65 | GEN 3:9 | Rəbb Allah Adəmi səsləyib dedi: «Haradasan?» |
72 | GEN 3:16 | Sonra Rəbb Allah qadına dedi: «Hamilə olanda sənə Çox əziyyət verəcəyəm, Uşaqlarını ağrı içində doğacaqsan. Ərinə meylli olacaqsan, O sənə ağalıq edəcək». |
76 | GEN 3:20 | Adəm arvadının adını Həvva qoydu, çünki o, yer üzündə yaşayanların hamısının anası oldu. |
81 | GEN 4:1 | Adəm arvadı Həvva ilə yaxınlıq etdi və Həvva hamilə olub Qabili doğdu. Həvva dedi: «Rəbbin köməyi ilə bir insan qazandım». |
82 | GEN 4:2 | Sonra o, Qabilin qardaşı Habili doğdu. Habil çoban oldu, Qabil isə əkinçi. |
84 | GEN 4:4 | Habil də sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini və onların piyini təqdim etdi. Rəbb Habili və onun təqdimini qəbul etdi, |
88 | GEN 4:8 | Sonra Qabil qardaşı Habilə bir söz dedi və onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü. |
89 | GEN 4:9 | Sonra Rəbb Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O dedi: «Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?» |
105 | GEN 4:25 | Adəm yenə arvadı ilə yaxınlıq etdi və Həvva bir oğlan doğub adını Şet qoyaraq dedi: «Qabilin öldürdüyü Habilin yerinə Allah mənə başqa bir oğul bəxş etdi». |
138 | GEN 5:32 | Nuh beş yüz yaşında olanda Sam, Ham və Yafəs adında oğulları oldu. |
142 | GEN 6:4 | Həmin dövrdə və Allah oğulları insan qızlarını arvad alıb övladları doğulan dövrdə də yer üzündə böyük adamlar yaşayırdı. Bunlar qədim dövrün qəhrəman və adlı-sanlı adamları idi. |
148 | GEN 6:10 | Nuhun üç oğlu oldu: Sam, Ham və Yafəs. |
159 | GEN 6:21 | Həmçinin özünlə birlikdə hər cür azuqə götürüb yanına yığ ki, sənin və onların yeməyi olsun». |
162 | GEN 7:2 | Hər pak heyvanın erkək və dişisindən yeddi cüt, hər murdar heyvanın erkək və dişisindən bir cüt götür, |
171 | GEN 7:11 | Həmin gün – Nuhun ömrünün altı yüzüncü ilində, ikinci ayın on yeddinci günü dərinlikdə olan bütün gur su qaynaqları püskürdü və göylərin pəncərələri açıldı. |
173 | GEN 7:13 | Elə həmin gün Nuh, onun arvadı, oğulları Sam, Ham, Yafəs və üç gəlini gəmiyə mindilər. |
211 | GEN 9:5 | Sizin isə qanınız tökülərsə, əvəzini hökmən alacağam. Hər heyvandan hesabınızı alacağam. Həmçinin insandan – qardaşının canını alan hər kəsdən əvəzini alacağam. |
224 | GEN 9:18 | Gəmidən çıxan Nuhun oğulları bunlardır: Sam, Ham və Yafəs. Hamdan Kənan törədi. |
228 | GEN 9:22 | Kənanın atası Ham atasının çılpaq olduğunu gördü və bunu bayırda iki qardaşına söylədi. |
236 | GEN 10:1 | Nuhun oğulları Sam, Ham və Yafəsin nəsil tarixçəsi belədir. Daşqından sonra onların oğulları oldu. |
241 | GEN 10:6 | Hamın oğulları: Kuş, Misrayim, Put və Kənan. |
254 | GEN 10:19 | Kənanlıların ərazisi Sidondan Gerara tərəf Qəzzəyə qədər, Sodoma, Homorraya, Admaya, Sevoyimə tərəf Leşaya qədər uzanırdı. |
255 | GEN 10:20 | Bunlar öz ölkələrində və millətlərinin arasında qəbilələrinə və dillərinə görə ayrılan Ham oğulları idi. |
262 | GEN 10:27 | Hadoram, Uzal, Diqla, |
293 | GEN 11:26 | Terah yetmiş yaşında olanda oğulları İbram, Naxor və Haran doğuldu. |
294 | GEN 11:27 | Terahın nəsil tarixçəsi belədir: Terahdan İbram, Naxor və Haran törədi. Harandan Lut törədi. |
295 | GEN 11:28 | Haran atası Terahın sağlığında doğulduğu ölkədə – Xaldeylilərin Ur şəhərində öldü. |
296 | GEN 11:29 | İbram və Naxor özlərinə arvad aldılar. İbramın arvadının adı Saray, Naxorun arvadının adı isə Milka idi. Milka və İska Haranın qızları idi. |
298 | GEN 11:31 | Terah oğlu İbramı, Haranın oğlu olan nəvəsi Lutu, oğlu İbramın arvadı olan gəlini Sarayı özü ilə götürdü və Kənan torpağına getmək üçün Xaldeylilərin Ur şəhərindən çıxdı. Onlar Xarana gəlib, orada məskən saldılar. |
329 | GEN 13:10 | Lut başını qaldırıb İordan çayının kənarındakı düzənliyi gördü. O vaxt bu yer Misir torpağı kimi bütünlüklə Soara qədər suvarılırdı və Rəbbin bağı kimi idi. Rəbb hələ Sodom və Homorranı məhv etməmişdi. |
339 | GEN 14:2 | Sodom padşahı Beraya, Homorra padşahı Birşaya, Adma padşahı Şinava, Sevoyim padşahı Şemeverə, Bela, yəni Soar padşahına qarşı müharibəyə başladı. |
342 | GEN 14:5 | On dördüncü il Kedorlaomer və onunla birgə olan padşahlar gəlib Aşterot-Qarnayimdə Rafalıları, Hamda Zuzluları, Şave-Qiryatayimdə Emliləri, |
345 | GEN 14:8 | Sodom padşahı, Homorra padşahı, Adma padşahı, Sevoyim padşahı, Bela, yəni Soar padşahı Siddim vadisinə gəlib, |
347 | GEN 14:10 | Siddim vadisində qatranla dolu çoxlu çuxur var idi. Sodom və Homorra padşahları döyüşdən qaçanda oraya yıxıldılar, sağ qalanlar isə dağlara qaçdılar. |
348 | GEN 14:11 | Qaliblər Sodom və Homorranın bütün əmlakını və azuqəsini götürüb getdilər. |
383 | GEN 16:1 | İbramın arvadı Sarayın uşağı olmurdu. Onun Həcər adında Misirli bir qarabaşı var idi. |
385 | GEN 16:3 | İbramın arvadı Saray qarabaşı Misirli Həcəri götürüb əri İbrama arvad olmaq üçün verdi; bu əhvalat İbram Kənan torpağında on il yaşadıqdan sonra baş verdi. |
386 | GEN 16:4 | İbram Həcərlə yaxınlıq etdi və Həcər hamilə oldu. Həcər hamilə olduğunu görəndə xanımına həqarətlə baxmağa başladı. |
390 | GEN 16:8 | Mələk ondan soruşdu: «Ey Sarayın qarabaşı Həcər, haradan gəlib, haraya gedirsən?» Həcər dedi: «Mən xanımım Sarayın yanından qaçıram». |
394 | GEN 16:12 | O, insanlar arasında Vəhşi eşşək kimi olacaq: O hamıya, Hamı isə ona qarşı çıxacaq, Bütün qardaşları ilə yola getməyərək yaşayacaq». |
395 | GEN 16:13 | Həcər onunla danışan Rəbbi «Sən El-Roisən» adlandırdı, çünki o söyləmişdi: «Doğrudan da, burada məni görən Allahı gördüm». |
397 | GEN 16:15 | Həcər İbrama bir oğul doğdu və İbram Həcərdən olan oğlunun adını İsmail qoydu. |
398 | GEN 16:16 | Həcər ona İsmaili doğanda İbramın səksən altı yaşı var idi. |
443 | GEN 18:18 | Həqiqətən, İbrahimdən böyük və güclü bir millət törəyəcək, onun vasitəsilə yer üzünün bütün millətləri xeyir-dua alacaq. |
445 | GEN 18:20 | Rəbb yenə dedi: «Sodom və Homorraya qarşı qalxan fəryad böyük, oranın adamlarının günahı çox ağırdır. |
450 | GEN 18:25 | Axı Sən bunu eləməzsən, saleh adamı günahkarla birgə öldürməzsən. Saleh adamın aqibətini günahkarınkı kimi etməzsən, Sən bunu eləməzsən. Bütün dünyanın Hakimi belə ədalətsizlik etməz». |
482 | GEN 19:24 | Rəbb Sodom və Homorranın üzərinə göydən odlu kükürd yağdırdı, |
486 | GEN 19:28 | Oradan Sodom və Homorraya, bütün düzənliyə baxdı. O, yerdən kürə tüstüsü kimi bir tüstü qalxdığını gördü. |
523 | GEN 21:9 | Sara gördü ki, Misirli Həcərin İbrahimə doğduğu oğlu ona gülür. |
528 | GEN 21:14 | İbrahim səhər tezdən qalxdı, çörək və bir tuluq su götürüb çiyninə qoyaraq Həcərə verdi. Uşağı da ona verib onu yola saldı. Həcər gedib Beer-Şeva çölündə dolaşdı. |
531 | GEN 21:17 | Allah uşağın səsini eşitdi. Allahın mələyi göylərdən Həcəri çağırıb dedi: «Sənə nə olub, Həcər? Qorxma, çünki uşağın oturduğu yerdən Allah onun səsini eşitdi. |
533 | GEN 21:19 | Allah Həcərin gözlərini açdı və o, bir su quyusu gördü. Gedib tuluğu su ilə dolduraraq uşağa içirtdi. |
671 | GEN 25:12 | Saranın qarabaşı Misirli Həcərin İbrahimə doğduğu İsmailin nəsil tarixçəsi belədir. |
803 | GEN 29:7 | Yaqub dedi: «Hələ axşama çox vaxt var, sürülərin yığılma vaxtı deyil. Qoyunlara su verin, sonra aparıb otarın». |
859 | GEN 30:28 | Sonra dedi: «Haqqını mənə təyin et, verim». |
872 | GEN 30:41 | Hər dəfə sürünün qüvvətli heyvanları dölləndikləri zaman Yaqub təknələrə, sürünün gözləri önünə çubuqlar qoyurdu ki, çubuqlar arasında döllənsinlər. |
909 | GEN 31:35 | Rəhilə atasına dedi: «Hüzurunda qalxa bilmədiyim üçün ağam qəzəblənməsin, çünki qadın adətinə mübtəlayam». Lavan axtardı, ancaq ev bütlərini tapmadı. |
941 | GEN 32:13 | Sən dedin: “Hökmən sənə yaxşılıq edəcəyəm, nəslini saysız-hesabsız dəniz qumu qədər çoxaldacağam”». |
950 | GEN 32:22 | Hədiyyələr Yaqubun qabağında getdi, o isə gecəni düşərgədə yatdı. |
1063 | GEN 36:22 | Lotanın oğulları Xori və Hemam, Lotanın bacısı Timna. |
1076 | GEN 36:35 | Xuşam öldü və onun yerinə Moav çölündə Midyanlıları qıran Bedad oğlu Hadad padşah oldu. Onun şəhəri Avit idi. |
1077 | GEN 36:36 | Hadad öldü və onun yerinə Masreqadan olan Samla padşah oldu. |
1078 | GEN 36:37 | Samla öldü və onun yerinə Rexovot-Hannahardan olan Şaul padşah oldu. |
1080 | GEN 36:39 | Akbor oğlu Baal-Xanan öldü və onun yerinə Hadar padşah oldu. Onun şəhəri Pau idi. Onun arvadının adı Me-Zahav qızı Matred qızı Mehetavel idi. |
1117 | GEN 37:33 | O, paltarı tanıyıb dedi: «Bu, oğlumun paltarıdır; yəqin onu vəhşi bir heyvan yeyib. Həqiqətən, Yusif parçalanıb». |
1178 | GEN 40:5 | Bir gün Misir padşahının zindanda məhbus olan saqisi və çörəkçisi yuxu gördülər. Hər ikisi bir gecədə müxtəlif mənalı yuxular gördü. |
1187 | GEN 40:14 | Ancaq sənin vəziyyətin yaxşılaşanda məni yadına sal və xeyirxahlıq göstər. Haqqımda firona danışıb məni bu yerdən çıxart. |
1200 | GEN 41:4 | Haldan düşmüş və arıq inəklər bəslənmiş və kök olan yeddi inəyi yedilər. Onda firon yuxudan oyandı. |
1244 | GEN 41:48 | Yusif yeddi ildə Misir torpağında yığılmış bütün məhsulu topladı. O, məhsulu şəhərlərə qoydu. Hər şəhərin ətrafında olan tarlada yetişən məhsulu o şəhərdə saxladı. |
1260 | GEN 42:7 | Yusif qardaşlarını görüb tanıdı, ancaq onlarla yad adam kimi rəftar edərək sərt danışdı. Yusif onlardan soruşdu: «Haradan gəlirsiniz?» Onlar dedilər: «Ərzaq almaq üçün Kənan torpağından gəlirik». |
1267 | GEN 42:14 | Yusif onlara dedi: «Hər şey mən dediyim kimidir: siz casussunuz, |
1318 | GEN 43:27 | Yusif onların kefini soruşub dedi: «O dediyiniz qoca atanız salamatdırmı? Hələ də yaşayırmı?» |
1360 | GEN 45:1 | Yusif yanında duranların hamısının önündə özünü saxlaya bilməyib qışqırdı: «Hamını yanımdan çıxarın». Yusif özünü qardaşlarına tanıtdığı zaman yanında heç kəs yox idi. |
1403 | GEN 46:16 | Qadın oğulları: Sifyon, Haqqi, Şuni, Esbon, Eri, Arodi və Areli. |
1438 | GEN 47:17 | Onlar heyvanlarını Yusif üçün gətirdilər. Yusif də atların, qoyun-keçi və mal-qara sürülərinin, eşşəklərin əvəzinə onlara çörək verdi. Həmin il onları heyvanları əvəzinə verdiyi çörəklə saxladı. |
1445 | GEN 47:24 | Məhsul yığılanda onun beşdə birini firona verin. Beşdə dördünü isə toxumluq olaraq istifadə edin. Həm özünüz, həm külfətiniz, həm də övladlarınız yesin». |
1484 | GEN 49:10 | Padşahlıq əsası Yəhudanın əlindən getməyəcək, Hökmdarlıq əsası onun nəslindən itməyəcək; O vaxta qədər ki əsanın Sahibi gələcək. Onda xalqlar Ona itaət edəcək. |
1506 | GEN 49:32 | Həmin tarla ilə oradakı mağara Xetlilərdən satın alınıb». |
1509 | GEN 50:2 | Sonra həkim xidmətçilərinə atasının meyitini mumiyalamağı əmr etdi. Həkimlər İsraili mumiyaladılar. |
1555 | EXO 1:22 | Firon bütün xalqına əmr edib dedi: «İbranilərdən hər doğulan oğlan uşağını Nil çayına atın! Hər qız uşağını isə sağ qoyun». |
1587 | EXO 3:7 | Rəbb dedi: «Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, nəzarətçilərin əlindən etdikləri fəryadlarını eşitdim və dərdlərinə nəzər saldım. |
1602 | EXO 3:22 | Hər qadın öz qonşusundan, yaxınlıqda qalan qadından qızıl-gümüş əşya və paltar istəsin. Bunlarla oğul və qızlarınızı bəzəyəcəksiniz, beləcə Misirliləri soyacaqsınız». |
1616 | EXO 4:14 | Rəbb Musaya qəzəblənib dedi: «Qardaşın Levili Harun yoxdurmu? Bilirəm ki, onun yaxşı nitqi var. İndi o səni qarşılamağa gəlir. Səni görəndə ürəkdən sevinəcək. |
1618 | EXO 4:16 | Sənin əvəzinə xalqla Harun danışacaq. O sənin üçün ağız kimi, sən isə onun üçün Allah kimi olacaqsan. |
1629 | EXO 4:27 | Rəbb Haruna dedi: «Musanı qarşılamaq üçün səhraya get». Harun gedib Allahın dağında qardaşına rast gəldi və onunla öpüşdü. |
1630 | EXO 4:28 | Musa Haruna Rəbb onu necə göndərdiyini bildirdi. Rəbbin bütün sözlərini və ona göstərmək üçün əmr etdiyi bütün əlamətləri barədə Haruna danışdı. |
1631 | EXO 4:29 | Musa və Harun gedib İsrail övladlarının bütün ağsaqqallarını topladılar. |
1632 | EXO 4:30 | Harun Rəbbin Musaya söylədiyi sözlərin hamısını onlara dedi və xalqın qarşısında əlamətlər göstərdi. |