Wildebeest analysis examples for:   azb-azb   l    February 11, 2023 at 17:58    Script wb_pprint_html.py   by Ulf Hermjakob

1  GEN 1:1  Başlanğıcda Allah göyləri və yeri yaratdı.
2  GEN 1:2  Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı.
3  GEN 1:3  Allah dedi: «Qoy işıq olsun». İşıq oldu.
4  GEN 1:4  Allah gördü ki, işıq yaxşıdır. Sonra O, işığı qaranlıqdan ayırdı.
5  GEN 1:5  Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, birinci gün idi.
6  GEN 1:6  Sonra Allah dedi: «Qoy suların arasında bir qübbə olsun suları bir-birindən ayırsın».
7  GEN 1:7  Allah qübbəni düzəltdi və qübbənin altındakı suları onun üstündəki sulardan ayırdı. Belə oldu.
8  GEN 1:8  Allah qübbəni «göy» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, ikinci gün idi.
9  GEN 1:9  Sonra Allah dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsın ki, quru görünsün». Belə oldu.
10  GEN 1:10  Allah qurunu «yer», su yığınlarını isə «dənizlər» adlandırdı. Allah gördü ki, bu, yaxşıdır.
11  GEN 1:11  Sonra Allah dedi: «Qoy yer üzü bitkilər yetirsin: toxumlar bitirən ot-ələf və torpaqda hər növ bəhərli ağaclar yetişsin. Ağaclar meyvə gətirsin və toxumları meyvələrinin içində olsun». Belə oldu.
12  GEN 1:12  Yer üzü bitkilər yetirdi: hər növ toxum bitirən ot-ələf və hər növ ağac yetişdi. Ağaclar meyvə gətirirdi və toxumları meyvələrinin içində idi. Allah gördü ki, bu, yaxşıdır.
13  GEN 1:13  Axşam oldu, səhər açıldı; bu, üçüncü gün idi.
14  GEN 1:14  Sonra Allah dedi: «Qoy göy qübbəsində gecəni gündüzdən ayıran çıraqlar olsun. Onlar işarələri, fəsilləri günlərlə illəri göstərsin.
15  GEN 1:15  Qoy onlar göy qübbəsində çıraq olub, yer üzünə işıq saçsın». Belə oldu.
16  GEN 1:16  Allah iki böyük çıraq düzəltdi: gündüzü idarə etmək üçün böyük çıraq, gecəni idarə etmək üçün kiçik çıraq. O həmçinin ulduzları düzəltdi.
17  GEN 1:17  Allah onları göy qübbəsinə qoydu ki, yer üzünə işıq saçsın,
18  GEN 1:18  gündüzü və gecəni idarə etsin, işığı qaranlıqdan ayırsın. Allah gördü ki, bu, yaxşıdır.
19  GEN 1:19  Axşam oldu, səhər açıldı; bu, dördüncü gün idi.
20  GEN 1:20  Sonra Allah dedi: «Qoy sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündəki göy qübbəsində quşlar uçsun».
21  GEN 1:21  Allah nəhəng su əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları, həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Allah gördü ki, bu, yaxşıdır.
22  GEN 1:22  Allah onlara bərəkət verərək dedi: «Törəyib çoxalın dənizlərdəki suları doldurun, quşlar da yer üzündə çoxalsın».