7:19  Rəbb Musaya dedi: «Haruna belə söylə: “Əsanı götür və əlini bütün Misir çayları, arxları, gölləri, hovuzları üzərinə uzat. Onlar qana dönsün, bundan başqa bütün Misir torpağında həm taxta, həm də daş qablarda qan olacaq».
1715  EXO 7:29  Sənin, xalqının və bütün əyanlarının üstünə qurbağalar çıxacaq».
1727  EXO 8:12  Rəbb Musaya dedi: «Haruna belə söylə: “Əsanı uzadıb yerin tozuna vur ki, o bütün Misir ölkəsində mığmığalara dönsün».
1734  EXO 8:19  Sənin xalqınla Öz xalqım arasında fərq qoyacağam. Bu əlamət sabah olacaq».
1747  EXO 9:4  Ancaq Rəbb İsrail övladlarının heyvanları ilə Misirlilərin heyvanları arasında fərq qoyacaq. İsrail övladlarına məxsus olan heyvanlardan heç biri ölməyəcək».
1762  EXO 9:19  İndi heyvanlarını və çöldə olan hər şeyini apar, çünki tarlada qalan bütün insanlar və heyvanlar evə gətirilməsə, onların üzərinə dolu yağacaq və öləcəklər».
1784  EXO 10:6  Onlar sənin, əyanlarının və bütün Misirlilərin evlərini dolduracaqlar. Belə şeyi nə ataların, nə də babaların bu torpaqda məskən saldıqları gündən indiyə qədər görməmişdilər». Musa dönüb fironun yanından çıxdı.
1814  EXO 11:7  Lakin bütün İsraillilərin arasında nə insanların, nə də heyvanların üstünə heç it də hürməyəcək. Bundan biləcəksiniz ki, Rəbb İsrail övladları ilə Misirlilər arasında fərq qoymuşdur.
1815  EXO 11:8  Sonra bütün bu qulların yanıma gələcək və mənə təzim edib deyəcəklər: “Sən və ardınca gələn bütün xalq buradan çıxın! Bundan sonra mən çıxacağam». Sonra Musa qızğın qəzəblə fironun yanından çıxdı.
1843  EXO 12:26  Övladlarınız sizdən “Bu ibadətin mənası sizin üçün nədir? deyə soruşduqları zaman
1844  EXO 12:27  onlara söyləyin: “Bu, Misirliləri bəlaya saldığı zaman Misirdə İsrail övladlarının evləri yanından keçib xilas edən Rəbb üçün Pasxa qurbanıdır». Xalq əyilib səcdə etdi.
1876  EXO 13:8  O günü övladlarınıza bildirib deyin: “Misirdən çıxdığım vaxt Rəbb mənim üçün nələr etdiyinə görə belə edirəm.
1882  EXO 13:14  Gələcəkdə övladlarınız sizdən “Bu nədir? soruşanda deyin: “Rəbb bizi Misirdən, köləlik diyarından qüdrətli əli ilə çıxartdı.
1883  EXO 13:15  Firon bizi buraxmamağa inadkarlıq edəndə Rəbb Misir torpağında olan həm insanların bütün ilk oğlanlarını, həm də heyvanların bütün ilk balalarını öldürdü. Buna görə mən bütün ilk doğulan heyvan balalarını Rəbbə qurban verirəm, bütün ilk oğullarımın isə əvəzini ödəyirəm.
1892  EXO 14:2  «İsrail övladlarına belə söylə: “Dönüb Pi-Haxirot qabağında düşərgə salın. Miqdol ilə dənizin arasında, Baal-Sefon qarşısında dənizin sahilində düşərgəniz olsun.
1902  EXO 14:12  Misirdə sənə “Bizdən əl çək, Misirlilərə qulluq edək! demirdikmi? Səhrada ölməkdən Misirlilərə qulluq etmək bizim üçün yaxşıdır».
1930  EXO 15:9  Düşmən dedi: “İzləyim, çatıb qənimət paylayım: Bundan canım doyacaq, Qılıncımla onları məhv edəcəyəm.
1957  EXO 16:9  Musa Haruna dedi: «Bütün İsrail icmasına belə söylə: “Rəbbin hüzuruna yaxınlaşın, çünki O sizin deyinməyinizi eşitmişdir».
1971  EXO 16:23  Musa onlara dedi: «Rəbb belə deyir: “Sabah istirahət günü – Rəbb üçün təqdis olunan Şənbə günüdür. Bu gün bişirdiyiniz hər şeyi bişirin, qaynatdığınız hər şeyi qaynadın, artığı da özünüz üçün səhərə qoyub saxlayın».
1980  EXO 16:32  Musa dedi: «Rəbbin əmri budur: “Mannadan bir omer doldurun; Misir ölkəsindən sizi çıxardığım zaman səhrada sizə yedirtdiyim yeməyi görmək üçün qoy bu nəsildən-nəslə qorunsun».
2033  EXO 19:6  siz isə Mənə xidmət edən kahinlər padşahlığı, müqəddəs millət olacaqsınız. Bu sözləri İsrail övladlarına söylə».
2040  EXO 19:13  Eləsinə əl vurulmasın, ancaq daşqalaq edilsin ya da oxla vurulsun. İstər heyvan, istərsə də insan, bunların yaşamaq üçün izni yoxdur. Qoç buynuzundan olan şeypur uzun-uzadı çalınanda onlar dağa çıxa bilərlər».
2050  EXO 19:23  Musa Rəbbə dedi: «Xalq Sina dağına çıxmaz, çünki Sən “dağa sərhəd çək və oranı təqdis et deyə bizə tapşırıq verdin».
2078  EXO 20:26  Ayıbın açılmamaq üçün Mənim qurbangahıma pilləkənlə çıxma.
2083  EXO 21:5  Lakin qul təkidlə: “Ağamı, arvadımla uşaqlarımı sevirəm və azad olmaq istəmirəm desə,
2123  EXO 22:8  Hər hansı itmiş bir əşya – mal-qara, eşşək, qoyun-keçi, paltar barədə “bu mənimdir deyən iki tərəfin mübahisəli işi Allahın hüzuruna gətirilməlidir; Allahın haqsız çıxardığı adam o birisinə zərəri ikiqat ödəməlidir.
2330  EXO 28:36  Xalis qızıldan bir lövhəcik düzəlt və onun üzərində möhür oyması olaraq “Rəbbə həsr edilmiş yazısını həkk et.
2416  EXO 30:33  Ona bənzərini düzəldən yaxud onu kənar şəxsin üzərinə tökən hər kəs xalqı arasından qovulsun».
2438  EXO 31:17  Mənimlə İsrail övladları arasında əbədi bir əlamətdir ki, altı gün ərzində Rəbb göyləri və yeri yaratdı, yeddinci gün isə istirahət etdi və dincəldi».
2447  EXO 32:8  Mən onlara əmr etdiyim yoldan yaman tez döndü. Özləri üçün tökmə dana düzəldib ona səcdə qıldılar, qurban kəsdilər və dedilər: “Ey İsrail övladları, budur sizi Misir torpağından çıxaran allahlarınız!»
2451  EXO 32:12  Axı nə üçün Misirlilər “Onları pis niyyətlə, dağlarda öldürüb yer üzündən yox etmək üçün çıxartdı desinlər? Yalvarıram, qəzəbini yatır və Öz xalqına bəla gətirmək niyyətindən dön.