4 | GEN 1:4 | Allah gördü ki, işıq yaxşıdır. Sonra O, işığı qaranlıqdan ayırdı. |
5 | GEN 1:5 | Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, birinci gün idi. |
8 | GEN 1:8 | Allah qübbəni «göy» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, ikinci gün idi. |
10 | GEN 1:10 | Allah qurunu «yer», su yığınlarını isə «dənizlər» adlandırdı. Allah gördü ki, bu, yaxşıdır. |
11 | GEN 1:11 | Sonra Allah dedi: «Qoy yer üzü bitkilər yetirsin: toxumlar bitirən ot-ələf və torpaqda hər növ bəhərli ağaclar yetişsin. Ağaclar meyvə gətirsin və toxumları meyvələrinin içində olsun». Belə də oldu. |
12 | GEN 1:12 | Yer üzü bitkilər yetirdi: hər növ toxum bitirən ot-ələf və hər növ ağac yetişdi. Ağaclar meyvə gətirirdi və toxumları meyvələrinin içində idi. Allah gördü ki, bu, yaxşıdır. |
13 | GEN 1:13 | Axşam oldu, səhər açıldı; bu, üçüncü gün idi. |
18 | GEN 1:18 | gündüzü və gecəni idarə etsin, işığı qaranlıqdan ayırsın. Allah gördü ki, bu, yaxşıdır. |
19 | GEN 1:19 | Axşam oldu, səhər açıldı; bu, dördüncü gün idi. |
20 | GEN 1:20 | Sonra Allah dedi: «Qoy sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündəki göy qübbəsində quşlar uçsun». |
21 | GEN 1:21 | Allah nəhəng su əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları, həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Allah gördü ki, bu, yaxşıdır. |
22 | GEN 1:22 | Allah onlara bərəkət verərək dedi: «Törəyib çoxalın və dənizlərdəki suları doldurun, quşlar da yer üzündə çoxalsın». |
23 | GEN 1:23 | Axşam oldu, səhər açıldı; bu, beşinci gün idi. |
24 | GEN 1:24 | Sonra Allah dedi: «Qoy yer üzü hər növ canlı məxluqlar – hər növ ev heyvanları, sürünən canlılar və çöl heyvanları əmələ gətirsin». Belə də oldu. |
25 | GEN 1:25 | Allah hər növ çöl heyvanlarını, hər növ ev heyvanlarını və yerdə sürünən bütün canlıları yaratdı. Allah gördü ki, bu, yaxşıdır. |
28 | GEN 1:28 | Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin». |
29 | GEN 1:29 | Allah dedi: «Budur, yer üzündə toxum verən bütün ot-ələfi və meyvələrində toxumu olan bütün ağacların bəhərini sizə verirəm ki, qidalanasınız. |
31 | GEN 1:31 | Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır. Axşam oldu, səhər açıldı; bu, altıncı gün idi. |
36 | GEN 2:5 | yer üzündə heç bir bitki yox idi, heç bir çöl otu da bitmirdi, çünki Rəbb Allah yer üzünə hələ yağış göndərməmişdi və torpağı becərən insan da yaranmamışdı. |
37 | GEN 2:6 | Amma yerdən su çıxırdı və bütün torpağı sulayırdı. |
40 | GEN 2:9 | Rəbb Allah torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi. O həmçinin bağın ortasında həyat ağacını və xeyirlə şəri bilmə ağacını bitirdi. |
41 | GEN 2:10 | Bağı suvarmaq üçün Edendən bir çay çıxırdı, oradan isə dörd qola bölünürdü. |
42 | GEN 2:11 | Onlardan birinin adı Pişondur. O bütün Xavila ölkəsini dolanaraq axır. Orada qızıl çıxır. |
43 | GEN 2:12 | Bu ölkənin qızılı yaxşıdır. Burada həm də ətirli qatran və damarlı əqiq var. |
44 | GEN 2:13 | İkinci çayın adı Gixondur. O, Kuş ölkəsini dolanaraq axır. |
45 | GEN 2:14 | Üçüncü çayın adı Dəclədir. O, Aşşur ölkəsinin şərqindən axır. Dördüncü çay Fəratdır. |
46 | GEN 2:15 | Rəbb Allah insanı götürüb Eden bağına qoydu ki, oranı becərsin və saxlasın. |
48 | GEN 2:17 | Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən». |
49 | GEN 2:18 | Rəbb Allah yenə dedi: «İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam». |
52 | GEN 2:21 | O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və yerini ətlə örtdü. |
54 | GEN 2:23 | İnsan dedi: «Bax, nəhayət, bunun Sümüyü mənim sümüyümdən, Bədəni mənim bədənimdəndir. Adına “qadın” deyiləcək, Çünki o, kişidən götürülüb». |
59 | GEN 3:3 | Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib: “Ondan yeməyin və ona toxunmayın, yoxsa öləcəksiniz!”» |
60 | GEN 3:4 | İlan qadına dedi: «Yox, əsla ölməzsiniz. |
61 | GEN 3:5 | Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız». |
62 | GEN 3:6 | Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi. |
63 | GEN 3:7 | O vaxt ikisinin də gözləri açıldı və çılpaq olduqlarını bildilər. Buna görə də əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəltdilər. |
66 | GEN 3:10 | O cavab verdi: «Bağda səsini eşitdim və çılpaq olduğum üçün qorxdum, ona görə də gizlənmişəm». |
69 | GEN 3:13 | Rəbb Allah qadına dedi: «Sən niyə belə etdin?» Qadın dedi: «İlan məni yoldan çıxartdı, mən də yedim». |
72 | GEN 3:16 | Sonra Rəbb Allah qadına dedi: «Hamilə olanda sənə Çox əziyyət verəcəyəm, Uşaqlarını ağrı içində doğacaqsan. Ərinə meylli olacaqsan, O sənə ağalıq edəcək». |
75 | GEN 3:19 | Alın tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, Çünki oradan götürülmüsən, Ona görə ki yerin torpağısan, Torpağa da qayıdacaqsan». |
78 | GEN 3:22 | Sonra Rəbb Allah dedi: «Budur, insan xeyirlə şərin nə olduğunu bilərək bizlərdən biri kimi oldu. Qoy indi əlini uzadaraq həyat ağacının meyvəsindən dərib yeməsin və əbədi yaşamasın!» |
79 | GEN 3:23 | Rəbb Allah insanı Eden bağından çıxartdı ki, o özünün də bir qismindən götürüldüyü torpağı becərsin. |
81 | GEN 4:1 | Adəm arvadı Həvva ilə yaxınlıq etdi və Həvva hamilə olub Qabili doğdu. Həvva dedi: «Rəbbin köməyi ilə bir insan qazandım». |
87 | GEN 4:7 | Əgər yaxşı iş görürsənsə, Mən qəbul etmərəmmi? Əgər yaxşı iş görmürsənsə, günah qapının ağzında durub. Onun meyli sənədir, ancaq sən ona üstün gəlməlisən». |
94 | GEN 4:14 | Bax bu gün Sən məni torpaqdan qovursan. Mən də Sənin hüzurundan gizlənib yer üzündə qaçaq və sərgərdan olacağam. Ancaq kim mənə rast gəlsə, məni öldürəcək». |
97 | GEN 4:17 | Qabil arvadı ilə yaxınlıq etdi və arvadı hamilə olub Xanoku doğdu. O zaman o, bir şəhər tikdi, şəhərə oğlu Xanokun adını verdi. |
100 | GEN 4:20 | Ada Yavalı doğdu. Yaval çadırda yaşamağın və sürü saxlamağın əsasını qoydu. |
105 | GEN 4:25 | Adəm yenə arvadı ilə yaxınlıq etdi və Həvva bir oğlan doğub adını Şet qoyaraq dedi: «Qabilin öldürdüyü Habilin yerinə Allah mənə başqa bir oğul bəxş etdi». |
107 | GEN 5:1 | Adəmin nəsil tarixçəsi belədir. Allah insanı yaradanda onu Öz bənzərinə görə yaratdı. |
108 | GEN 5:2 | Allah onları kişi və qadın olaraq yaratdı, onlara xeyir-dua verdi və yaratdığı gün onları «insan» adlandırdı. |
115 | GEN 5:9 | Enoş doxsan yaşında olanda oğlu Qenan doğuldu. |
119 | GEN 5:13 | Mahalalel doğulandan sonra Qenan səkkiz yüz qırx il yaşadı. Onun başqa oğulları və qızları oldu. |
123 | GEN 5:17 | Mahalalel səkkiz yüz doxsan beş il ömür sürüb öldü. |
136 | GEN 5:30 | Nuh doğulandan sonra Lemek beş yüz doxsan beş il yaşadı. Onun başqa oğulları və qızları oldu. |
139 | GEN 6:1 | İnsanlar yer üzündə çoxalmağa başladı və onların qızları doğuldu. |
140 | GEN 6:2 | O zaman Allah oğulları gördülər ki, insan qızları çox gözəldir və bəyəndikləri hər qızı özlərinə arvad etdilər. |
143 | GEN 6:5 | Rəbb gördü ki, yer üzündəki insanların şər əməlləri çoxdur və hər zaman onların ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlir. |
147 | GEN 6:9 | Nuhun tarixçəsi belədir: Nuh saleh və öz nəsli arasında qüsursuz bir adam idi. O, Allahla bir yol gedirdi. |
155 | GEN 6:17 | Bax Mən yer üzünü suya qərq edəcəyəm ki, göylər altında həyat nəfəsi olan bütün canlılar məhv olsun və yer üzündə olanların hamısı öləcək. |
157 | GEN 6:19 | Bütün heyvanlardan, canlı məxluqlardan bir cütünü – erkək və dişisini gəmiyə götürərsən ki, səninlə birgə sağ qalsın. |
164 | GEN 7:4 | Çünki yeddi gün sonra yer üzünə qırx gün-qırx gecə yağış yağdıracağam və yaratdığım bütün canlıları yer üzündə məhv edəcəyəm». |
172 | GEN 7:12 | Yer üzünə qırx gün-qırx gecə yağış yağdı. |
177 | GEN 7:17 | Yer üzündə qırx gün daşqın oldu və su çoxalıb gəmini yerdən yuxarı qaldırdı. |
178 | GEN 7:18 | Su çox yuxarı qalxıb yer üzünü aldı və gəmi suyun üzündə üzməyə başladı. |
180 | GEN 7:20 | Su dağların zirvəsindən on beş qulac qalxdı və onları örtdü. |
184 | GEN 7:24 | Yüz əlli gün ərzində su yer üzündə çoxaldı. |
190 | GEN 8:6 | Qırx gün sonra Nuh düzəltdiyi gəminin pəncərəsini açıb |
191 | GEN 8:7 | bir qarğa buraxdı; qarğa uçub getdi və yer üzündə su quruyana qədər hər tərəfi dolaşdı. |
192 | GEN 8:8 | Nuh bu dəfə bir göyərçin buraxdı ki, suyun yer üzündən çəkilib-çəkilmədiyini bilsin. |
194 | GEN 8:10 | O daha yeddi gün gözlədi və göyərçini yenə gəmidən buraxdı. |
195 | GEN 8:11 | Axşamüstü göyərçin onun yanına qayıtdı. Göyərçinin ağzında təzə zeytun yarpağı var idi. Nuh suyun yer üzündən çəkildiyini bildi. |
196 | GEN 8:12 | O daha yeddi gün gözlədi və göyərçini yenə buraxdı, artıq göyərçin onun yanına qayıtmadı. |
200 | GEN 8:16 | «Sən öz arvadın, oğulların və gəlinlərinlə birgə gəmidən çıx. |
201 | GEN 8:17 | Səninlə birgə olan bütün canlıları – quşları, heyvanları və yerdə sürünənləri bayıra çıxart. Qoy yer üzünə yayılsınlar və yer üzündə törəyib çoxalsınlar». |
202 | GEN 8:18 | Nuh öz arvadı, oğulları və gəlinləri ilə birgə gəmidən çıxdı. |
205 | GEN 8:21 | Bundan Rəbbə xoş ətir qalxdı və Rəbb ürəyində dedi: «Cavanlığından bəri insan ürəyinin fikirlərinin həmişə pis olmasına baxmayaraq, insanlara görə bir daha yer üzünü lənətləməyəcəyəm. İndi elədiyim kimi bütün canlıları bir daha məhv etməyəcəyəm. |
207 | GEN 9:1 | Allah Nuha və onun oğullarına xeyir-dua verib dedi: «Törəyib çoxalın və yer üzünü bürüyün. |