Wildebeest analysis examples for:   azb-azb   Ş    February 11, 2023 at 17:58    Script wb_pprint_html.py   by Ulf Hermjakob

105  GEN 4:25  Adəm yenə arvadı ilə yaxınlıq etdi və Həvva bir oğlan doğub adını Şet qoyaraq dedi: «Qabilin öldürdüyü Habilin yerinə Allah mənə başqa bir oğul bəxş etdi».
106  GEN 4:26  Şetin də bir oğlu oldu və adını Enoş qoydu. O zaman insanlar Rəbbin adını çağırmağa başladı.
109  GEN 5:3  Adəmin yüz otuz yaşı olanda özünə bənzər, öz surətində bir oğlu oldu və adını Şet qoydu.
110  GEN 5:4  Şet doğulandan sonra Adəm səkkiz yüz il yaşadı. Onun başqa oğulları və qızları oldu.
112  GEN 5:6  Şet yüz beş yaşında olanda oğlu Enoş doğuldu.
113  GEN 5:7  Enoş doğulandan sonra Şet səkkiz yüz yeddi il yaşadı. Onun başqa oğulları və qızları oldu.
114  GEN 5:8  Şet doqquz yüz on iki il ömür sürüb öldü.
245  GEN 10:10  Əvvəlcə onun padşahlığına Şinar ölkəsində olan Babil, Erek, Akkad və Kalne daxil idi.
259  GEN 10:24  Arpakşaddan Şelah törədi, Şelahdan Ever törədi.
261  GEN 10:26  Yoqtandan Almodad, Şelef, Xasarmavet, Yerah,
269  GEN 11:2  İnsanlar şərqdən köçüb gəldikləri zaman Şinar torpağında bir düzənliyə rast gəldilər və orada məskən saldılar.
279  GEN 11:12  Arpakşad otuz beş yaşında olanda oğlu Şelah doğuldu.
280  GEN 11:13  Şelah doğulandan sonra Arpakşad dörd yüz üç il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
281  GEN 11:14  Şelah otuz yaşında olanda oğlu Ever doğuldu.
282  GEN 11:15  Ever doğulandan sonra Şelah dörd yüz üç il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
305  GEN 12:6  İbram oranı dolaşıb, Şekem deyilən yerdəki More palıdının yanına çatdı. O vaxt bu torpaqda Kənanlılar yaşayırdı.
338  GEN 14:1  Bu zaman Şinar padşahı Amrafel, Ellasar padşahı Aryok, Elam padşahı Kedorlaomer və Qoyim padşahı Tidal
339  GEN 14:2  Sodom padşahı Beraya, Homorra padşahı Birşaya, Adma padşahı Şinava, Sevoyim padşahı Şemeverə, Bela, yəni Soar padşahına qarşı müharibəyə başladı.
342  GEN 14:5  On dördüncü il Kedorlaomer və onunla birgə olan padşahlar gəlib Aşterot-Qarnayimdə Rafalıları, Hamda Zuzluları, Şave-Qiryatayimdə Emliləri,
346  GEN 14:9  Elam padşahı Kedorlaomerlə, Qoyim padşahı Tidalla, Şinar padşahı Amrafellə, Ellasar padşahı Aryokla döyüşə girdilər: dörd padşah beş padşaha qarşı idi.
354  GEN 14:17  İbram Kedorlaomer və onunla olan padşahları məğlub edib qayıdanda Sodom padşahı «Padşah vadisi» adlanan Şave vadisində onun pişvazına çıxdı.
389  GEN 16:7  Rəbbin mələyi Şur yolundakı çöldə olan bulağın yanında onu tapdı.
497  GEN 20:1  İbrahim Mamredən Negev torpağına köçdü və QadeşŞur arasında məskən saldı. Sonra bir müddət Gerarda qaldı.
528  GEN 21:14  İbrahim səhər tezdən qalxdı, çörək və bir tuluq su götürüb çiyninə qoyaraq Həcərə verdi. Uşağı da ona verib onu yola saldı. Həcər gedib Beer-Şeva çölündə dolaşdı.
545  GEN 21:31  Buna görə də o buranı Beer-Şeva adlandırdı, çünki onların ikisi də orada and içdi.
546  GEN 21:32  Beləcə Beer-Şevada əhd bağladılar. Sonra Avimelek və onun ordu başçısı Pikol qalxıb Filiştlilərin ölkəsinə qayıtdılar.
547  GEN 21:33  İbrahim Beer-Şevada bir yulğun ağacı əkdi və orada əbədi Allah olan Rəbbin adını çağırdı.
567  GEN 22:19  Sonra İbrahim öz nökərlərinin yanına qayıtdı və onlar qalxıb Beer-Şevaya getdilər. İbrahim Beer-Şevada sakin oldu.
661  GEN 25:2  Qetura ona bunları doğdu: Zimran, Yoqşan, Medan, Midyan, İşbaq Şuah.
677  GEN 25:18  İsmailin nəsilləri Xaviladan Şura qədər olan ərazidə məskən saldı. Şur Aşşura gedərkən Misirin qarşısındadır. Onlar qardaşlarının yaşadığı yerin qarşısında yerləşmişdi.
716  GEN 26:23  İshaq oradan Beer-Şevaya getdi.
726  GEN 26:33  İshaq bu quyunun adını Şiva qoydu, buna görə də şəhərin adı bu günə qədər Beer-Şevadır.
784  GEN 28:10  Yaqub Beer-Şevadan çıxıb Xarana tərəf getdi.
829  GEN 29:33  O yenə hamilə olub bir oğul doğdu və dedi: «Rəbb sevilmədiyimi eşidib mənə bunu da verdi». Onun da adını Şimeon qoydu.
953  GEN 32:25  Sonra Yaqub tək qaldı. Dan yeri sökülənə qədər bir Şəxs onunla güləşdi.
954  GEN 32:26  Yaquba üstün gələ bilmədiyini görüb onun budunun oynağına zərbə vurdu. O Şəxslə güləşərkən Yaqubun budunda oynağı zədələndi.
955  GEN 32:27  O Şəxs dedi: «Burax, gedim, çünki səhər açılır». Yaqub dedi: «Mənə xeyir-dua verməsən, Səni buraxmaram».
956  GEN 32:28  O Şəxs soruşdu: «Adın nədir?» O dedi: «Yaqub».
957  GEN 32:29  O Şəxs dedi: «Artıq sənə Yaqub deyil, İsrail deyiləcək, çünki sən Allahla və insanlarla güləşib üstün gəlmisən».
958  GEN 32:30  Yaqub soruşdu: «Xahiş edirəm, adını söylə». O dedi: «Adımı niyə soruşursan?» O Şəxs orada Yaquba xeyir-dua verdi.
961  GEN 32:33  Ona görə bu günə qədər də İsraillilər bud oynağının üzərindəki vətərləri yeməzlər. Çünki güləşən Şəxs Yaqubun bud oynağının vətərinə toxunmuşdu.
979  GEN 33:18  Yaqub Paddan-Aramdan qayıtdıqdan sonra sağ-salamat Kənan torpağında olan Şekem şəhərinə gəldi və şəhərin qarşısında məskən saldı.
980  GEN 33:19  O, çadırını qurduğu tarla sahəsini Şekemin atası Xamorun oğullarından yüz parça gümüşsatın aldı.
983  GEN 34:2  O ölkənin ağası Xivli Xamorun oğlu Şekem onu gördü. Qızı aparıb onunla yatdı və onu zorladı.
984  GEN 34:3  Onun ürəyi Yaqubun qızı Dinaya bağlandı. Şekem qızı sevdi və onunla xoş rəftar etdi.
985  GEN 34:4  Şekem atası Xamora dedi: «Bu qızı mənə arvad al».
987  GEN 34:6  Şekemin atası Xamor Yaqubla danışmaq üçün onun yanına getdi.
988  GEN 34:7  Yaqubun oğulları bunu eşidib çöllükdən gəldilər. Onlar məyus oldular və bərk qəzəbləndilər. Çünki Şekem Yaqubun qızı ilə yatmaqla İsraili rüsvay etmişdi, belə iş etmək olmazdı.
989  GEN 34:8  Xamor onlara belə dedi: «Oğlum Şekemin ürəyi qızınıza bağlanıb. Xahiş edirəm, qızı ona arvad olmaq üçün verəsiniz.
992  GEN 34:11  Şekem qızın atasına və qardaşlarına dedi: «Sizin gözünüzdə lütf tapmaq üçün məndən nə istəsəniz, verərəm.
994  GEN 34:13  Yaqubun oğulları Şekemə və onun atası Xamora hiylə ilə cavab verdilər, çünki Şekem bacıları Dinanı zorlamışdı.
999  GEN 34:18  Onların sözləri Xamorun və oğlu Şekemin xoşuna gəldi.
1000  GEN 34:19  Cavan oğlan bu işi dərhal etdi, çünki Yaqubun qızı çox xoşuna gəlmişdi. Şekem atasının evində ən hörmətli adam idi.
1001  GEN 34:20  Xamor və oğlu Şekem öz şəhərlərinin darvazasına gəldilər və şəhərin adamlarına belə dedilər:
1005  GEN 34:24  Şəhərin bütün sakinləri Xamora və oğlu Şekemə qulaq asdılar: şəhər əhalisindən olan bütün kişilər sünnət olundu.
1006  GEN 34:25  Üçüncü gün onlar hələ də ağrı çəkən zaman Dinanın qardaşları – Yaqubun iki oğlu Şimeon və Levi qılınclarını götürüb maneəsiz şəhərə girdilər və bütün kişiləri qılıncdan keçirtdilər.
1007  GEN 34:26  Xamoru və oğlu Şekemi də öldürdülər. Dinanı Şekemin evindən götürüb getdilər.
1011  GEN 34:30  Yaqub Şimeona və Leviyə dedi: «Ölkədə yaşayan Kənanlılarda və Perizlilərdə mənə qarşı nifrət oyadıb məni bəlaya saldınız. Biz sayca azıq, əgər birləşib bizi qırsalar, özüm də ailəmlə birgə həlak olacağam».
1016  GEN 35:4  Onlar yanlarında olan bütün özgə büt allahlarını və qulaqlarındakı sırğaları Yaquba verdilər. Yaqub bunları Şekem yaxınlığında olan palıdın altında basdırdı.
1035  GEN 35:23  Yaqubun on iki oğlu var idi. Leanın oğulları: Yaqubun ilk oğlu Ruven, Şimeon, Levi, Yəhuda, İssakar və Zevulun.
1054  GEN 36:13  Reuelin oğulları bunlardır: Naxat, Zerah, Şamma və Mizza; bunlar Esavın arvadı Basmatın nəvələridir.
1058  GEN 36:17  Esavın oğlu Reuelin oğulları bunlardır: başçı Naxat, başçı Zerah, başçı Şamma, başçı Mizza. Edom torpağında Reueldən olan başçılar bunlardır; onlar Esavın arvadı Basmatın nəvələridir.
1061  GEN 36:20  Ölkədə yaşayan Xorlu Seirin oğulları bunlardır: Lotan, Şoval, Siveon, Ana,
1064  GEN 36:23  Şovalın oğulları bunlardır: Alvan, Manaxat, Eval, Şefo və Onam.
1070  GEN 36:29  Xorlulardan olan başçılar bunlardır: başçı Lotan, başçı Şoval, başçı Siveon, başçı Ana,
1078  GEN 36:37  Samla öldü və onun yerinə Rexovot-Hannahardan olan Şaul padşah oldu.
1079  GEN 36:38  Şaul öldü və onun yerinə Akbor oğlu Baal-Xanan padşah oldu.
1096  GEN 37:12  Bir gün Yusifin qardaşları atalarının sürüsünü otarmaq üçün Şekemə getdilər.
1097  GEN 37:13  İsrail Yusifə dedi: «Qardaşların Şekemdə sürü otarırlar. Gəl səni də onların yanına göndərim». O, atasına dedi: «Getməyə hazıram».
1098  GEN 37:14  İsrail yenə ona dedi: «Get bax, qardaşların yaxşıdırmı, sürü salamatdırmı? Sonra mənə xəbər gətir». Beləcə onu Xevron vadisindən yola saldı. Yusif gəlib Şekemə çatdı.
1122  GEN 38:2  Yəhuda orada Şua adlı Kənanlı bir adamın qızını gördü. Yəhuda qızı arvad alıb yanına girdi.
1125  GEN 38:5  Sonra yenə də bir oğlan doğub, adını Şela qoydu. Qadın onu doğduğu zaman Yəhuda Kezivdə idi.
1131  GEN 38:11  Yəhuda gəlini Tamara dedi: «Atanın evinə qayıt, oğlum Şela böyüyənə qədər dul olaraq qal». Yəhuda fikirləşdi ki, Şela da qardaşları kimi ölə bilər. Tamar gedib atasının evində qaldı.
1132  GEN 38:12  Uzun müddətdən sonra Şuanın qızı olan Yəhudanın arvadı öldü. Yəhuda matəm qurtarandan sonra dostu Adullamlı Xira ilə birlikdə Timnata sürüsünü qırxanların yanına getdi.
1134  GEN 38:14  Tamar dulluq paltarını əynindən çıxarıb rübənd örtdü və bürünüb Timnata gedən yolda olan Enayim darvazasının yanında oturdu. Çünki o görürdü ki, Şela böyüyüb, o isə hələ də Şelaya ərə verilməyib.
1146  GEN 38:26  Yəhuda bunları tanıyıb dedi: «O məndən haqlıdır, çünki onu oğlum Şelaya vermədim». Yəhuda onunla bir daha yaxınlıq etmədi.
1277  GEN 42:24  Yusif onların yanından kənara çəkilib ağladı. Sonra qardaşlarının yanına qayıdıb onlarla söhbət etdi. Aralarından Şimeonu götürüb qardaşlarının gözü qabağında onun əl-qolunu bağladı.
1289  GEN 42:36  Ataları Yaqub onlara dedi: «Siz məni övladsız qoydunuz. Yusif yox, Şimeon yox, Binyamini də aparacaqsınız. Bütün bunları mənim başıma gətirmək istəyirsiniz».
1314  GEN 43:23  Ev nəzarətçisi dedi: «Narahat olmayın, qorxmayın. Özünüzün və atanızın Allahı sizə çuvallarınızda xəzinə verdi. Pulunuz mənə gəlib çatdı». Sonra Şimeonu onların yanına gətirdi.
1388  GEN 46:1  İsrail özünə məxsus hər şeyi ilə birgə yola çıxdı. Beer-Şevaya gəlib atası İshaqın Allahına qurbanlar kəsdi.
1392  GEN 46:5  Yaqub Beer-Şevadan çıxdı. İsrailin oğulları ataları Yaqubu və arvad-uşaqlarını fironun Yaqubu aparmaq üçün göndərdiyi arabalara mindirdilər.
1397  GEN 46:10  Şimeonun oğulları: Yemuel, Yamin, Ohad, Yakin, Sohar və bir Kənanlı qadından doğulan Şaul.
1399  GEN 46:12  Yəhudanın oğulları: Er, Onan, Şela, Peres və Zerah. Ancaq Er və Onan Kənan ölkəsində öldülər. Peresin oğulları: Xesron və Xamul.
1400  GEN 46:13  İssakarın oğulları: Tola, Puvva, Yov və Şimron.
1403  GEN 46:16  Qadın oğulları: Sifyon, Haqqi, Şuni, Esbon, Eri, Arodi və Areli.
1411  GEN 46:24  Naftalinin oğulları: Yaxseel, Quni, Yeser, Şillem.
1457  GEN 48:5  İndi sənin yanına, Misirə gəlməzdən əvvəl Misir torpağında doğulan iki oğlun da mənimdir: Efrayim və Menaşşe Ruvenlə Şimeon kimi mənimki olacaq.
1474  GEN 48:22  Sənə qardaşlarından bir pay da artıq olaraq Şekemi verirəm. Onu mən Emorluların əlindən qılıncım və kamanımla almışam».
1479  GEN 49:5  Şimeonla Levi qardaşdır, Qəddarlıq qılıncları ilə silahlanıblar.