Wildebeest analysis examples for:   azb-azb   C    February 11, 2023 at 17:58    Script wb_pprint_html.py   by Ulf Hermjakob

93  GEN 4:13  Qabil Rəbbə dedi: «Cəzam çəkə biləcəyimdən daha artıqdır.
205  GEN 8:21  Bundan Rəbbə xoş ətir qalxdı və Rəbb ürəyində dedi: «Cavanlığından bəri insan ürəyinin fikirlərinin həmişə pis olmasına baxmayaraq, insanlara görə bir daha yer üzünü lənətləməyəcəyəm. İndi elədiyim kimi bütün canlıları bir daha məhv etməyəcəyəm.
665  GEN 25:6  Cariyələrinin oğullarına isə hədiyyələr verdi. Sağlığında onları oğlu İshaqın yanından şərq torpağına tərəf göndərdi.
1000  GEN 34:19  Cavan oğlan bu işi dərhal etdi, çünki Yaqubun qızı çox xoşuna gəlmişdi. Şekem atasının evində ən hörmətli adam idi.
1203  GEN 41:7  Cılız sünbüllər yeddi böyük və dolu sünbülü uddular. Onda firon oyandı; bu bir yuxu idi.
1220  GEN 41:24  Cılız sünbüllər yeddi dolu sünbülü uddular; bunları sehrbazlara danışdım, ancaq izah edən olmadı».
1491  GEN 49:17  Dan yol üstündə bir ilan, Cığırda bir gürzə olacaq; Elə bir gürzə ki atın topuğundan sancır, Süvarisi arxası üstə yıxılır.
2132  EXO 22:17  Cadugər qadın sağ qalmasın.
2327  EXO 28:33  Cübbənin ətəyinin ətrafına bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən narlar və zınqırovlar düz:
2689  EXO 39:24  Cübbənin ətəyinin ətrafına nəfis toxunmuş bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən narlar düzdülər.
3066  LEV 13:13  qoy kahin diqqətlə baxsın. Cüzam bütün bədəni bürüyübsə, kahin azarlını pak elan etsin. Ağardığı üçün o adam pak sayılsın.
3313  LEV 19:31  Cindarlara və ruh çağıranlara tərəf dönməyin, onlarla danışmayın, yoxsa murdarlanarsınız. Allahınız Rəbb Mənəm.
3346  LEV 20:27  Cindar yaxud ruh çağıran kişilər və ya qadınlar öldürülməlidir, onlar daşqalaq olmalıdır. Bunlar qanlarının tökülməyinə özləri baisdir”».
3669  NUM 2:10  Cənub tərəfində Ruven ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Ruvenlilərin rəhbəri Şedeur oğlu Elisur olsun.
3996  NUM 10:7  Camaatı toplamaq lazım olanda çalın, amma yüksək səslə çalmayın.
4026  NUM 11:1  Camaat çəkdiyi sıxıntıdan Rəbbə şikayət etdi. Rəbb bunu eşidəndə qəzəbi alovlandı. Rəbbin odu onların arasında yandı və düşərgə ətrafındakıların bəzilərini məhv etdi.
4027  NUM 11:2  Camaat Musaya fəryad etdi. Musa Rəbbə yalvardı və od söndü.
4033  NUM 11:8  Camaat dolaşar və onu yığıb dəyirmanda üyüdər yaxud da həvəngdə döyərdilər. Qazanda qaynadaraq kökə düzəldərdilər. Onun dadı zeytun yağı ilə bişirilmiş yeməklərə oxşayırdı.
4060  NUM 11:35  Camaat Qivrot-Hattaavadan Xaserota köçüb orada qaldı.
4379  NUM 22:3  Camaatı gördükdə Moavlılar bərk qorxdular, çünki İsrail xalqı çox idi. Moav sakinləri İsrail övladlarından vahiməyə düşdü.
4821  NUM 34:3  Cənub tərəfiniz Zin səhrasından Edom sərhədi boyunca uzanacaq. Cənub sərhədiniz şərqdə Duz dənizinin ucundan başlayacaq.
5503  DEU 23:2  Cinsiyyət üzvü əzilmiş ya da kəsilmiş şəxs Rəbbin camaatı arasına daxil ola bilməz.
5535  DEU 24:8  Cüzam xəstəliyinə tutulanda Levili kahinlərin əmr etdiyi kimi sizə öyrədəcəkləri hər şeyə əməl etməyə hədsiz diqqət göstərin.
5639  DEU 28:26  Cəsədləriniz göydəki quşlara, yerdəki heyvanlara yem olacaq, onları ürküdüb qovan olmayacaq.
5879  JOS 2:8  Casuslar yatmazdan əvvəl qadın dama – onların yanına çıxdı.
6310  JOS 18:15  Cənub sərhədi Qiryat-Yearimin ən son hissəsindən qərbə doğru Neftoah sularının mənbəyinə çatırdı.
6357  JOS 19:34  Sərhəd qərbə doğru Aznot-Tavora dönüb oradan Xuqoqa qalxırdı. Cənubda Zevuluna, qərbdə Aşerə, gündoğana tərəf İordan çayına çatırdı.
6643  JDG 5:18  Döyüş meydanının yüksək yerlərində, Zevulunla Naftali Canlarını ölüm təhlükəsinə atan bir xalq oldu.
6648  JDG 5:23  Rəbbin mələyi dedi: «Meroza lənət edin, Onun xalqına ağır lənət söyləyin. Çünki Rəbbin köməyinə, Cəngavərlərə qarşı Rəbbin köməyinə gəlmədilər».
6804  JDG 9:48  Avimelek bütün adamları ilə bərabər Salmon dağına çıxdı. Əlinə balta götürüb ağacdan bir budaq kəsdi və onu çiyinlərinin üstünə qoyub yanındakı xalqa belə dedi: «Cəld olun, mən necə edirəmsə, siz də elə edin».
7029  JDG 19:3  Əri cariyənin könlünü alıb geri qaytarmaq üçün onun dalınca getdi. O özü ilə nökərini və bir cüt eşşək götürdü. Cariyə ərini ata evinə apardı və atası kişini görəndə onu sevincqarşıladı.
7046  JDG 19:20  Qoca dedi: «Canın sağ olsun! Təki mənim üzərimə sənin ehtiyacların düşsün, ancaq meydanda gecələmə».
7481  1SA 12:19  Camaat Şamuelə belə dedi: «Qulların üçün Allahın Rəbbə yalvar ki, ölməyək, çünki bütün günahlarımızın üzərinə özümüzə padşah istəmək təqsirini də əlavə etdik».
7538  1SA 14:28  Camaat arasından bir nəfər dedi: «“Bu gün kim çörək yesə, lənətə gəlsin!” deyə atan xalqa möhkəm and içdirmiş, buna görə də xalq taqətdən düşmüşdü».
7853  1SA 24:12  Ey atam, əlimdəkinə bax, bu sənin cübbənin ətəyidir. Cübbənin ətəyindən kəsib səni öldürmədiyimdən gör və anla ki, sənə qarşı pislik və qiyam etmək əlimdən gəlmir. Sən canımı almaq üçün məni ovladığın halda mən sənə qarşı günah etmədim.
7959  1SA 28:14  Şaul dedi: «O kimə oxşayır?» Qadın dedi: «Cübbə geyinmiş qoca bir adam çıxır». Şaul onun Şamuel olduğunu başa düşüb üzüstə əyilib yerə sərildi.
7966  1SA 28:21  Qadın Şaulun yanına gəldi və onu sarsılmış halda gördükdə dedi: «Bax kənizin sənin sözünə itaət etdi. Canımı dişimə tutub mənə dediyin sözlərə qulaq asdım.
8132  2SA 4:9  Davud Beerotlu Rimmonun oğullarına – Rekavla qardaşı Baanaya belə cavab verdi: «Canımı hər cür bəlalardan qurtaran var olan Rəbbə and olsun,
8255  2SA 10:12  Cəsarətli ol. Gəl xalqımız naminə, Allahımızın şəhərləri naminə igidlik göstərək. Qoy Rəbb gözündə xoş olanı etsin».
8348  2SA 13:28  Avşalom nökərlərinə belə əmr etmişdi: «Baxın Amnonun ürəyi şərabla nəşələnəndə sizə “Amnonu vurun!” deyəcəyəm, o zaman onu öldürün, qorxmayın. Sizə əmri verən mən deyiləmmi? Cəsur və igid olun».
8406  2SA 15:14  Davud Yerusəlimdə – yanında olan bütün əyanlarına dedi: «Durun qaçaq, yoxsa Avşalomun qarşısından heç kim qaçıb qurtula bilməz. Cəld olun, gedək, yoxsa o tez gəlib bizə çatar, başımıza bəla açar və şəhəri qılıncdan keçirər».
8415  2SA 15:23  Camaat keçərkən bütün bölgə əhalisi bərkdən ağlayırdı. Padşah da Qidron vadisini keçdi və bütün camaat çölə tərəf irəlilədi.
8749  1KI 1:29  Padşah and içib dedi: «Canımı bütün bəlalardan qurtarmış var olan Rəbbə and olsun ki,
8760  1KI 1:40  Camaat onun dalınca qalxıb getdi. Onlar ney çalaraq elə sevinirdilər ki, səslərindən yer titrəyirdi.
10374  1CH 3:9  Cariyələrdən doğulan oğullarından başqa Davudun bütün oğulları bunlardır. Tamar da onların bacısıdır.
11097  1CH 26:15  Oved-Edom üçün püşk Cənub qapısına, oğulları üçün isə anbar evinə düşdü.
11099  1CH 26:17  Şərq qapısı üçün altı Levili, Şimal qapısı üçün gündə dörd Levili, Cənub qapısı üçün gündə dörd Levili və hər iki anbar üçün iki Levili.
11592  2CH 19:11  Budur, Rəbbin hər işi üçün başçı kahin Amarya, padşahın hər işi üçün isə Yəhudanın qəbilə rəisi İsmail oğlu Zevadya başçınız olacaq, önünüzdə də Levililər məmur olacaq. Cəsarətlə davranın. Rəbb yaxşılıq edənlərlə olsun».
11606  2CH 20:14  Camaatın arasında olanda Asəf nəslindən olan bir Levili, Mattanya oğlu Yeiel oğlu Benaya oğlu Zəkəriyyə oğlu Yaxazielin üzərinə Rəbbin Ruhu gəldi.
11827  2CH 29:31  Sonra Xizqiya dedi: «İndi özünüzü Rəbbə həsr etdiniz, yaxın gəlin, Rəbbin məbədinə qurbanlar və şükür təqdimləri gətirin». Camaat qurbanlar və şükür təqdimləri gətirdi, ürəyi istəyənlərin hamısı yandırma qurbanları təqdim etdi.
11828  2CH 29:32  Camaatın gətirdiyi yandırma qurbanlarının sayı yetmiş baş mal-qara, yüz qoç, iki yüz quzu idi. Bunların hamısı Rəbbə yandırma qurbanı gətirildi.
12394  NEH 5:7  Ciddi düşündükdən sonra əyanlarla hökumət məmurlarını tənbeh edib belə dedim: «Siz hamınız soydaşlarınıza sələmlə pul verirsiniz». Onların əleyhinə böyük yığıncaq topladım.
12417  NEH 6:11  Mən isə dedim: «Mənim kimi adam qaçarmı? Canını qurtarmaq üçün məbəddə gizlənərmi? Əsla belə etmərəm!»
12883  JOB 1:10  Canına, evinə, var-dövlətinə sipər olub onu qoruyan Sən deyilsənmi? Əlinin bütün əməyinə bərəkət vermisən, sürüləri bütün ölkəni bürüyüb.
13023  JOB 7:11  Ona görə sakitləşməyəcəyəm, Ruhumun sıxıntısını dilə gətirəcəyəm, Canımın ağrısından şikayət edəcəyəm.
13027  JOB 7:15  Canım boğulub-ölməyi yaşamaqdan üstün tutur, Quru cəsəddə qalmaqdansa ölüm mənə xoşdur.
13064  JOB 9:9  Odur Böyük Ayı, Orion, Ülkər bürclərini, Cənub bürclərini yaradan.
13091  JOB 10:1  Canım həyatımdan bezib. Şikayətimə məhdudiyyət qoymayacağam, Acı həyatımdan danışacağam.
13171  JOB 13:14  Həyatım təhlükəyə düşürsə-düşsün. Canım bəlaya düşürsə-düşsün.
13194  JOB 14:9  Suyun iyini duyanda çiçəklənər, Cavan ağac kimi şaxələnər.
13256  JOB 16:14  Bədənimə yara üstündən yara vurulur, Cəngavər tək üzərimə yüyürürlər.
13393  JOB 21:34  Məni necə boş sözlərlə ovuda bilərsiniz? Cavablarınız axıradək yalandır».
13432  JOB 23:9  O, şimalda işləsə, gözüm seçməz, Cənuba dönsə, Onu görə bilmərəm.
13452  JOB 24:12  Şəhərlərdən insan nalələri ucalır, Canı yaralı olanlar fəryad qoparır, Amma Allah dualarını nəzərə almır.
13487  JOB 27:2  «Haqqımı əlimdən alan var olan Allaha and olsun, Canımı dərdə salan Külli-İxtiyara and olsun,
13493  JOB 27:8  Allahsız insanı Allah kəsib atanda, Canını alanda ümidi olarmı?
13572  JOB 30:11  Çünki Allah kamanımın ipini boşaltdı, Məni zəlil elədi. Ona görə onlar gözümün qabağındaca Cilovlarını çıxarıb atdılar.
13578  JOB 30:17  Gecələr sümüklərim sızıldayır, Canımı gəmirən ağrılar dayanmır.
13589  JOB 30:28  Yoxdur bir işıq ucu, qarala-qarala gəzirəm, Camaat arasında durub fəryad edirəm.
13626  JOB 31:34  Camaatdan qorxduğum üçün, El qınağından dəhşətə gəldiyim üçün Dinməzcə bayıra çıxmamışamsa…
13648  JOB 32:16  Onlar danışmırlar, dayanıblar, Cavab vermirlər deyə Mən gözləməliyəmmi?
13676  JOB 33:22  Canı quyuya, Həyatı ölüm mələklərinə yaxınlaşır.
13682  JOB 33:28  Canımı quyuya düşməkdən qurtardı, Həyatım nur görəcək”.
13752  JOB 36:12  Qulaq asmazlarsa, qılıncdan keçirilərlər, Cəhalət içində canları çıxar.
13862  JOB 39:24  Coşanda qəzəblənib yeri-yurdu qapır, Şeypur çalınan kimi yerindən dik atılır.
13864  JOB 39:26  Məgər qırğı sənin dərrakənləmi uçur, Cənuba tərəf qanad açır?
13891  JOB 40:23  Coşğun çaylardan qorxmur, Sellər boğazına çatsa da, arxayındır.
13996  PSA 6:4  Canıma vəlvələ düşüb. Ya Rəbb, bu nə vaxtadək olacaq?
14003  PSA 6:11  Bütün düşmənlərim rüsvay olacaq, Canlarına vəlvələ salınacaq, calət içində bir andaca geri qayıdacaq.
14113  PSA 16:9  Elə bunun üçün qəlbim sevinir, ruhum şad olur, Cismim əmin-amanlıqda yaşayır.
14241  PSA 22:21  Həyatımı qılıncdan qurtar, Canımı itlərin caynağından qurtar,
14243  PSA 22:23  İsmini qardaşlarıma elan edəcəyəm, Camaat arasında Sənə həmd söyləyəcəyəm:
14288  PSA 25:20  Canımı qoru, məni qurtar, Sənə pənah gətirdiyimə görə qoyma rüsvay olum!
14298  PSA 26:8  Ya Rəbb, məskənin olan evi, Calalının sakin olduğu yeri sevirəm.
14302  PSA 26:12  Ayağım düzlük üstündə durur, Cəmiyyətin içində Rəbbə alqış edəcəyəm.
14344  PSA 30:8  Ya Rəbb, lütfünlə məni Bir dağ kimi möhkəm etdin. Sonra məndən üz gizlətdin, Canıma vəlvələ düşdü.
14363  PSA 31:14  Çox adamların pıçıltısını eşidirəm, Hər tərəfimi dəhşət alıb, Hamı əleyhimə əlbir olub, Canımı almaq üçün qəsd qurub.
14383  PSA 32:9  At yaxud qatır kimi Şüursuz olmayın. Cilov, yüyən vurulmasa, Onlar idarə edilə bilməz».
14434  PSA 35:4  Canımın qəsdinə duranlar Qoy utanıb rüsvay olsunlar, Mənə qarşı pis niyyəti olanlar Geri qovulub biabır olsunlar.
14447  PSA 35:17  Ey Xudavənd, nə vaxta qədər buna baxacaqsan? Canımı məhv edilməkdən, Həyatımı bu gənc aslanlardan qurtar.
14524  PSA 38:13  Canımın qəsdinə duranlar mənə tələ qurur, Bədxahlarım ölümümdən danışır, Gün boyu mənim üçün hiylə qururlar.
14563  PSA 40:15  Canımı almaq üçün qəsd quranlar Qoy utanıb biabır olsunlar. Pis günümdən zövq alanlar Geri qovulub rüsvay olsunlar.
14571  PSA 41:5  Mən dedim: «Ya Rəbb, mənə rəhm et, Canıma şəfa ver, Çünki Sənə qarşı günah etmişəm».
14656  PSA 47:2  Ey bütün xalqlar, əl çalın, Cuşa gəlib Allaha nida edin!
14671  PSA 48:7  Hamilə qadının ağrısı kimi Canlarına lərzə düşdü.
14694  PSA 49:15  Onlar sürü kimi ölülər diyarına aparılar, Onları ölüm otarar. Səhər açılanda əməlisalehlər onlara hakim olar. Yurd-yuvasından uzaq bir yerdə, ölülər diyarında Cəsədləri çürüyüb qalar.
14777  PSA 55:6  Mənə qorxu və titrətmə gəlib, Canımı vicvicə bürüyüb.
14811  PSA 57:2  Mənə rəhm et, ey Allah, mənə rəhm et! Canımı götürüb Sənin yanına pənah gətirmişəm. Bəlalar keçib-gedənəcən Qanadlarının altına sığınacağam.
14837  PSA 59:4  Canımı almaq üçün məni güdürlər,clülər əleyhimə birləşiblər. Ya Rəbb, üsyankar, günahkar,
14925  PSA 66:1  Ey bütün dünya əhli, Cuşa gəlib Allaha nida edin,