44 | GEN 2:13 | İkinci çayın adı Gixondur. O, Kuş ölkəsini dolanaraq axır. |
67 | GEN 3:11 | Rəbb Allah dedi: «Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?» |
95 | GEN 4:15 | Rəbb ona dedi: «Xeyr! Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq». Rəbb Qabilə bir əlamət qoydu ki, ona rast gələn kəs onu öldürməsin. |
212 | GEN 9:6 | Kim insan qanı töksə, Onun da qanı İnsan əli ilə töküləcək. Çünki Allah insanı Öz surətinə görə yaradıb. |
224 | GEN 9:18 | Gəmidən çıxan Nuhun oğulları bunlardır: Sam, Ham və Yafəs. Hamdan Kənan törədi. |
228 | GEN 9:22 | Kənanın atası Ham atasının çılpaq olduğunu gördü və bunu bayırda iki qardaşına söylədi. |
231 | GEN 9:25 | «Kənana lənət olsun, Öz qardaşlarının qullarına qul olsun». |
232 | GEN 9:26 | Yenə dedi: «Samın Allahı Rəbbə alqış olsun, Kənan ona qul olsun. |
233 | GEN 9:27 | Allah Yafəsə genişlik versin, Samın çadırlarında yaşasın. Kənan ona qul olsun». |
239 | GEN 10:4 | Yavanın oğulları: Elişa, Tarşiş, Kittim və Dodanim. |
241 | GEN 10:6 | Hamın oğulları: Kuş, Misrayim, Put və Kənan. |
242 | GEN 10:7 | Kuşun oğulları: Seva, Xavila, Savta, Raama və Savteka. Raamanın oğulları: Səba və Dedan. |
243 | GEN 10:8 | Kuşun Nəmrud adlı bir oğlu da oldu. O, yer üzündə ilk qüdrətli adam oldu. |
245 | GEN 10:10 | Əvvəlcə onun padşahlığına Şinar ölkəsində olan Babil, Erek, Akkad və Kalne daxil idi. |
246 | GEN 10:11 | O bu torpaqdan Aşşur torpağına köçüb, Ninevanı, Rexovot-İri, Kelahı, |
247 | GEN 10:12 | Nineva ilə böyük şəhər olan Kelahın arasındakı Reseni tikdi. |
249 | GEN 10:14 | Patroslular, Filiştlilərin əcdadı olan Kasluhlular, həmçinin Kaftorlular. |
250 | GEN 10:15 | Kənanın nəsilləri bunlardır: ilk oğlu Sidon, Xet, |
253 | GEN 10:18 | Ervadlılar, Semarlılar və Xamatlılar. Sonralar Kənan qəbilələri ətraf yerlərə yayıldı. |
254 | GEN 10:19 | Kənanlıların ərazisi Sidondan Gerara tərəf Qəzzəyə qədər, Sodoma, Homorraya, Admaya, Sevoyimə tərəf Leşaya qədər uzanırdı. |
298 | GEN 11:31 | Terah oğlu İbramı, Haranın oğlu olan nəvəsi Lutu, oğlu İbramın arvadı olan gəlini Sarayı özü ilə götürdü və Kənan torpağına getmək üçün Xaldeylilərin Ur şəhərindən çıxdı. Onlar Xarana gəlib, orada məskən saldılar. |
304 | GEN 12:5 | İbram arvadı Sarayı, qardaşı oğlu Lutu, Xaranda əldə etdikləri bütün əmlakı və özünün bütün nökərlərini götürüb Kənan torpağına tərəf yola düşdü. Onlar Kənan torpağına gəldilər. |
305 | GEN 12:6 | İbram oranı dolaşıb, Şekem deyilən yerdəki More palıdının yanına çatdı. O vaxt bu torpaqda Kənanlılar yaşayırdı. |
326 | GEN 13:7 | İbramın sürülərinin çobanları ilə Lutun sürülərinin çobanları arasında mübahisə düşdü. O vaxt bu torpaqda Kənanlılar və Perizlilər yaşayırdı. |
331 | GEN 13:12 | İbram Kənan torpağında qaldı, Lut isə düzənlikdəki şəhərlərdə yaşamağa başladı və Sodoma qədər öz çadırlarını qurdu. |
338 | GEN 14:1 | Bu zaman Şinar padşahı Amrafel, Ellasar padşahı Aryok, Elam padşahı Kedorlaomer və Qoyim padşahı Tidal |
341 | GEN 14:4 | Onlar on iki il Kedorlaomerin əsarəti altında qalmış, on üçüncü il isə üsyan etmişdilər. |
342 | GEN 14:5 | On dördüncü il Kedorlaomer və onunla birgə olan padşahlar gəlib Aşterot-Qarnayimdə Rafalıları, Hamda Zuzluları, Şave-Qiryatayimdə Emliləri, |
346 | GEN 14:9 | Elam padşahı Kedorlaomerlə, Qoyim padşahı Tidalla, Şinar padşahı Amrafellə, Ellasar padşahı Aryokla döyüşə girdilər: dörd padşah beş padşaha qarşı idi. |
354 | GEN 14:17 | İbram Kedorlaomer və onunla olan padşahları məğlub edib qayıdanda Sodom padşahı «Padşah vadisi» adlanan Şave vadisində onun pişvazına çıxdı. |
382 | GEN 15:21 | Emorluların, Kənanlıların, Qirqaşlıların və Yevusluların torpağını Mən sənin nəslinə verirəm». |
385 | GEN 16:3 | İbramın arvadı Saray qarabaşı Misirli Həcəri götürüb əri İbrama arvad olmaq üçün verdi; bu əhvalat İbram Kənan torpağında on il yaşadıqdan sonra baş verdi. |
399 | GEN 17:1 | İbram doxsan doqquz yaşında olanda Rəbb ona görünərək dedi: «Külli-İxtiyar Allah Mənəm. Mənim yolumla get və kamil ol. |
406 | GEN 17:8 | Sənə və səndən sonrakı nəslinə qərib kimi yaşadığın bu torpağı – bütün Kənan torpağını əbədi mülk olaraq verəcəyəm və onların Allahı olacağam». |
416 | GEN 17:18 | Sonra İbrahim Allaha dedi: «Kaş ki İsmail Sənin önündə xeyir-dua alaydı!» |
467 | GEN 19:9 | Kişilər qışqırıb dedilər: «Geri çəkil! Bu adam burada qəribdir, ancaq ağalıq edir. İndi səninlə onlardan da pis rəftar edəcəyik». Onlar Luta hücum edib qapını qırmaq üçün yaxınlaşdılar. |
493 | GEN 19:35 | O gecə yenə atalarına şərab içirdilər. Kiçik qız qalxıb onunla yatdı, atası isə onun nə vaxt yatıb-durduğunu bilmədi. |
496 | GEN 19:38 | Kiçik qız da bir oğul doğdu və onun adını Ben-Ammi qoydu. O, indiki Ammonluların əcdadıdır. |
521 | GEN 21:7 | O yenə dedi: «Kim İbrahimə deyərdi ki, Sara uşaq əmizdirəcək? Amma qocalıq çağında mən ona bir oğul doğmuşam». |
570 | GEN 22:22 | Kesed, Xazo, Pildaş, İdlaf və Betuel». |
574 | GEN 23:2 | Sara Kənan torpağında olan Qiryat-Arbada, yəni Xevronda öldü. İbrahim yas tutub ağlamaqdan ötrü Saranın cəsədinin yanına getdi. |
591 | GEN 23:19 | Bundan sonra İbrahim arvadı Saranı Kənan torpağında olan Mamre, yəni Xevron qarşısındakı Maxpela tarlasının mağarasında basdırdı. |
595 | GEN 24:3 | göyün və yerin Allahı Rəbbin adına mənə and iç ki, oğluma aralarında yaşadığım Kənanlıların qızlarından arvad almayacaqsan, |
629 | GEN 24:37 | Sonra da məni and içdirərək dedi: “Ölkələrində yaşadığım Kənanlıların qızlarından oğluma arvad alma, |
775 | GEN 28:1 | İshaq Yaqubu çağırıb ona xeyir-dua verdi və xəbərdarlıq edərək dedi: «Kənan qızlarından arvad alma. |
777 | GEN 28:3 | Külli-İxtiyar Allah sənə xeyir-dua versin, səni bəhərli edib nəslini çoxaltsın, səndən çoxlu xalq törəsin; |
780 | GEN 28:6 | Esav gördü ki, İshaq Yaquba xeyir-dua verdi və özünə arvad almaq üçün onu Paddan-Arama göndərdi; həm də ona xeyir-dua verən zaman «Kənan qızlarından arvad alma» deyib xəbərdarlıq etdi. |
782 | GEN 28:8 | Esav gördü ki, Kənan qızları atası İshaqın xoşuna gəlmir. |
814 | GEN 29:18 | Yaqub Rəhiləyə vuruldu və dedi: «Kiçik qızın Rəhilə üçün sənə yeddi il xidmət edərəm». |
892 | GEN 31:18 | Bütün sürüsünü, qazandığı bütün var-dövlətini, Paddan-Aramda əldə etdiyi öz sürüsünü sürdü ki, Kənan torpağına, atası İshaqın yanına getsin. |
946 | GEN 32:18 | Yaqub birinci qula əmr edib dedi: «Qardaşım Esav sənə rast gəlib “Kimin adamısan, hara gedirsən, qabağındakı bu heyvanlar kimindir?” deyə soruşanda |
973 | GEN 33:12 | Esav dedi: «Köç edib gedək. Mən sizin qabağınızda gedəcəyəm». |
979 | GEN 33:18 | Yaqub Paddan-Aramdan qayıtdıqdan sonra sağ-salamat Kənan torpağında olan Şekem şəhərinə gəldi və şəhərin qarşısında məskən saldı. |
1011 | GEN 34:30 | Yaqub Şimeona və Leviyə dedi: «Ölkədə yaşayan Kənanlılarda və Perizlilərdə mənə qarşı nifrət oyadıb məni bəlaya saldınız. Biz sayca azıq, əgər birləşib bizi qırsalar, özüm də ailəmlə birgə həlak olacağam». |
1018 | GEN 35:6 | Yaqub yanındakı bütün adamlarla birgə Kənan torpağında olan Luza, yəni Bet-Elə gəldi. |
1023 | GEN 35:11 | və ona dedi: «Külli-İxtiyar Allah Mənəm. Qoy nəslin artıb çoxalsın. Səndən bir millət və çoxlu millət törəyəcək, sənin nəslindən çoxlu padşahlar çıxacaq. |
1043 | GEN 36:2 | Esav Kənan qızlarından Xetli Elonun qızı Adanı, Xivli Siveonun qızı Ananın qızı Oholivamanı, |
1046 | GEN 36:5 | Oholivama Yeuşu, Yalamı və Qorahı doğdu; Esavın Kənan torpağında doğulan oğulları bunlardır. |
1047 | GEN 36:6 | Esav arvadlarını, oğullarını, qızlarını, evindəki adamların hamısını, sürülərini, bütün heyvanlarını və Kənan torpağında qazandığı bütün var-dövləti götürüb qardaşı Yaqubun yanından başqa bir torpağa getdi. |
1067 | GEN 36:26 | Dişonun oğulları bunlardır: Xemdan, Eşban, İtran və Keran. |
1085 | GEN 37:1 | Yaqub atasının qərib olduğu Kənan torpağında yaşadı. |
1119 | GEN 37:35 | Bütün oğulları və qızları ona təsəlli vermək üçün yığışdı, ancaq o təsəlli tapmaq istəməyib dedi: «Kədərlə oğlumun yanına – ölülər diyarına enəcəyəm». Beləcə atası onun üçün ağladı. |
1122 | GEN 38:2 | Yəhuda orada Şua adlı Kənanlı bir adamın qızını gördü. Yəhuda qızı arvad alıb yanına girdi. |
1125 | GEN 38:5 | Sonra yenə də bir oğlan doğub, adını Şela qoydu. Qadın onu doğduğu zaman Yəhuda Kezivdə idi. |
1217 | GEN 41:21 | Kök inəklər onların qarınlarına girdiklərinə baxmayaraq, bu bilinmirdi, onlar əvvəlki kimi arıq idi. Onda oyandım. |
1258 | GEN 42:5 | Taxıl almağa gələnlər arasında İsrailin oğulları da var idi, çünki Kənan torpağında da aclıq hökm sürürdü. |
1260 | GEN 42:7 | Yusif qardaşlarını görüb tanıdı, ancaq onlarla yad adam kimi rəftar edərək sərt danışdı. Yusif onlardan soruşdu: «Haradan gəlirsiniz?» Onlar dedilər: «Ərzaq almaq üçün Kənan torpağından gəlirik». |
1266 | GEN 42:13 | Onlar dedilər: «Biz qulların on iki qardaşıq və Kənan torpağında bir adamın oğullarıyıq. Kiçik qardaşımız indi atamızın yanındadır, bir qardaşımız isə yoxa çıxıb». |
1282 | GEN 42:29 | Onlar Kənan torpağına, ataları Yaqubun yanına gəldilər və başlarına gələn bütün hadisələri ona danışıb dedilər: |
1285 | GEN 42:32 | Biz bir atanın oğulları, on iki qardaşıq. Bir qardaşımız yoxa çıxıb, biri də indi Kənan torpağında atamızın yanındadır”. |
1292 | GEN 43:1 | Kənan torpağında aclıq güclənmişdi. |
1305 | GEN 43:14 | Külli-İxtiyar Allah o adamda sizə qarşı mərhəmət oyandırsın, o da digər qardaşınızı və Binyamini sizə təhvil versin. Mən uşaqlarımdan məhrum olacağamsa, qoy olum». |
1309 | GEN 43:18 | Bu adamlar Yusifin evinə aparıldıqları üçün qorxub dedilər: «Keçən dəfə çuvallarımızda geri qaytarılmış pul üstündə bizi aparırlar. O istəyir ki, bizə qarşı bəhanə tapıb üstümüzə düşsün, bizi özünə qul etsin və eşşəklərimizi alsın». |
1327 | GEN 44:2 | Kiçiyinin çuvalının ağzına isə mənim kasamı – gümüş kasanı və taxıl əvəzinə verilən pulu qoy». O, Yusifin dediyi sözə əməl etdi. |
1333 | GEN 44:8 | Biz çuvalımızın içində tapdığımız pulu Kənan torpağından sənə geri qaytardıq. Ağanın evindən necə qızıl yaxud gümüş oğurlaya bilərik? |
1351 | GEN 44:26 | Biz dedik: “Gedə bilmərik. Kiçik qardaşımız bizimlə getsə, gedərik, kiçik qardaşımız bizimlə getməsə, o adamın gözünə görünə bilmərik”. |
1376 | GEN 45:17 | Firon Yusifə dedi: «Qardaşlarına söylə ki, belə etsinlər: heyvanlarınızı yükləyin və yola düşüb Kənan torpağına gedin. |
1384 | GEN 45:25 | Onlar Misirdən çıxıb Kənan torpağına, ataları Yaqubun yanına gəldilər. |
1393 | GEN 46:6 | Yaqub və onun bütün övladları heyvanlarını və Kənan torpağında əldə etdikləri hər şeyi götürüb Misirə gəldilər. |
1396 | GEN 46:9 | Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi. |
1397 | GEN 46:10 | Şimeonun oğulları: Yemuel, Yamin, Ohad, Yakin, Sohar və bir Kənanlı qadından doğulan Şaul. |
1399 | GEN 46:12 | Yəhudanın oğulları: Er, Onan, Şela, Peres və Zerah. Ancaq Er və Onan Kənan ölkəsində öldülər. Peresin oğulları: Xesron və Xamul. |
1418 | GEN 46:31 | Yusif qardaşlarına və atasının ailəsinə dedi: «Qoy gedim firona xəbər verim ki, Kənan torpağında yaşayan qardaşlarımla atamın ailəsi yanıma gəliblər. |
1422 | GEN 47:1 | Yusif fironun yanına daxil olub dedi: «Kənan torpağından atam və qardaşlarım qoyun-keçiləri, mal-qaraları və özlərinə məxsus hər şeyləri ilə birgə buraya gəliblər və indi Qoşen vilayətindədirlər». |
1425 | GEN 47:4 | Bu ölkəyə müvəqqəti yaşamaq üçün gəlmişik, çünki Kənan torpağında dəhşətli aclıq hökm sürür. Sürülərimiz üçün otlaq yox idi. İndi xahiş edirik ki, Qoşen vilayətində yaşamağa izin verəsiniz». |
1434 | GEN 47:13 | Aclıq getdikcə o qədər gücləndi ki, heç bir ölkədə çörək tapılmadı. Misir və Kənan ölkələrinin əhalisini aclıq taqətdən salmışdı. |
1435 | GEN 47:14 | Yusif satdığı taxılın əvəzində Misir və Kənan ölkələrində yığılan bütün pulları toplayıb fironun sarayına apardı. |
1436 | GEN 47:15 | Misir və Kənan ölkələrində pul qurtaranda bütün Misirlilər Yusifin yanına gəlib dedilər: «Bizə çörək ver. Gərək qarşında ölək? Axı pulumuz qurtarıb». |
1455 | GEN 48:3 | Yaqub Yusifə dedi: «Külli-İxtiyar Allah Kənan torpağında olan Luzda mənə göründü və xeyir-dua verdi. |
1459 | GEN 48:7 | Mən Paddandan gələndə Kənan torpağında Efrata yaxın yerdə Rəhilə yanımdaca öldü. Onu elə orada – Efrat yolunda, yəni Bet-Lexemdə basdırdım». |
1483 | GEN 49:9 | Yəhuda bir aslan balasıdır, Ey oğlum, sən şikara çıxanda Bir şir kimi yerə əyilirsən, Dişi aslan kimi torpağa yatırsan. Kim səni yerindən qaldıra bilər? |
1485 | GEN 49:11 | Eşşəyini tənəyə, Ulağını ən seçmə bir tənəyə bağlayacaq. Paltarını şərabda, Köynəyini üzümün qanında yuyacaq. |
1499 | GEN 49:25 | Sənə kömək edən Atanın Allahıdır, Sənə xeyir-dua verən Külli-İxtiyardır. Yuxarıda göylərin bərəkəti ilə, Dərinlikdə olan Su mənbələrinin bərəkəti ilə, Döşlərin və bətnlərin bərəkəti ilə Sənə xeyir-dua verəcək. |
1504 | GEN 49:30 | O mağara Kənan torpağında olan Mamre qarşısındakı Maxpela tarlasındadır. İbrahim o mağaranı qəbir düzəltmək üçün Xetli Efrondan tarlası ilə birlikdə satın almışdı. |
1512 | GEN 50:5 | atam məni and içdirib demişdi: “Mən can üstəyəm. Kənan torpağında özüm üçün qəbir qazmışam, məni orada basdır”. İndi qoy o mənə izin versin ki, gedib atamı basdırım və qayıdım». |
1518 | GEN 50:11 | O ölkənin əhalisi olan Kənanlılar Atad xırmanındakı yası görəndə dedilər: «Gör Misirlilər necə böyük matəmlə yas tuturlar». Ona görə də İordan çayının yaxınlığındakı bu yerə Avel-Misrayim adı verildi. |