Wildebeest analysis examples for:   azb-azb   Word?”    February 11, 2023 at 17:58    Script wb_pprint_html.py   by Ulf Hermjakob

438  GEN 18:13  Rəbb İbrahimə dedi: «Sara nə üçün “Qocaldıqdan sonra mən uşaq doğa bilərəmmi?” deyib güldü?
639  GEN 24:47  Ondan soruşdum: “Sən kimin qızısan?” O dedi: “Milkanın Naxora doğduğu Betuelin qızıyam”. Mən də onun burnuna halqa və qollarına bilərziklər taxdım.
946  GEN 32:18  Yaqub birinci qula əmr edib dedi: «Qardaşım Esav sənə rast gəlib “Kimin adamısan, hara gedirsən, qabağındakı bu heyvanlar kimindir?” deyə soruşanda
1298  GEN 43:7  Onlar dedilər: «O adam özümüz və ailəmiz barədə dəfələrlə bizə belə suallar verdi: “İndi atanız sağdırmı? Başqa qardaşlarınız varmı?” Biz də onun bu suallarına cavab verdik. Ağlımıza gələrdi ki, o bizə “qardaşınızı gətirin” deyəcək?»
1344  GEN 44:19  O zaman ağam qullarından “Sizin atanız yaxud qardaşınız varmı?” deyə soruşanda
1420  GEN 46:33  Firon sizi çağırıb “Nə işin sahibisiniz?” deyə soruşsa,
1593  EXO 3:13  Musa Allaha dedi: «İsrail övladlarının yanına gedib “məni sizin yanınıza atalarınızın Allahı göndərib” deyəndə onlar məndən soruşa bilərlər: “Bəs Onun adı nədir?” Onda mən nə deyim?»
1843  EXO 12:26  Övladlarınız sizdən “Bu ibadətin mənası sizin üçün nədir?” deyə soruşduqları zaman
1882  EXO 13:14  Gələcəkdə övladlarınız sizdən “Bu nədir?” soruşanda deyin: “Rəbb bizi Misirdən, köləlik diyarından qüdrətli əli ilə çıxartdı.
4045  NUM 11:20  Düz bir ay, burnunuzdan gələnə qədər, iyrənənə qədər yeyəcəksiniz; çünki aranızda olan Rəbbi rədd etdiniz və Onun qarşısında “nə üçün Misirdən çıxdıq?” deyərək ağladınız».
5108  DEU 6:20  Əgər gələcəkdə oğlun sənə “Allahımız Rəbbin sizə buyurduğu göstərişlərin, qayda və hökmlərin mənası nədir?” deyə soruşsa,
5161  DEU 9:2  Bu güclü, ucaboy xalq Anaqlılardır. Onları tanıyırsınız və barələrində belə eşitmisiniz: “Anaqlıların qarşısında kim dayana bilər?”
5407  DEU 18:21  “Axı bu sözün Rəbdən olub-olmadığını necə bilək?” deyə düşünə bilərsiniz.
5705  DEU 29:23  Bütün millətlər “Rəbb bu ölkəyə niyə belə etdi? Bu böyük qəzəb niyə alovlandı?” deyə soruşacaqlar.
5722  DEU 30:12  Axı o, göylərdə deyil ki, deyəsiniz: “Kim bizim üçün göylərə çıxacaq və onu oradan götürüb bizə çatdıracaq ki, biz buna əməl edək?”
5723  DEU 30:13  O, dənizin o tayında deyil ki, deyəsiniz: “Kim bizim üçün dənizin o tayına gedəcək və onu götürüb bizə çatdıracaq ki, qulaq asıb buna əməl edək?”
5918  JOS 4:6  Qoy bu sizin aranızda bir əlamət olsun. Sizdən sonra övladlarınız “Bu daşlar nədir?” deyərək soruşanda
5933  JOS 4:21  O, İsrail övladlarına dedi: «Sonra övladlarınız atalarından “Bu daşlar nəyə görədir?” deyib soruşanda
6621  JDG 4:20  Sisra qadına dedi: «Çadırın qapısında dayan, əgər bir adam gəlib səndən “Burada kimsə varmı?” deyə soruşsa, deyərsən ki, yox».
6669  JDG 6:13  Gideon dedi: «Ah mənim ağam, əgər Rəbb bizimlədirsə, bəs bütün bu işlər başımıza niyə gəldi? Atalarımız “Rəbb bizi Misirdən çıxarmadımı?” deyərək danışdıqları bütün möcüzələr görəsən indi harada qaldı? İndi Rəbb bizi atmışdır, ona görə də bizi Midyanlılara təslim edib».
6736  JDG 8:15  Gideon Sukkot sakinlərinin yanına gəlib dedi: «“Zevah və Salmunnanın biləyi sənin əlindədir ki, sənin yorğun adamlarına çörək verək?” deyərək məni ələ salırdınız. Budur, bu da Zevah və Salmunna!»
6765  JDG 9:9  Zeytun ağacı dedi: “Allahın və insanın şərəfi üçün məndən alınan yağı ataraq ağacların üstündəmi sallanıb qalım?”
6767  JDG 9:11  Əncir ağacı onlara dedi: “Şirinliyimi və gözəl meyvələrimi ataraq ağacların üstündəmi sallanıb qalım?”
6769  JDG 9:13  Üzüm tənəyi isə onlara dedi: “Allahı və insanları sevindirən təzə şərablarımı ataraq ağacların üstündəmi sallanıb qalım?”
7271  1SA 2:29  Bəs nə üçün məskənimə buyurduğum qurban və təqdimlərə hörmətsizlik edirsiniz? Nə üçün oğullarını Məndən üstün tutursan? Xalqım İsrailin bütün təqdimlərinin ən əlası ilə özünüzü kökəltdiyinizə görəmi?”
7459  1SA 11:12  Xalq Şamuelə dedi: «“Şaulmu üzərimizdə padşah olacaq?” deyənlər kimlərdir? O adamları verin öldürək».
8033  2SA 1:8  O mənə “Sən kimsən?” dedi. Mən ona dedim ki, mən bir Amaleqliyəm.
8190  2SA 7:7  Bütün İsrail övladları ilə birgə gəzdiyim o yerlərdə xalqım İsrailin qayğısına qalmağı buyurduğum İsrail qəbilələrindən birinə ‹Niyə Mənə sidr ağacından bir ev qurmadınız?› deyə bir söz söyləmişəmmi?”
8283  2SA 11:21  Bax Yerubbeşet oğlu Avimeleki kim vurdu? Divarın üstündən bir qadın dəyirmanın üst daşını onun üstünə atmadımı və o, Tevesdə ölmədimi?” deyərsə, o zaman “qulun Xetli Uriya da öldü” deyərsən».
8526  2SA 19:13  Siz mənim qardaşlarım, ətimdən, sümüyümdənsiniz. Niyə padşahı geri qaytarmaqda axıra qalmısınız?”
8733  1KI 1:13  get, padşah Davudun yanına gir və ona söylə: “Ağam padşah! ‹Məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və taxtımda o oturacaq› deyib kənizinə and içmədinmi? Bəs onda nə üçün Adoniya padşahlıq edir?”
9062  1KI 9:8  Bu məbədin qalaqları elə uca olacaq ki, yanından keçən hər kəs dəhşətə gələrək deyəcək: “Nə üçün Rəbb bu torpağı və bu məbədi bu cür rədd etdi?”
9473  1KI 21:19  Sən ona söylə ki, Rəbb belə deyir: “Qatillik etdin, hələ özünə mülk də götürürsən?” Sonra ona söylə ki, Rəbb belə deyir: “Navotun qanını köpəklərin yaladıqları yerdə sənin də qanını köpəklər yalayacaq”».
9503  1KI 22:20  Rəbb dedi: “Ramot-Gileada gedib həlak olması üçün Axavı kim tovlayacaq?” Biri elə dedi, o biri belə.
9540  2KI 1:3  Rəbbin mələyi Tişbeli İlyasa dedi: «Qalx Samariya padşahının qasidlərini qarşılamaq üçün çıx və onlara de: “İsraildə Allah yoxdur ki, Eqron allahı Baal-Zevuva müraciət etməyə gedirsiniz?”
9739  2KI 8:8  Padşah Xazaelə dedi: «Bir hədiyyə götürüb Allah adamını qarşılamağa get. “Bu xəstəlikdən sağalacağammı?” deyib onun vasitəsilə Rəbdən soruş».
9740  2KI 8:9  Xazael onu qarşılamağa getdi. Əlindəki hədiyyə ilə birgə Dəməşqin bütün yaxşı şeylərindən qırx dəvə yükü hədiyyə götürüb gəldi və onun önündə durub dedi: «Oğlun Aram padşahı Ben-Hadad “Bu xəstəlikdən sağalacağammı?” deyib məni sənin yanına göndərdi».
10874  1CH 17:6  Bütün İsraillilərlə birgə gəzdiyim yerlərdə xalqımın qayğısına qalmağı buyurduğum İsrail hakimlərindən birinə ‹Niyə Mənə sidr ağacından bir ev tikmədiniz?› deyə bir söz söyləmişəmmi?”
11350  2CH 7:21  İndi uca olan bu məbədin yanından keçən hər kəs dəhşətə gələrək deyəcək: “Nə üçün Rəbb bu torpağı və bu məbədi bu cür rədd etdi?”
11566  2CH 18:19  Rəbb dedi: “Ramot-Gileada gedib həlak olması üçün Axavı kim tovlayacaq?” Biri elə dedi, o biri belə.
12148  EZR 5:9  O zaman oranın ağsaqqallarından soruşub belə dedik: “Bu məbədi bərpa etmək və tikintisini qurtarmaq üçün sizə kim icazə verib?”
13005  JOB 6:23  Yaxud da məni düşmən əlindən qurtarın, Zalımların əlindən azad edin?”
13016  JOB 7:4  Yatanda düşünürəm: “Görəsən nə vaxt qalxacağam?” Gecə isə hey uzanır, Mən gün doğana qədər yerimdə qurcalanıram.
13067  JOB 9:12  Nə isə tutub apararsa, kim Ona mane ola bilər? Kim Ona “Nə edirsən?” deyə bilər?
13337  JOB 20:7  Öz nəcisi kimi əbədilik yox ediləcək, Onu görənlər “O haradadır?” deyəcək.
13374  JOB 21:15  Kimdir Külli-İxtiyar, biz Ona qulluq edək? Əgər Ona dua etsək, bizə nə fayda verər?”
13387  JOB 21:28  Deyirsiniz: “Əsilzadələrin evi haradadır? Pislərin yaşadığı çadır haradadır?”
13410  JOB 22:17  Allaha dedilər: “Bizdən uzaq ol! Bizə Külli-İxtiyar nə edə bilər?”
13623  JOB 31:31  Evimdəki insanlar “Əyyubun verdiyi ətlə Qarnını doyurmayan varmı?” deyə soruşmayıblarsa,
13727  JOB 35:3  Bəs niyə soruşursan ki, “əgər günah işlətməsəm, Bundan xeyrim, qazancım nə ola bilər?”
13929  JOB 42:3  Soruşdun: “Məsləhəti savadsızcasına ört-basdır edən bu kimdir?” Doğrudan da, bilmədiyim şeylərdən, Əlim çatmadığı heyrətamiz işlərdən danışdım.
17395  ECC 1:10  Məgər bir şey var ki, Onun haqqında deyilsin: “Bax bu təzə bir şeydir?” O da çoxdan var imiş – Bizim dövrümüzdən əvvəl.
17405  ECC 2:2  Gülmək haqqında “Dəlilikdir!”, şadlıq haqqında “Nə faydası var?” dedim.
17418  ECC 2:15  Mən ürəyimdə dedim: “Mənim də aqibətim ağılsız adamın Aqibəti kimi olacaq. Onda hikmətli olmağımın Nə faydası var?” Ona görə də ürəyimdə dedim: “Bu da puçdur”.
17509  ECC 7:10  “Niyə keçən günlər bu gündən yaxşı idi?” demə, Çünki verdiyin sual hikmətli sual deyil.
17532  ECC 8:4  Padşahın sözündə səlahiyyət var. Kim ona “Nə edirsən?” deyə bilər?
18015  ISA 14:17  Yer üzünü səhraya çevirən, Şəhərlərini yerlə yeksan edən, Dustaqları evlərinə buraxmayan adam bu deyilmi?”
18652  ISA 45:21  Danışın, işinizi təqdim edin, Qoy hamı birlikdə məsləhətləşib söyləsin: “Bunu qədimdə kim bəyan etdi, Keçmişdə kim bildirdi?” Bunu Mən Rəbb, demədimmi? Məndən başqa Allah, Ədalətli Allah və Qurtarıcı yoxdur. Məndən başqası yoxdur.
18859  ISA 58:3  Onlar belə deyir: “Oruc tutduğumuzu nə üçün görmürsən, Özümüzü aşağı tutanda, Sən niyə fikir vermirsən?” Baxın, oruc tutduğunuz gün Siz istədiyinizi edirsiniz, Bütün işçilərinizi sıxışdırırsınız.
19076  JER 3:5  Sən həmişə qəzəbli olacaqsan, Əbədi kin saxlayacaqsanmı?” deyə çağırırsan. Belə danışırsan, amma gücün çatdığı qədər pislik edirsən».
19146  JER 5:19  Bir vaxt onlar soruşacaq: “Nə üçün Allahımız Rəbb bütün bunları başımıza gətirdi?” Onda onlara belə söylə: “Necə Məni tərk edərək öz ölkənizdə yad allahlara xidmət etdinizsə, eləcə də özgə ölkədə yadellilərə xidmət edəcəksiniz”.
19207  JER 7:19  Rəbb bəyan edir: “Onlar Mənimi incidirlər? Məgər özlərini rüsvay etmirlərmi?”
19228  JER 8:6  Mən diqqət edib qulaq asdım: Heç kəs düz danışmır, “Nə etdim?” deyib öz pisliyindən tövbə etmir. Hər biri döyüşə atılan at kimi Öz yoluna tərəf dönür.
19347  JER 13:12  Buna görə onlara bu sözü çatdır ki, İsrailin Allahı Rəbb belə deyir: “Hər tuluq şərabla dolacaq”. Onda sənə deyəcəklər: “Hər tuluğun şərabla dolacağını biz də bilmirikmi?”
19386  JER 15:2  Sənə “Hara gedək?” dedikləri zaman onlara söylə ki, Rəbb belə deyir: “Vəba üçün ayrılanlar vəbaya, Qılınc üçün ayrılanlar qılınca, Aclıq üçün ayrılanlar aclığa, Sürgün üçün ayrılanlar sürgünə”.
19415  JER 16:10  Bütün bu sözləri xalqa bildirəndə onlar sənə belə deyəcək: “Nə üçün Rəbb başımıza bu qədər böyük bəla gətirəcəyini söylədi? Təqsirimiz nədir? Allahımız Rəbbə qarşı nə günah etmişik?”
19522  JER 21:13  Rəbb bəyan edir: “Mən sənə qarşıyam, Ey vadinin üstündəki Yaylada olan qayada oturan Yerusəlim!” Siz deyirsiniz: “Üstümüzə kim gələr? Məskənlərimizə kim girər?”
19586  JER 23:33  «Əgər bu xalqdan biri yaxud bir peyğəmbər ya da bir kahin səndən “Bəs Rəbbin yük olan kəlamı nədir?” soruşsa, ona söylə: “Yük sizsiniz. Mən sizi atacağam” Rəbb belə bəyan edir.
19588  JER 23:35  Hər biriniz öz yoldaşınıza, soydaşınıza belə deyin: “Rəbb nə cavab verdi? Rəbb nə söylədi?”
19590  JER 23:37  Peyğəmbərə belə söylə: “Rəbb sənə nə cavab verdi? Rəbb nə söylədi?”
19757  JER 30:21  Rəhbərləri özlərindən olacaq, Başçıları aralarından çıxacaq. Onu Özümə yaxınlaşdıracağam, O da Mənə yaxınlaşacaq. Başqa cür kim Mənə özü yaxınlaşmağa Cürət edə bilər?” Rəbb belə bəyan edir.
19805  JER 32:5  Sidqiya Babilə aparılacaq, Mən ona baş çəkənə qədər orada qalacaq. Əgər Xaldeylilərlə vuruşsanız, uğur qazanmayacaqsınız?” Rəbb belə bəyan edir».
19905  JER 35:13  «İsrailin Allahı olan Ordular Rəbbi deyir ki, get Yəhuda adamlarına və Yerusəlimdə yaşayanlara bunları söylə: “Siz heç bir dərs almayacaq, sözlərimə qulaq asmayacaqsınız?” Rəbb belə bəyan edir.
19940  JER 36:29  Yəhuda padşahı Yehoyaqim üçün də söylə ki, Rəbb belə deyir: “Sən bu tumarı yandırıb söylədin ki, nə üçün Babil padşahının mütləq gəlib bu ölkəni xarabalığa çevirəcəyini, oradakı insanları da, heyvanları da məhv edəcəyini bu tumara yazdın?”
20168  JER 48:19  Ey Aroer sakini, Yol kənarında durub gözlə! Qaçan kişidən, qurtulan qadından “Nə olub?” deyə soruş.
20758  EZK 12:9  «Ey bəşər oğlu, İsrail nəsli – o üsyankar xalq sənə “Nə edirsən?” demədimi?
20789  EZK 13:12  Bəs divar uçanda sizə ‹vurduğunuz suvaq necə oldu› deməyəcəklərmi?”
20906  EZK 17:12  «İndi o üsyankar nəslə söylə: “Bu şeylərin mənasını bilmirsinizmi?” Onlara de: “Budur, Babil padşahı Yerusəlimə gəldi, oranın padşahını və başçılarını götürüb Babilə, öz yanına apardı.
20909  EZK 17:15  Ancaq Yəhuda padşahı atlar və çoxlu əsgər versinlər deyə elçilərini Misirə göndərərək Babil padşahına qarşı üsyan qaldırdı. O uğur qazanacaqmı? Bu işləri görən salamat qalacaqmı? Əhdi pozan salamat qalacaqmı?”
20949  EZK 18:31  Etdiyiniz günahların hamısını üstünüzdən götürün, özünüzdə yeni ürək və yeni ruh yaradın. Nə üçün öləsiniz, ey İsrail nəsli?”
20995  EZK 20:31  İndiyə qədər hədiyyələr gətirərək oğullarınızı oda qurban verərək özünüzü bütlərinizlə murdar edirsiniz. Hələ bununla da Məndən soruşmaq istəyirsiniz, ey İsrail nəsli?” Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, Məndən soruşmağınıza icazə verməyəcəyəm.
21020  EZK 21:12  Onlar sənə “Nəyə görə içini çəkirsən?” söyləyəndə onlara deyərsən: “Gələn xəbərə görə. Hər ürək əriyəcək, hər əl yanına düşəcək, bütün ruhlar zəifləyəcək və bütün dizlər titrəyəcək. O xəbər gəlir, bunlar yerinə yetəcək” Xudavənd Rəbb belə bəyan edir».
21359  EZK 33:10  Sən ey bəşər oğlu, İsrail evinə belə söylə: “Siz deyirsiniz ki, üsyanlarımız və günahlarımız bizi üzür və biz onların içində əriyib yox oluruq. Belə halda necə yaşaya bilərik?”
21360  EZK 33:11  Onlara de: “Varlığıma and olsun, pis adamın ölümündən yox, onun öz yolundan dönüb yaşamasından zövq alıram” Xudavənd Rəbb bəyan edir. “Dönün, pis yollarınızdan dönün. Nə üçün öləsiniz, ey İsrail nəsli?”
21375  EZK 33:26  Qılıncınıza arxalanırsınız, iyrənc işlər görürsünüz, hər kəs öz qonşusunun arvadını murdar edir. Belə olduğu halda ölkəni mülk ala biləcəksinizmi?”
21484  EZK 37:18  Əgər sənin xalqına mənsub olanlar “Etdiklərinin mənası nədir, bizə bildirməzsən?” deyə soruşsa,
21941  DAN 4:32  Dünyada yaşayanların hamısı heç bir şey sayılır. O həm səma ordusunun, həm də dünyada yaşayanların arasında Öz hökmünü yeridir. Onun əlini saxlayacaq yaxud Ona “Nə edirsən?” deyəcək bir kəs yoxdur.
22359  HOS 14:9  Efrayim deyəcək: “Artıq bütlər nəyimə gərəkdir?” Mən onun səsini eşidəcəyəm, Ona nəzər salacağam. Mən həmişəyaşıl şam kimiyəm, Sənin bar verməyin Məndən gələcək.
22459  AMO 2:11  Oğullarınızdan peyğəmbərlər, Cavanlarınızdan Nəzirilər təyin etdim. Ey İsraillilər, bu belə deyilmi?” Rəbb bəyan edir.
22529  AMO 6:10  Ölən bir nəfərin qohumu onun cəsədini götürüb yandırmaq üçün gələcək. Evin içində olana “Yanında kim var?” deyə soruşanda, o da “heç kim” söyləyəcək. Onda o qohum belə deyəcək: “Sus, Rəbbin adını çəkmək olmaz”.
22532  AMO 6:13  Ey Lo-Devarı tutub “Qarnayimi öz gücümüzlə almadıqmı?” deyərək lovğalananlar!
22541  AMO 7:8  Rəbb məndən soruşdu: “Amos, sən nə görürsən?” Mən cavab verdim: “Bir şaqul”. Xudavənd dedi: “Budur, Mən xalqım İsraili yoxlamaq üçün aralarına bir şaqul qoyuram. Artıq onlardan əl çəkməyəcəyəm.
22552  AMO 8:2  O məndən soruşdu: “Amos, sən nə görürsən?” Mən cavab verdim: “Bir səbət yay meyvəsi”. Rəbb mənə dedi: “Xalqım İsrailin axır günü yetişib. Artıq onlardan əl çəkməyəcəyəm.
22582  OBA 1:3  Ey sən qaya çatlarında məskən salan, Evini yüksəklərdə quran! Ürəyinin qüruru səni aldatdı, Çünki sən qəlbində “Məni kim yerə yıxa bilər?” dedin.
22586  OBA 1:7  Səninlə əhd bağlayanların hamısı Səni ölkəndən qovacaq, Müttəfiqlərin səni aldadıb məğlub edəcək. Səninlə çörək yeyənlər sənə tələ quracaq, “Onun ağlı haradadır?” deyəcək».
22788  NAM 3:7  Səni görənlərin hamısı səndən qaçıb Belə deyəcək: “Nineva viran qaldı! Onun üçün kim ağlayacaq?” Haradan sənə təsəlli verənləri tapım?»
22823  HAB 2:6  Amma bütün bu əsir alınanlar Onu lağa qoyacaqlar, İstehzalı müəmmalarla deyəcəklər: “Özünə aid olmayanı ələ keçirənin, Xərac alıb varlananın vay halına! Bu nə vaxta qədər davam edəcək?”
22927  HAG 2:3  “Sizin aranızda kim burada olan məbədin əvvəlki əzəmətini görmüşdür? İndi buranı necə görürsünüz? Gözünüz önündə sanki bir heçə çevrilməyibmi?”
22953  ZEC 1:6  Amma qullarım peyğəmbərlərə əmr etdiyim Sözlərim və qaydalarım atalarınıza gəlib çatmadımı?” Onlar da tövbə edib dedi: “Ordular Rəbbi əməllərimizə və işlərimizə görə bizə nə etməyi düşündüsə, bizimlə elə də rəftar etdi”».
23134  ZEC 13:6  O biri ondan soruşacaq: “Bəs sinəndəki bu yaralar nədir?” O isə “dostlarımın evində aldığım yaralardır” deyəcək.